A9 TV, 16 iyun 2015 Xoş Söhbətlər
Küfrün gücə olan heyranlığı haqqında Qurandan izahlar
O dövrdə bütlər dövlətin birliyini təmsil edirdi. Yəni dövlət xalqı o bütlərin ətrafında yığırdı. Yəni klub kimi. O bütə inandıqlarından deyil, amma klub kimi. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in zamanında da 4 məşhur büt vardı. Onlar dövlətin rəsmi bütləri idi. Yəni dövlətin dəstəklədiyi bütlər idi. O bütü müdafiə edənlər dövləti də müdafiə etmiş olurdular. Dövlət bərabərdir büt, büt bərabərdir dövlət idi. Dövlətlə iç-içəydi.
Müasir dövlətlərin də hər vaxt bir bütə ehtiyacı olur. Müxtəlif bütlər meydana gətirərlər, bəzi ölkələrdə xalq o bütlərin ətrafında toplanarlar. Yəni o dövlətə birlik hissi verər, birlik duyğusunu gücləndirər. Yəni insanların ətrafında toplanması lazım olan bir şeydir. Tamamilə dinsiz bir cəmiyyətdir, müşrik bir cəmiyyətdir, amma bir inanca da sahib olması lazımdır, bir fəlsəfə olması lazımdır. Onun ətrafında toplanırlar, klub kimi. “Sən hansı bütə tapınırsan?” deyir, cavab verir, o birisi də soruşur “hansı bütə tapınırsan?” O da eyni bütə tapındığını söyləyir, o zaman bir həmyerlilik bağı kimi bir şey olur. O bir dostluq və zəmanət olmuş olur, parol kimi. Beləcə o bütə tapınmayanlar da dövlətə üsyan edənlər olmuş olur. Dövləti tanımayanlar olmuş olur. Büt tək olsa, onlar üçün dəyərsiz olar. Yalnız daşdan büt olsa, heç veclərinə də almazlar. Amma dövləti təmsil etdiyi üçün büt çox əhəmiyyətli olur. Ona görə hörmət edirlər. Məsələn, bütün olduğu yeri təmizləyirlər, yaltaqlıq edirlər, bəzisi yemək gətirir, qablarda önünə qoyur, bəzisi də bütə heyvan kəsir. Əlbəttə ki, bu, eşidilir, filankəs gəldi deyir, filan bütə məsələn, dəvə kəsdi deyir. O dövlət nəzdində, xalq nəzdində onun etibarını artırır. Mötəbər olmuş olur, yəni o kluba xidmət etmiş olur. Yoxsa o da bütün nə olduğunu bilir, yəni vecinə olduğundan deyil.
Hz. İbrahim (ə.s) bütləri qırır, yalnız böyüyünü saxlayır. Amma onu taktika olaraq edir. Yəni onlarla lağ etmək üçün edir. Çünki elə bir klubçuluq, qrup ruhu inkişaf edir ki, o qədər məntiqsiz şeylərə hörmət edirlər ki, o hörməti, o qəribə klubçuluq ruhundan onlara qarşı lağ edərək istifadə edir. Əlbəttə, onlar da inanmırlar, inandıqları bir şey deyil. Sırf lağ etmək üçün edir. Onların halına gülür. Onsuz da söyləyən kimi hücum edirlər. Yəni adamlar orada hz. İbrahim (ə.s)-ın doğru söyləmədiyini görürlər. “Bu bütlərimizi kim qırdı” deyirlər, “o böyük olan qırmışdır” deyir. Onların nə qədər aciz olduğunu göstərmək üçün edir. Onun etdiyi hücumla dövlət alçaldılmış olur. Yəni müşrik dövlət sistemi kökündən alçaldılmış olur. O zaman da dövlət o alçaldılmağa qarşı özünü qoruyur. Sistemi qorumaq üçün. Onda bunu-hz. İbrahim (ə.s)-ı yandıraq deyirlər. Çünki əgər yandıra bilsə, dövlət yenidən qürurunu qorumuş olur. Yəni yenidən bir güc qazanmış olur. Yandıra bilmədikləri üçün dövlət daha da alçaldılmış oldu. Hz. İbrahim (ə.s) buna görə orada hakim oldu. Sistem ümumiyyətlə həmişə bu tərzdə işləmişdir.
Ayə izahı
“Yoxsa sən, onların çoxunun (söz) eşidən, ya da ağıllımı sayırsan?” (Furqan surəsi, 44)
Ümumiyyətlə, oradakı xalq üçün deyilir, “eşidən və ya ağıllımı sanırsan?” Bütlərə o qədər baş qoşublar ki, o klubçuluq ruhuyla o qədər şüursuzlaşıblar ki, danışıqları cəfəngiyatdır, çox məntiqsizdir. Amma bir-birlərinin qaydalarına çox hörmət etdikləri üçün, o qaydaları da bütləşdirdikləri üçün millət ən gülməli şeyi belə böyük bir həyəcanla edə bilir. Ona kimsə bir şey deyə bilmir. Məsələn, gülməli ayinlər, gülməli hərəkətlər hörmət görür. Yəni kimsə çıxıb da “kral çılpaqdır” demədiyi üçün sistem davam edir. Amma peyğəmbərlər bütləri alçaltdıqları üçün sistem kökündən getmiş olur. Amma əlbəttə ki, peyğəmbərlərdə çox böyük cəsarət olur.
PKK-nı da bütləşdirirlər, bayrağını bütləşdirirlər, Abdullah Öcalanı bütləşdirirlər
“Sən kimə tabesən?” -deyir, “əlbəttə ki Abdullah Öcalana” -deyir. “Haranı tutursan?”, “filan partiyanı tuturam” -deyir. O büt halına gəlmiş olur. “Sən bizim bütü sevirsən” -deyir, “o zaman mən də səni sevirəm” -deyir. Onda bir növ həmyerlilik bağı meydana gəlmiş olur. Bütün ətrafında toplanırlar. Yoxsa hamısı bütün nə olduğunu bilir.
Dünya tarixində həmişə bütdən nifrət edilib. Amma birləşdirici olduğu üçün də saxta bir hörmət göstərilmişdir. Yoxsa orda xalqın hamsı PKK-dan nifrət edər. Yəni şiddət göstərən bir birliyə insanların hörmət, sevgi duyması mümkün deyil. Dövlət də şiddət göstərsə, insanlar dövlətdən də nifrət edərlər. Dövlət xalqına qarşı şiddət göstərdikdə xalq qiyam qaldırır. Dövlətdən nifrət edirlər. Dünyanın hər yerində belədir. Dövlət xalqa gözəl davransa, xalq dövlətlə dost olar. Şiddət göstərir, məsələn, PKK şiddət göstərir, əlbəttə, insan fitrətində nifrət vardır. Dərhal nifrət edər. Sevmələri mümkün deyil. Qanı, şiddəti kim istəyirsə, təbii olaraq nifrət yayılar.
Bəzi dövlətlərdə xalqın ətrafında toplandığı büt sistemlər vardır. İnsanları büt halına gətirərlər
Məsələn, şeytandan Allaha sığınıram, Hud surəsi, 53-də “Biz də sənin sözünlə ilahlarımızı tərk etmərik” -deyir. İlah nədir? Orada millətin birliyini təmin edən simvolik bir sistemdir. Məsələn, İngiltərədə də elə büt sistemlər vardır, xalq onun ətrafında toplanar. Kiçik bütlər də düzəldərlər. İnsanları bütləşdirərlər. Məsələn, adam gəlir, o bütü görəndə cinnət keçirir. Qışqırır, özünü yerdən-yerə vurur. Onun o qədər əhəmiyyətli olduğundan deyil, amma bütə elə tapınıldığına inanılır. Bir növ tapınma kimi olmuş olur. Adam bir çıxır, millət özünü yerə atır, bütün gücüylə qışqırırlar. Büt çıxdığı üçün, bütləşdirmişlər. Ortada bir şey yoxdur, normalda aciz, məzlum bir insandır. Heç bir xüsusiyyəti yoxdur. Amma büt qarşılama mərasimi elə göstərildiyi üçün o bütün ətrafında toplanmaq onlara həyəcan verir. Məsələn, soruşur, “sən o bütü sevirsənmi?” “Mən çox sevirəm” -deyir. “Bəs sən?” “Mən də çox sevirəm” -deyir. “Sabah o bütün yığıncağı var, oraya gedəcəyik” -deyir. Bütü bir görürlər, cinnət keçirir, qışqırır, ağlayanlar var, özünü yerdən-yerə vurur. Bir şey olduğundan deyil, ortada heç bir şey yoxdur. Tək görüşdürsən heç vecinə olmaz. Onu büt olaraq tanıtmasan, evinə ziyarətə getsə, “nə işin var burada?” deyər, qovar. Fikir də verməz. “Nə istəyirsən?” deyər, “dilənçisənmi?” və s. deyər. Amma büt olaraq tanıdıldığında havalanır, cinnət keçirir. O bütün ətrafında toplanmış olur.
Məsələn, bunlar müxtəlif büt sistemləri yaradırlar. Məsələn, o büt sistemlərinin özünə xas paltarları olur, özünə xas saç modelləri olur, özünə xas musiqi modeli olur. O zaman o bütün ətrafında toplandıqlarında bir-birlik yaranmış olur. O birliyin həyəcanı onlara çox təsir edir.
Məsələn, şeytana tapınaq deyir, inandığından deyil. Bu satanistlər şeytana inandığından deyil. Bir süni büt yaradırlar. Şeytanı heç veclərinə də almazlar, inanmazlar da. Amma ətrafında toplanacaqları bir şeyə ehtiyac olduğu üçün onu edirlər. Məsələn, biri çıxır, qaydalar qoyur, o qaydalara hər kəs hörmət edir. Məsələn, “pişik öldürməlisiniz” deyir, “eləmi?” deyirlər, hamısı ona uyur. Məsələn, “quş balası öldürməlisiniz” deyir, hamısı o qaydaya uyur. İyrənc olduğunu bilir, qorxunc olduğunu da bilir. Amma o qayda bir dəfə qoyulmuş olur. Büt sistemində belədir. Artıq geriyə dönüş yoxdur.
Müşrik ənənəvi anlayışdakı bütləşdirmə sistemi
Müşrik ənənəvi İslam anlayışında da elədir. Məsələn, birini, bir şəxsi bütləşdirərlər. Büt olan şəxs Peyğəmbərdən saxta, söyləmədiyi xəbərlər gətirər. Elə dediyində, “Quranmı, bütün dediyimi?” deyildiyində “bütün dediyi” deyirlər. Çünki bütə hörmət daha müqəddəs olur, daha əhəmiyyətli olur. Bütə qarşı ağılasığmaz bir hörmət yaranır. Büt Allah adına yalan söyləyə bilir. O mövzuda mahirdir. Onu uyğun bir üslubla, uyğun bir dillə onları razı salmaqla mükəlləfdir. Razı saldıqda onları Qurandan şeytani bir metodla uzaqlaşdırmış olur. Amma soruşduğunda “biz” deyirlər, “bütü seçirik”. Məsələn, deyir, “Quranın hədisə ehtiyacı vardır, amma hədisin Qurana ehtiyacı yoxdur” deyir. İndi bu, bütçü sistemin, müşrik sistemin müdhiş bir silahı olmuş olur, kim ortaya atdısa. Yəni çox şeytani bir zəkayla bunu tətbiq etmiş olurlar. Bunu bilərəkmi edirlər? Çox vaxt bilmədən edərlər. Yəni fərqinə varmadan şeytana uyarlar. Şeytan bunların şüuraltına təsir edər, bunları istiqamətləndirər. Onlar da bunu edirlər.
Məsələn, ağlasığmaz şəkildə dini, İslam dinini pozar. Məsələn, adam musiqi dinləyir, adam şok olur, “sən necə musiqi dinləyərsən?” deyir. Ən təbii haqqıdır, onun üçün böyük bir nemət olan, halal olan bir şey onun üçün dəhşət verici bir günah halına gəlir. “Büt onu mənə qadağan etdi” deyir. “Allah dedimi?” deyirsən, “Allahdan bir məlumat yoxdur” deyir. “Amma bütdən var” deyir. “Büt deyirsə mövzu bitmişdir” deyir.
Ona görə, Allah İslamı müşrik, bütpərəst bir sistemə çevirdiklərinə görə, Allahın yola gətirmə, islah etmə üsulu da fəlakət və bəladır, aclıqdır, döyüşlərdir, terrordur. Allah imtina etsinlər deyə dəhşət meydana gətirir. Bunun əksinə bütünə daha da bağlanır. Qurtuluş bütə bağlanmaqdadır deyir. Bütünə bağlandığın üçün bu hala gəlirsən. Bütə daha çox bağlanır. Məsələn, Osmanlıda elə oldu. Müşrik sistemə bağlandıqlarına görə daha da batdılar. Batdıqca müşrik sistemə daha möhkəm bağlandılar. Bax, indi dağılmış Osmanlının dağıntısı üçün də yenidən bütlərə bağlanaraq xilas olacaqlarını zənn edirlər. Yenidən batırlar, bax yenidən batdılar gördünüz. Yenə bütə bağlanmağa çalışır. Dayanmadan büt axtararlar. Diqqət edin, məsələn, bir anda heç gözlənilməz insanları bütləşdirərlər. “Sən bütə qarşısanmı?” deyir, adam “Haşa, mən qarşı olarammı, mən də bütü dəstəkləyirəm” deyir. Belə bir düyün hər yeri əhatə edərək davam edir. Halbuki, ağıllı, Qurana bağlı, məntiqli bir dünyagörüşləri olsa, heç çətinlik çəkməyəcəklər.
Amerikanın hərbi gücünü, texnologiyasını sanki ilahlaşdırır, Amerikanı cənnət kimi görürlər
“Gedin, ilahlarınıza qarşı (bağlılıqda) qərarlı olun” (Sad surəsi, 6) -deyirlər. Bu dövlətin o sisteminə bağlılıqdır.
Məsələn, Amerikada Amerikanı təmsil edən nədir? Amerikan bayrağı, o ulduzlar, o paralel xəttlər, qırmızı, göy, ağ. O biri sancaq kimi bəzədikləri bir bayraqları da var, onda da müxtəlif rənglər var. Fəlsəfə onun ətrafında toplanır. Məsələn, gənclərin köynəkləri elə olur, şalvarları elə olur, getdikləri restoranda... Orada bir mədəniyyət və məntiq yaranır. Məsələn, bir gülmə şəkli olur. Məsələn, kovboy papağı oranın simvolu olmuş olur. O simvol ətrafında toplanırlar. Məsələn, o gülmə şəkilləri, o getmə şəkilləri, laqeydlik, o cəzalandırma məntiqi, o əzmə məntiqi o büt sistemin klassik ənənələri olur. Məsələn, Amerika həmişə nə edir? Beyninə girən kimi, bəyənmədiyi bir quruluş görən kimi dərhal bombalayır. Razı salmaq, izah etmək, İncilin o sevgi ruhuyla yaxınlaşmaq ağılına gəlməz. Çünki o bütçü sistemi ortadan qaldırmaq əvəzinə daha da gücləndirib. Bunların üstünə yamaq kimi yapışdırıb. Bunlar da o yamaqdan xilas ola bilmirlər. O ən az 150 illik bir yamaqdır. Xilas ola bilmirlər.
Məsələn, Green Card alır, Amerikan cənnətinə daxil olmuş olur. Yəni Asiya cəhənnəmindən Amerika cənnətinə keçmiş olur. Asiyanı cəhənnəm kimi görür. Onun üçün dəlilər kimi, dəlicəsinə bir ehtirasla oraya keçməyə çalışırlar. O cənnətə daxil ola bilmək üçün. Orada sanki ölümsüzlüyə qovuşacağını düşünür, xoşbəxtlik tapacağını...
Halbuki, Allahın olduğu hər yer –ki, olmadığı heç bir yer yoxdur- imanla cənnətdir. Allaha inanmırsansa, sən hara gedirsən get cəhənnəmdir.
Amerika dünyanın ən böyük cəhənnəmidir. Dünya cəhənnəmidir. Amma imanlı olsan, oranı da cənnətə çevirərsən. Əgər imanlısansa, Türkiyədə də cənnətdə yaşayarsan. İman etmirsənsə, Türkiyə sənin üçün cəhənnəmə dönər. Elə qəribə bir büt inancları var.
Mövhumatçılığa qarşı izahlarımız Qurana, ağıla və ürəyə tam uyğundur
İzahlarımız çox təsirli olur. Mövhumatçılıq və xurafat ağlasığmaz dərəcədə boğulur. Çox haqlı, dəqiq izahlardır. Həm də izah etdiklərimdə demoqogiya da yoxdur. Tamamilə elmi, məntiqli, tam Qurana da uyğun, ağla uyğun, ürəyə uyğundur. Ona görə xürafatçılarda ağlasığmaz bir çaxnaşma və dəhşət var. Necə həll edəcəklərini bilmirlər. “Bir şəkildə dayandır, Allah xatirinə, nə edirsənsə et” deyə Diyanətə yalvarırlar.
Türkiyədəki bəzi əlaltılıq edən yazıçılar sırf xarici qəzetlərdə adları keçsin deyə Türkiyə əleyhinə danışırlar
“Onlar bunları Allahı sevirmiş kimi sevərlər. Halbuki, iman edənlərin Allaha sevgiləri daha güclüdür”. (Bəqərə surəsi, 165)
Allahı unudur. Bu dəfə Allahdan daha böyük gördüyü üçün onu birbaşa Allah kimi görür. Onun üçün Hindistan, Pakistan, Türkiyənin məzlumları həmişə belə Amerikan heyranlığı, ya İngilis heyranlığı, ya İsrail heyranlığıyla ətrafında göstəriş edərlər. Məsələn, onlara yaranmaq üçün Türkiyənin əleyhində danışır, Türkiyədən xəbərçilik edir. Sırf büt onu təqdir etsin deyə. “Ey bütüm” deyir, “bax mən Türkiyəni belə sənin üçün qurban edirəm” deyir. “Məni qəbul edirsənmi, ey büt” deyir, qarşısında bir daha səcdəyə qapanır. O zaman büt; “adını bir qəzetdə nəşr edim” deyir. Havalanır, “ey bütüm, sən nə müqəddəssən, sən nə böyüksən” deyir. Çünki qəzetdə nəşr olunması bütün onu qəbul etdiyi mənasını verir. Xüsusilə, dövlətin onu qəbul etdiyini eşidəndə sanki cinnət keçirir. Məsələn, dövlətdən bir nazir, yaxud dövlətin bir Polis Şöbəsi müdiri, yaxud FBI-ın başçısını görsə, cinnət keçirər, ağılı gedər. Və yaxud bir senat, deyir ki məsələn, “afərin yaxşı etmisən” deyir. İnternetdə o qədər qısaca yazır, “afərin, yaxşı danışmısan” deyir. Günlərlə yata bilmir, ona-buna göndərir, “xəbəriniz varmı, filan senat mənə mənə dedi” deyir. Amma eşidən də şok olur, heyran olur. “Mən bu aləmə necə girə bilmədim” deyir. “Mən də bu Türkiyəni onlara bir qurban edim, bəlkə məni də qəbul edərlər” deyir, sıraya girir. Bu dəfə xainlər çoxalınca Türkiyənin əleyhinə istifadə ediləcək adam sayı da artmış olur. Bu dəfə adam YPG-ni də dəstəkləyir, PKK-nı da dəstəkləyir. Çünki əli güclənir. Bu adamlar da aclıqdan sürünən adamlar daxilində, həmişə yazıqdırlar.
Bir də, Mərakeş, Tunis, Əlcəzairdə də Fransız əlaltılığı çoxdur. Fransa onlar üçün bir ilahdır. Dünyanın ən mükəmməl bütü olaraq görərlər.
Ayə izahları
Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız.
“Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər”. Yəni onun qarşısında acizliyini, ona tabeliyini və hörmətini göstərir. “Musaya dedilər: “Ey Musa, onların ilahları (bütləri var; sən də bizə bir ilah (büt) düzəlt...” (Əraf surəsi, 138) deyirlər. Bir büt sistemi düzəlt. “Biz də ona bağlanaq” deyirlər. Çünki Misirdə inək var, 10 tonluq, 20 tonluq altından inək. “Sən kimə bağlısan?” deyir. İnəyə bağlı olduğunu söyləyir, yəni inəkçi dəstəsidirlər. Hər kəs o inəkçi dəstəsini çox hörmətlə qarşılayır. Əgər o inəkçi dəstəsindəsənsə, iş tapmağın asanlaşır, yemək tapmağın asanlaşır. Onsuz da dövlətə tabe olmuş olursan, Fironun adamı olmuş olursan. Firon mükafatlandırarkən nə deyir? “Dövlətə yaxın olacaqsınız” deyir. “Yaxın adamlardan olacaqsınız” deyir. Amma o dövlətin büt sistemi içində olub, gizlicə imanını yaşayanlar da var. Bütü aldadır, bütə sadiq deyil. Sadiq kimi görünür, amma onu bir taktika olaraq edir. Hz İbrahim (ə.s) də onu etmişdir. Eyni şəkildə Fironun sarayında olan adam yəni Allahualem Xızır (ə.s) özünü sezdirmir.
Bütlə mütləq zidd düşmək lazım deyil. Lazım olsa bütdənmiş kimi görünüb imanını insan mühafizə edə bilər. Yəni təhlükəlidirsə, büt onu əzəcəksə, öldürəcəksə, dinini yaşamasına maneə törədəcəksə, bu, ayədə də vardır, insan ondan məsul olmaz. Yəni dinini əlindən alacaqsa, zərər verəcəksə, bütdən yanaymış kimi özünü göstərə bilər.
Küfrün öz arasındakı döyüşlər cəhənnəmdə də davam edər
“O zaman onlar odda bir-birilə höcətləşəcəklər” Baxın, orada da rahat dayanmırlar. O-buna söz söyləyir, o-buna söz söyləyir. Cəhənnəmdə küfrün öz arasında dava-dalaş tez-tez olur. “Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi?” – deyəcəklər” (Mömin surəsi, 47)
Bəziləri də interneti bütləşdirir, bütün dünyası internetdən ibarət olur
İnterneti bütləşdirirlər. Haşa, interneti də Allah kimi görürlər. İnternet sayəsində varlana biləcəyini düşünür. Onun əsas sahiblərinə heyran olurlar. Onun içində yaşayır, internetin içində yaşayır. Bütün dünyası odur. Oradakı qəsəbələrə gedir, kəndlərə gedir, orada şəhərlər qururlar. Qaranlıqda bir küncdə, nəmişlik bir yerdə, beli bükülmüş, gözləri də zəifləmiş, dümağ olmuş, artıq saralmış, solmuş hələ o internetin içində yaşayır. Bir gün o internetin onu milyarder edəcəyini zənn edir. Əlindən gəlsə, kompüterin içinə girəcək. Əlbəttə, hamısı üçün demirəm, bir qismi üçün söyləyirəm.
Heç bir kompüter fabrikdə düzəldilməz. Hər kompüteri Allah yaradar. Kompüterdəki hər məlumatı Allah yaradar. Hamısı beynin içində yaradılar
Halbuki, heç bir kompüter fabrikdə düzəldilməz. Hər bir kompüteri Allah yaradır. Kompüterdə əldə etdiyin məlumatı Allah yaradır. Ekranda gördüyün təsviri Allah yaradır. O, düyməni basınca olduğunu zənn edir. Yox silikon vadisi, yox palçıq vadisi hamısını Allah yaradır. Yəni bütün texniki alətləri, cihazları, hər şeyi Allah yaradır. İnsanın beynində meydana gəlir, diqqətli baxsınlar. O kompüterə baxarkən gözünə belə bir basın; kompüter bir belə gedir, bir də elə gəlir. Madam oradadırsa, o niyə elə hərəkət edir? Havalarda uçur; bir sağa, bir sola, bir havaya, bir kənara hərəkət edir. Gəmisinə baxır; gözünü yumsun, gözünə bir dəfə basdıqda gəmi bir gedər bir gəlir, bir havaya çıxar, bir aşağı enər. Gəmi beynin içindədir, xəbəri yoxdur. Əriyir, “gəmim necə də gözəldir!” deyir. “Bu binaya bax!” deyir. Gözünə basdıqda bina bir gedir, bir gəlir, binanın beyninin içində olduğundan xəbəri yoxdur. Yatır yəni.