TARİX BOYUNCA MÜSƏLMAN LİDER KİMİ TANIDILAN BİR ÇOX ŞƏXS ƏSLİNDƏ MÜNAFİQ İDİ VƏ İSLAM ALƏMİNİN PARÇALANMASINA SƏBƏB OLDULAR
Son üç yüz ildən bəri münafiqlik İslam aləmini parça-parça etdi, məhv etdi. Məsələn, bir çox müsəlman tarix boyunca güvəndikləri insanların münafiq olduğunu bilmir. Tarix boyunca bir çox müsəlman lider, lider görünən şəxs əslində münafiq idi və İslam aləminin parçalanmasına səbəb oldular. Əzilmələrinə, yıxılmalarına səbəb oldular. Onları qəhrəman kimi göstərdilər. Hədisdə də deyir ki, Axırzamanda şeytanın təbliğat gücüylə “Xainlər gözəl göstəriləcək; alimlər, vəlilər, vəlayət əhli də çox pis göstəriləcək”. İndi, bu vaxta qədər bu edildi. Harada qiymətli insan varsa pis göstərildi, harada pis adam varsa, harada münafiq varsa müsəlmanlara yaxşı göstərildi. Beləcə son üç yüz il içərisində müsəlmanlar onların arxasınca düşdülər və məhv oldular. Dünyanın hər yerində. Bəzi liderlər əlbəttə daha əfəndi idilər, daha layiqli idilər. Bəziləri həqiqətən vəli xarakterli idi. Amma böyük əksəriyyəti münafiqlərin nəzarətində olduğu üçün İslam aləmi məhv oldu və hələ də elə İslam aləminin böyük hissəsi münafiqlərin nəzarətindədir. Müsəlmanları əzir və onların böyük bir hissəsini sanki kukla kimi oynadırlar. Müsəlmanların xəbəri belə olmur. Onlar münafiqcəsinə incə bir sənətlə müsəlmanları sanki belə dəfin üstündə oynadar kimi oynadırlar. Hamısını deyil amma, çox böyük bir qisimini elə oynadırlar və məqsədlərinə də çatırlar.
İNGİLİS DƏRİN DÖVLƏTİ MÜNAFİQLƏRDƏN İSTİFADƏ EDƏRƏK İSLAM ALƏMİNİ NƏZARƏTİ ALTINDA TUTMAQ İSTƏYİR. MÜNAFİQLƏR DƏ MƏNFƏƏTPƏRƏST VƏ TƏKƏBBÜR İÇİNDƏ OLDUQLARI ÜÇÜN ASANCA DƏCCALİYYƏTİN XİDMƏTİNƏ GİRİRLƏR
İslam aləmində ən böyük dərd münafiqlikdir. Məsələn, bax, İngilis dərin dövləti Quranı araşdıraraq, Tövratı, İncili araşdıraraq bu həqiqəti öyrənmişdir. “İslam aləmini necə nəzarət altına ala bilərik?” deyə düşünmüşlər. Keçmiş fironları da təcrübə olaraq qiymətləndirib Nəmrudu, fironları, ən etibarlı yolun, ən tez və qısa yoldan nəticə almağın metodunu tapmışlar. Nədir? Münafiqləri ələ almaq və güdmək. İslam aləmində küfrün münafiqlə etdirməyəcəyi bir şey yoxdur. Münafiq alçaq və yaltaq olduğu üçün, məqam, mövqe güddüyü üçün, mənfəət güddüyü üçün, pul güddüyü üçün, Allahdan qorxmadığı üçün, böyüklük və üstünlük, önəmsənmək arxasıca qaçdığı olduğu üçün adamlar belə məxluqları dərhal tapırlar. İslam aləmində və müsəlmanların başına bəla edirlər. Bəzisi yazıçılardan olur, bəzisi siyasətçi olur, bəzisi iş sahibi olur. Bəzisi başqa bir şey olur. Hamısından tapırlar və müsəlmanların başına bəla edirlər.
MÜNAFİQLİYİN YAYILMA SƏBƏBİ DƏ SƏMİMİYYƏTSİZLİK, İMAN ZƏİFLİYİ, İMAN HƏQİQƏTLƏRİNİN BİLİNMƏMƏSİ VƏ DARVİNİZMDİR
Darvinizm İslam aləmini sanki münafiqliyin əlinə təslim etdi. Müsəlman aləminin böyük bir hissəsi indi münafiqlərin əlindədir. Hər şeylərini nəzarət altına almış haldadırlar. Gecə-gündüz müsəlman qırğını edirlər. “Biz bu qədər ton bomba atdıq” -deyirlər, “Xərcini qarşılayın”. Qəpiyinə qədər artıqlamasıyla pullarını da götürürlər və müsəlmanlara bombaladırlar. Müsəlmanı müsəlmana bombaladır. Müsəlmanı müsəlmana qırdırır. Birini darvinist edir, materialist edir. Birini terrorist halına gətirir. Terrorist müsəlman halına gətirir. Onu ona qırdırır, bunu da buna qırdırır. Adamlar viskisini içir, siqareti çəkir. O zəhərlə gün keçirərkən, onlar da bir-birini qırmağa davam edirlər.
İNGİLİS DƏRİN DÖVLƏTİ GƏNCLƏRİ LOVĞA VƏ ÜSYANKAR OLMAĞA TƏŞVİQ EDİR. HÖRMƏTCİL, ALİCƏNAB, NƏZAKƏTLİ İNSANLARI DA ANORMAL KİMİ GÖSTƏRMƏYƏ ÇALIŞIR
İnsanların ruhunda təkəbbür, eqoistlik olur. Məğlub etmə hirsi olur. İnsanların lideri olmaq hirsi olur. Zəka cəhətdən, hər istiqamətdən insanlardan üstün olmağa qarşı bir hirsi olur. İngilis dərin dövləti belələrini, avamları tək-tək ağcaqanad kimi tutur. Bunlara bir parça şəkər verir. Onlar da, ağcaqanadlar gəlib o şəkərə qonurlar və onları İslam aləmi üçün istədiyi kimi istifadə edir. Belə təkəbbürlü, lovğa, özünü ağıllı hesab edən bir gənclik inkişaf etdirmək istəyirlər. Üsyankar, dikbaş, söz altında qalmayan, cavab qaytaran, həyasız, küfrə heyran, küfrün bütün xüsusiyyətlərini tətbiq edən. Baxıram, məsələn, gənc qızları üsyankar olmağa sövq edirlər, gənc oğlanları üsyankar olmağa sövq edirlər. Kobud, iddialaşan, onları çirkin bir şəxsiyyətə və terrorist ruha doğru sövq edirlər. Bunu təşviq edirlər, təqdir edirlər. Belə tərbiyəli, hörmətcil, alicənab, nəzakətli insanları da anormal kimi göstərməyə çalışırlar. Məsələn, Pakistanda İngilis dərin dövlətinin seçdikləri tiplərə baxıram həmişə lovğa, üsyankar, dikbaş, çaqqal, söz altında qalmayan, homoseksuallığa sonuna qədər qapını açan, darvinist, materialist ruhda, Allahı inkar etmiş, Allahı inkar edənlərə qarşı dərin sevgi duyan bir xüsusiyyətdə olduqlarını görürük. Əlbəttə mənim bildiyim bəzi kəslər. Mən adı keçən şəxsləri bu işin içinə daxil etmirəm.
DÜNYA FABRİKLƏRİNDƏ HAZIRLANAN SİLAHLAR MÜSƏLMANLARI ÖLDÜRMƏK ÜÇÜN İSTİFADƏ EDİLİR. MÜNAFİQLƏR DƏ AXMAQCA VƏ ALÇAQCA BU OYUNA ALƏT OLURLAR
Dünya fabriklərində hazırlanan silahlar yalnız müsəlman öldürmək üçün istifadə edilir. Yəni çox uzun müddətdir ki, son otuz-qırx ildən bəri yalnız dünya müsəlmanlarını öldürmək üçün istifadə edilir. Şəhid etmək üçün istifadə edilir. Son texnologiya ilə olan silahlar, mərmilər, bombalar, silah fabrikləri tərəfindən əlaqədar ölkələrə paylandıqdan sonra sınanmaq üçün istifadə edilir. Yəni bombanın təsirini təcrübə edirlər. Raketin təsirini təcrübə edirlər, amma müsəlmanların üstünə ataraq. Yaxud dəbdən düşmüş olan köhnələn, paslanan silahları da bombaları da tez bir zamanda əldən çıxartmaq etmək üçün müsəlmanların üstünə yağış kimi yağdırırlar. Yəni açıq ərazidə partlatmırlar. Müsəlmanların üstünə tökərək partladırlar. Məsələn, fərz edək, Amerikanın köhnə iyirmi illik, otuz illik bombaları var. Artıq kiflənmiş, paslanmağa başlamış, onların hamısını verdi. Müsəlman ölkələrə verir, özü istifadə edir. Bax bu ittifaq qüvvələrinə verir və havadan yağış kimi müsəlmanların üstünə yağdırılır. Dəbdən düşmüş olan bombaların hamısını indi əldən çıxardırlar. Pulunu da son qəpiyinə qədər alırlar. Münafiqlər də axmaqca, əxlaqsızca və alçaqca bu oyunun içində alət olurlar. Bu murdar gedişata müqavimət göstərən yalnız Türkiyə var. Amma onu da mövzunun xaricində tutmaq üçün min bir müxtəlif yol sınamağa çalışırlar və Türkiyəni də yanlış yolların içinə çəkirlər.
AMERİKA VƏ AVROPA SİLAH ANBARLARINI MÜSƏLMANLARI ÖLDÜRƏRƏK ƏRİDİR. MÜNAFİQLƏRİN ÜZÜNDƏN BU ÇIXILMAZ VƏZİYYƏT DAVAM EDİR
İqtisadi böhran meydana gəlmişdi Amerikada, bir çox ölkədə də, Avropada da, bu silah fabriklərinə indi trilyonlarca lirə pul axını nəticəsində bellərini dikəltməyə başladılar. İqtisadi böhran Amerikada hazırda çox yüngülləşdi. Avropada da yüngülləşdi. Rusiyada da yüngülləşdi. Pul Ərəb ölkələrindən artıq dayanmadan axmağa başladı. Öz vətəndaşını bombaladır, öz qardaşlarını məzara göndərir. Onlardan yığdığı pulu da Amerikaya, Rusiyaya, dərin dövlətlərə hədiyyə edir, verir. Yəni silah fabriklərinə, Amerikan, Rus, Avropalı silah fabriklərinə o pulları verir və indi hamısının belini düzəltdi. Əllərindəki o köhnə batmış, paslanmış silahları da əldən çıxardırlar. Hardasa qurtardı. Rusiya anbarlarındakı köhnə silah-sursat qurtardı. Qurtardıqdan sonra onsuz da “artıq mən bombalamayacağam, çəkiləcəyəm” dedi. Çünki qurtardı. Yəni on minlərlə ton bomba atıldı, yüz minlərlə ton bomba atıldı. Bitdi. Raketlər filan. Paslı dəbdən düşmüş heç bir şey qalmadı. İndi fabrik anbarları boşaldığı üçün fabriklər o anbarları indi yenidən doldurmağa başladılar. Dolduğunda yenə bir rüsvayçılıq çıxarıb yenə müsəlmanları şəhid edərək, yenə müsəlman aləminin neftdən, oradan, buradan gələn pullarıyla onları onlara ödətdirəcəklər. Avam münafiqlərin üzündən də bu murdar çıxılmaz vəziyyət, bu murdar oyun davam edir.
HƏDİSDƏ “HZ. MEHDİ HZ. ADƏMİN XATİRƏSİDİR, NUH NƏSİLİNİN SEÇİLMİŞİDİR” DEYƏ BİLDİRİLİR
Peyğəmbərimiz (s.ə.v) “İmam Mehdi hz. Adəmin xatirəsidir” -deyir. Baxın hz. Adəm (ə.s) tərəfindən müjdələnilmiş. Düşünün, ilk hz. Adəm (ə.s) müjdələyir. “Nuh nəsilinin seçilmişidir”. Hz. Nuh (ə.s) də müjdələyir. Hz. Nuh (ə.s) “Ən seçilmişiniz odur” -deyir inşaAllah.