A9 TV; 10 may 2015 Xoş Söhbətlər
Əyləncə dünyada bəladan xilas olmağın adıdır, əsl bir əyləncə yoxdur
İndi insanlar dünyanı rahat hala gətirməyə çalışırlar. Allahın heç elə bir məqsədi yoxdur. Yəni dünyanın rahat hala gəlməsi Allahı maraqlandırmaz. Çünki bura imtahan yeridir. Bura o cür bir şey üçün istifadə edilməyə ən uyğun olmayan yerdir. Burada nə o mənada insanlar xoşbəxt ola bilər, nə də rahat yaşaya bilər. Tunel tikirsən, bunu bəladan xilas olmaq üçün edirsən, qaranlığın içindən keçirsən. Onsuz da avtomobillə bir yerdən başqa yerə getmək imtahanın gərəyi olaraqbir dərddir. Əyləncə bəladan xilas olmağın adıdır. Yəni orada əsl əyləncə yoxdur, bəladan xilas olma var.
Mehdiyyətdə məqsəd kef- əyləncə deyil, insanların vicdanlarındakı yüksək duyğuların ortaya çıxarılmasıdır
Mehdiyyətdə də, “Mehdiyyət olar; insanlar səltənət, lüks, gözəllik içində yaşayarlar, oh necə də gözəl”. Belə bir şey yoxdur. Allah verdiyi sözü yerinə yetirmək üçün bunu edir. Əsil məqsəd orada insanların sınanılması, vicdanlarındakı yüksək duyğuların ortaya çıxarılmasıdır. Yəni yüksək dərinliyin ortaya çıxarılmasıdır. Yoxsa buranın əyləncəsindən nə olar? Məsələn, Tayyib hocam AK Sarayı düzəltdirdi, bir çox insan orada sıxılar, elə bir şey olmaz. Yəni bir şey yoxdur, içinə girin baxın istəsəniz. Topkapı Sarayına da girsən, dini istiqamətlərini tənzih edirəm, insan sıxılar. Ulduz Sarayına da getsən, sıxılarsan. Bu səbəbdən bura o mənada bir əyləncə yeri deyil. Çimərliyə gedən də günəşdən yanmamaq üçün nə edəcəyini çaşır. Dənizə gedir, boğazına su gedir, ayrı bir dərd olur. Dərhal dənizdə yorulur. Tez-tələsik sahilə çıxır, sahildən yenə dənizə getmək istəyir. Açıqcası nə edəcəyini çaşır. Heç bir yerdə xoşbəxtliyi tapa bilməz. Onun üçün, “Mehdiyyət gələr, yan gəlib yatarıq, əylənərik”, belə deyil. Onsuz da mehdiyyətin çox qısa bir hakimiyyət müddəti var. Sırf məqsəd, Allah; “Mən verdiyim sözü yerinə yetirəcəyəm, İslamı dünyaya hakim etdiyimi də görün” mənasındadır. “Mənim üçün asandır” mənasında. Yoxsa əylənin, gəzin, dünyanın dadını çıxarın deyə bir şey yoxdur. Onsuz da dünyanın dad çıxarılacaq bir tərəfi yoxdur. Çünki dad çıxarılacaq yer cənnətdir. Tam haqqıyla, mükəmməl yerdir. Adam burada niyə alayarımçıq əylənsin? Kürəyində bir ton odun, “gəlin, əylənək”. Cənnətdə o bir ton odun kürəyindən gedir. Ondan sonra əylənirsən. Orada sırf əyləncədir.
Dünyada əziyyət hər yerdədir
Gəlməzdən əvvəl televizorda seyr edirdim, məşhurların uşaqlarını göstərir, kiçik uşaqlar. Dedim, necə əziyyət çəkirlər. İndi çox əyləncəli kimi görünür, amma uşaq qucağında, xoşbəxt belə şey edir. O uşağın altını dəyişdirir. Amma nə qədər? Bir yarım, iki il. Hətta üç il, iki yarım, üç il. Sırf bu belə böyük bir əziyyətdir. Yatmaq deyə bir şey yoxdur. Bir gənc qız deyir: “Körpə olduğu üçün bir saniyə belə ondan diqqətimi ayıra bilmirəm”. Həmişə diqqət üstündə olmalıdır, deyir. Hər an hər şeyi edə bilər, deyir. Nəfəs almadan izləməliyəm, deyir. Baxdım, doğumun izləri də üzündən görünür, məsələn, gənc qız olmasına baxmayaraq, üzündəki qırışlar çox dərinləşib. O boşalması. sallanması və s. aydın görünür. Onsuz da görünməyən yerlərdə fəsadlar daha çox olur.
Analıq elə asan iş deyil. Yəni biri ölür, biri dirilir. Analıq da belədir. Ana maddi və mənəvi bir istiqamətiylə ölər, bir uşaq dirilmiş olar. Qadın üçün çox çətindir. Baxanlar da çox əyləncəli görür. Uşaq baxımı çox çətindir. O uşaq ağlayır, qışqırır, çığırır. Uşaq hər an üzü üstə düşə bilər. Dırmaşarkən düşə bilər, başının üstünə düşə bilər. Artıq Allaha təvəkkül edilir. Əl qədər uşaq qardaşım, bir ayağı ilişsə ayağı da qırılar, təpəsinin üstünə də düşə bilər. Hər şey ola bilər. Üzünü bir yerə vura bilər, başını bir yerə vura bilər. Bu səbəbdən elə zənn etdikləri kimi əyləncəli bir vəziyyət olmur. Amma məsələn, cənnətdə adam arvadından uşaq olmasını istəyir, dərhal o anda olur. Heç əziyyət çəkmir. O anda, sevmək istədiyində olur.
Əyləncənin əsil yeri cənnətdir
Onun üçün, indi Mehdiyyəti gözləyən qardaşlarımız da böyük bir əyləncəyə hazırlıq kimi gözləyirlər. Elə deyil. Hz. Mehdi (ə.s) İslam hakimiyyətindən dərhal qısa bir müddət sonra ölür. Çünki Allah hz. Mehdi (ə.s)-ın əylənməsi, yaxud başqalarının əylənməsi üçün İslamı hakim etmir. Sözünü yerinə yetirmək üçün edir. Çünki əylənmə yeri cənnətdir. Allah; “Mən etsəm, haqqıyla edərəm” -deyir. Allah “bura oyun və əyləncə yeri deyil” -deyir. Oyun və əyləncə yeri cənnətdir deyir Allah. Oyun da oradadır, əyləncə də oradadır, deyir. Bura əyləncə yeri deyil, deyir. Bura imtahan yeridir, deyir. Allah ona görə buraya çox meyil edərsəniz, ilişib qalarsınız ,deyir. Allah, amma məqsədiniz axirət, Mənim razılığım olarsa, sonsuza qədər sizi xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz deyir. Mən burada sizə gücümü göstərirəm, deyir. Allah stəkan da düzəldirəm, qab düzəldirəm, yemək yaradıram, musiqi yaradıram, əyləncə, bir-birindən gözəl uşaqlar, qadınlar, insanlar yaradıram, yəni sözümün doğru olduğunu göstərirəm deyir. Allah, amma bura meyil edərsəniz –ki, etsən də bir şey çıxmaz- sürünərsiniz deyir. Yalnız vurnuxar, çırpınar başqa bir şey olmaz.
Ali-İmran surəsi, 14-cü ayə
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. [Ali imran surəsi, 14]
“Dünya həyatının bəzəyidir” keçici, mənası olmayan bir şeydir. Məsələn, avtomobil alır, avtomobilə benzin almalıdır, benzin alır. Pul verir, canı yanır. Dünyanın pulu gedir. Avtomobili cızırlar, çəkirlər. Bir yerinə bir şey olur, təmirə aparır. Park etməsi ayrı bir bəladır, hara park edəcək onun dərdinə düşür. Bir yerə gedəcək, radara düşərəm deyə, sürətdən qorxur.
Məsələn, Peyğəmbərimiz (s.ə.v) zamanında da İslam qısa müddətdə yayıldı, dərhal Allah Peyğəmbərimiz (s.ə.v)-in canını aldı. Dərhal yanına aldı. Çünki vəzifəsi bitdi. Dünyada qalması əziyyət olar. Əza olar. Cənnətdə sevinc içində, heç bir dərd olmadan yaşayıb əylənməsi varkən Allah onu niyə burada saxlasın?
Dünya nemətləri axirət gözəlliyinin yanında bir heçdir
Məsələn, hz. Süleyman (ə.s)-ın hakimiyyəti var, bütün insanlar qibtə edir. Zənn etdikləri kimi deyil. Hz. Süleyman (ə.s) xəstələnir də, başı da ağrıyır. Tamam, quş əti var, o var, bu var. Quş ətindən, ördək ətindən nə olar? Dünya neməti olar. Onlar Cənnət nemətinə görə heç bir şey deyil. Hər yeri qızılla örtülüb deyir, amma əlbəttə Allah onu bir bəzək, gözəllik olaraq, yəni İslamın izzəti baxımından edir. Əlbəttə ki, bir dünya gözəlliyidir. Amma axirət gözəlliyinin yanında bir heçdir. Bir cənnət sarayının yanında hz. Süleyman (ə.s)-ın sarayı nədir ki? Yanında heç nədir. Gözəllik və bəzək olaraq, müqayisəsi belə olunmaz.
Allah bizim imani həssaslığımıza nəzarət edir
Qardaşlarımızın səhv imici olmaması üçün söyləyirəm. Yalnız Allah bizim imani həssaslığımıza nəzarət edir. Və heç səhv olmamışdır, insanlar hz. Adəm (ə.s)-dən etibarən qiyamətə qədər heç səhv olmadan mükəmməl imtahan verəcək. Heç kimə elə ağılının ixtiyarını alacaq bir şey, bir imtiyaz tanınmamışdır. Ayələrə də baxıldığında, Peyğəmbərimiz (s.ə.v) ilə əlaqədar da ayələrə baxıldığında ağılının ixtiyarının alınmadığı Qurandan aydın olur.
Mömin Allah sevgisiylə cənnətdən çox şiddətli zövq alar
Allahın hədəfi bizim cənnətin yeməklərini, ballarını sevməyimiz deyil. Allah Özünün sevilməsini ən həyati mövzu olaraq görür. O balı, cənnət gözəlliklərini Onun təcəllisi olaraq sevməyimizi istəyir. Müstəqil sevməyimiz -onsuz da elə bir şeyə icazə verməz. Və zövq də ala bilmərik. Adam cənnətdə belə fikrə gedəcək, “aa nə gözəl ballar, yağlardır, yeyək içək”. Hamısında aldığı zövqün səbəbi Allahın təcəllisi olmasıdır. Müstəqil olaraq heç bir şəkildə zövq ala bilməz. İmansızı cənnətə qoy, sıxıntıdan havalanar. Bir adamı cənnətə apar, sıxıntıdan havalanar. Mömin sevincdən yerində dayana bilmir. İmanından qaynaqlanır. Küfr içindəki bir insanı cənnətə qoy, ağlını alar. Onu heç bir şey maraqlandırmaz. Mömin Allah sevgisiylə cənnətdən çox zövq alar.
Allah Özünün sevilməsini ən zəruri mövzu olaraq görür
Allah Özünün çox-çox sevilməsini istəyir. Allah insanların Özüylə maraqlanmamasına çox inciyir. Çox inciyir. Yəni Allahı qəzəbləndirir. Onun üçün belə intiqam alır. İslam aləminin məhv edilməsinin səbəbi də odur. Sevilmək Allahın haqqıdır. Hər şeyin Sahibidir, hər şeyi O yaradır. Adam Onu unudur, kefinə baxır. Adam Allahı sevmədikdən sonra cənnətdə olsa nə olar, olmasa nə olar? Allahı sevdiyi üçün zövq alır.
Allah dərin bir sevgiylə sevilmək istəyir. Allah dərin bir diqqətlə rəğbət istəyir. Məsələn, deyir: “Mənə həmd edin, şükr edin, çoxlu təsbih edin”. Allahın məqsədi həmişə Özüylə əlaqə olmasını təmin etməkdir. Allah sevilməyi sevir. Amma çox-çox sevilməyi sevir. Və bu, Allahın haqqıdır. Çünki hər şeyin sahibi, bütün gözəlliklərin sahibidir.
Məsələn, deyir: “Mən uşağımı dəli kimi sevirəm”. O uşağını sənə Allah göstərir , Allah yaratdı. Sən orada Allahın təcəllisini qucaqlayırsan, uşağını qucaqlamırsan. Allah orada təcəlli edir, uşaq surətində təcəlli edir, sən onu qucaqlayırsan. Sevgini Allaha ver. Sevgisini birbaşa uşağa verir. “Ya Rəbb, nə gözəl yaratdın” demir. “Nə gözəl təcəlli edirsən” demir. Onda da Allah bəla verir. Min bir müxtəlif əzab. Allah ya uşağını əlindən alır, ya özünə bir xəstəlik verir, ya içinə bir sıxıntı verir, ya ümumi bərəkətini pozur. “Ya Rəbb, Sənə həmd olsun” de, “Nə gözəl yaratdın” de. “Sənin təcəllindir” de.
Allah haqqıyla sevildiyində, xatırlandığında cürbəcür zənginlik axar
“Kim də Mənim zikrimdən üz çevirsə, artıq onun üçün çətin bir dolanışıq vardır” [Taha surəsi, 124]
Bax, Allah bütün dünyanı süründürür, bütün dünya sürünür. Səbəbi budur. Bu, xüsusi yaradılır. Dünyanın belə kasıb olması üçün heç bir səbəb yoxdur. Torpaq mükəmməl genişlikdədir. Əkinçilik hər cür ediləcək imkana sahibdir. Alət, hər şey var. Heyrətləniləcək şəkildə Allah iqtisadi böhran meydana gətirir və aclıq meydana gətirir. Heç bir səbəbi yoxdur. Möcüzə olaraq meydana gətirir. Çünki Allahı unudurlar. Allahı ansalar, zənginlik axar, cürbəcür axar. Amerika Allahı çox xatırlayırdı, bax, çox zəngin idi. Allahı az xatırlamağa başladılar, sürünməyə başladılar. Rusiya Allahı az xatırlayırdı, sürünürdü. Bir az Allahı xatırlamağa başladılar. Allah bir az fərahlıq verdi.
“Sizin Rusiyada təsiriniz çox böyükdür. Sizin fəaliyyətlərinizdən sonra Rusiya dindarlaşmağa başladı”.
O zəncirvari təsir edir. Məsələn, Darvin çıxdı ortaya bir söz atdı. Bu zəncirvari imansızlığa şərait yaratdı. Məsələn, adam deyir: “insanlar təkamüllə meydana gəlmişdir”. Necə? “Palçıqlı sudan meydana gəlmişdir. Sonra da soxulcan kimi bir şey olmuş. Sonra da meymun olmuşdur. Elm adamları bunu isbat edib” -deyir. İnanır. Bu neçə dəqiqə davam edir, bilirsənmi? İzahatı üç dəqiqə davam edir. Üç dəqiqənin içində onun dediyinə iman edir. Və bu zəncirvaridir, bir anda inkişaf edir, dünyaya hakim olur. Bizim izahatımız da elədir. “Darvinizm yox edilib, adam yerlə bir edib” -deyir. “Fosillərlə, zülalın quruluşunu izah edərək bitirib” -deyir. “Eləmi?” -deyir. Adamın darvinizmə olan inancı gedir. İtir. Zəncirvari. O da neçə dəqiqə vaxtını alır? Ən çox üç dəqiqəsini alır. Üç dəqiqənin içində imtina edir. Bu, insanın xüsusiyyətində var, şəxsiyyətində var.
Bütün dünyanın sürünməsinin səbəbi Allahı unutmalarıdır
Bax, Allah Zuxruf surəsi, 33-də deyir: “Əgər insanlar (Allaha qarşı üsyanda birləşib) tək bir ümmət olmasaydı” hamısı Allahı inkar etmədə qərarlı bir şəkildə dünya tərəfindən qiyam qaldırmayacaq olsaydılar, Allah belə bir təhlükə var deyir. “Rəhmanı (Allahı) inkar edənlərin evlərinə gümüşdən tavanlar və üzərində çıxıb-yüksələcəkləri nərdivanlar edərdik”. Allah hər yeri zəngin edərdim deyir. “Böyük bir zənginlik verərdim. Amma müdhiş bir azğınlıqla Mənə qarşı birləşərlər deyir. Allah amma süründürdüyümdə tövbə edirlər, Mənə yaxınlaşırlar deyir. Nə qədər əzilsə, Allaha o qədər yaxınlaşır. Zənginlikdə də bir çox insan qudurur, azır. Allaha üsyanda sərhədsiz bir azğınlığa çatır. Zuxruf surəsində də Allah onu söyləyir. “Amma Məni sevsələr, hörmət etsələr, Mən nə belə əziyyət verərəm, nə bir çətinlik olar” -deyir. Və müdhiş bir zənginlik verərəm, deyir. İnsanlar bunu etmir. Və niyə sürünürük deyə də maraqlanmırlar. Bütün dünya istisnasız sürünür. “Nə olur? Texniki olaraq bu qeyri-mümkündür” deyə bilmirlər. Amerikanın sürünməsi üçün heç bir səbəb yoxdur. Dünyanın ən zəngin ölkəsi olmalıdır. Ucsuz-bucaqsız torpaqları var, çox da bərəkətlidir. Müdhiş texnologiya var. Çoxlu pulu var. Amma bütün Amerika sürünür. Obama başda olmaqla. Hamsı ucu-ucuna dolanır.
İnsanların çoxu ancaq əzildiklərində Allaha dua edib yalvarırlar
Biz hansı məmləkətə bir peyğəmbər göndərdiksə, onun xalqı yalvarsınlar deyə, mütləq onları dözülməz bir çətinlik (yoxsulluq) və sıxıntıyla tutmuşuq. [Əraf surəsi, 94]
Başqa cür olmur, Allahın hikmətidir. Rahatlıqda Allaha qarşı az qala dünya səviyyəsində birləşib üsyan edirlər. Əzildiklərində də Allaha çoxlu dua edib yalvarırlar. Bu əzilməyə nə gərək var? Etmə, ağıllı ol, Allaha tövbə et. Allaha həmd et. Ya Rəbb, Sən böyüksən de, səni çox sevirəm de, sənə yağış kimi nemət yağdırsın. Niyə bəlanı axtarırsan, mübarək? Niyə azıb qudurursan? Mübarək deyə tövbə edib xilas olan üçün söyləyirəm. Niyə özünü əzirsən?
“Allah gəmi nümunəsini verir. “Gəmidə dalğalarla çevrildiklərində səmimi qəlbdən Allaha bağlılar olaraq dua edərlər.Amma quruya çıxan kimi dərhal nankorluq edərlər” -deyir”. (İsra surəsi, 67)
Bax, gəmi batma təhlükəsi göstərincə yerə yataraq dua edirlər; “Ya Rəbb, Sən ən böyüksən, bizi qurtar, Ya Rəbb”. Hamısında olur, təyyarələrdə, hər yerdə olur. Çoxlu zikr çəkməyə başlayırlar; “La ilahə illəllah”. Qardaşım, normal həyatdaykən et. Niyə yalnız darda olanda edirsən. Darda olanda et, yaxşı, normal həyatında etsən, dilinmi qopar? Niyə hər şeyin Sahibini sevmirsən? Çox sevinir, gedib avtomobilini sığallayır. Allah sənə onu təcəlli olaraq yaradır. Beyninin içində yaradılır. Ağlını başına al. Bu qədər çəkəcəyin bir şey yoxdur. Onsuz da iki gün qalıb gedəcəksən.
Allah quruda təhlükəsizlikdə olanda da “sizi quruda yerə batırmayacağına əminsinizmi?” -deyir”. (İsra surəsi, 68)
Allah orada da tərsinə dönərlər, deyir. Bu dəfə dünyaya meyl edərlər, Allahı unudarlar, qısacası, azarlar deyir.