AYƏ İZAHLARI
Şeytandan Allaha sığınıram, Nəml surəsi, 48. “Və qənə fi əl mədinəti tisatu rahtın yufsiduna fil ardı və la yuslihuna”. “Şəhərdə doqquz dəstə var idi,”-deyir Mədinədə. Yəni Mədinə haradır? İstanbul. İstanbula işarə edir. Mədinə. Böyük bir şəhər, doqquz dəstə. Doqquz şəxs deyil, səhv bilinir. Bir dəstə deyil. “Doqquz ayrı dəstə vardır”-deyir. Doqquz müxtəlif dəstə. “Şəhərdə doqquz dəstə var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər”. (Nəml surəsi, 48) Terror törədirlər. İstanbulda məhz bu fəsadı çıxaranlar da bunlardır. Quranın işarə etdiyi bu dəstədir.
Qaf surəsi, 45. Şeytandan Allahıma sığınıram, “Biz onların nə dediklərini yaxşı bilirik”. Yəni biri gic-gic danışanda, yaxud düz danışanda onu Allah yaradar. Məsələn, bizə minlərlə yazı gəlir, hamısını Allah yaradar. “Sən onları məcbur edən deyilsən” -yəni təzyiq göstərən, döyən-söyən, onları məcbur edən, əsıb-kəsən deyilsən. “Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” -yəni, yalnız öyüd ver. Allah bundan başqa təzyiq olmadığını deyir. Demokratiya ilə əlaqədar bir ayədir bu, Quran ayəsidir. “Sən onları məcbur edən deyilsən”-deyir. Yəni, “Hər hansı bir şəkildə təzyiq göstərə bilməzsən. Yalnız Quranla öyüd verə bilərsən”- deyir Allah. Açıq ayədir.
Məsələn, Hud surəsi, 28-ci ayədə deyir: “Nuh dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik? (Hud surəsi, 28)” Bu nə deməkdir? Bu da, məhz demokratiyaya aid ayədir. Allah, Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət bəxş edib, amma siz bunu görmək istəmirsiz deyə, biz sizi ona inanmağa məcburmu edəcəyik?” Yəni “fikirə hörmət edərəm” mənasını verir.
HƏDİS İZAHI
Həzrəti Əli (r.ə) deyir: “Mehdinin səmada və yer üzündə reallaşdıracaq bəzi parlaq əlamətləri vardır, bunlardan beşi bunlardır; Yerə batma, od, silinmə, sarsıntı bir də, zəlzələdir ki, Rəbbinin kitabında Mehdiyyətə xəyanət edilincə, Allah bəzi Türk diyarlarını zəlzələ ilə məhv edər” (Kitabül Cifr İmamı Əli, səh. 350).
Deməli, Allah qorusun, Mehdi (ə.s)-a da xoş olmayan rəftarlar edəcəklər bəlkə də, Allah böyük zəlzələlərlə cavab verəcək, ona işarə edir. Bəlkə də, İngilis dərin dövlətini çox peşman edən hadisələr olacaq və ya İngiltərədə böyük bir zəlzələ olacaq, bilmirəm yəni. İngilis dərin dövlətinin azğınlığına son verəcək bir hadisə də ola bilər. Bu, ona işarə olaraq belə bir hədis Peyğəmbərimiz (s.ə.v)-dən zühur etmişdir. Sarsıntı -bir də zəlzələdir ki, Rəbbin kitabında Mehdiyə xəyanət ediləndə, “Allah bəzi Türk diyarlarını zəlzələ ilə məhv edər” -deyir. Harada? (Kitabül Cifr İmamı Əli səh. 350). Əlbəttə, orada şəhid olanlar da olar, qazi olanlar olar, onlar öz savabını alacaq, amma 1400 illik bir kitabdır, “Kitabül Cifr” də, Həzrəti Əli (ə.s) öz dövründə qələmə almışdır, Şiə qardaşlarımız tərəfindən qorunmuş bir kitabdır.