A9 TV, 20 may 2015 Xoş Söhbətlər
İnşirah surəsindən ayə izahları
Şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla. İnşirah surəsində Allah, Peyğəmbərimiz (s.ə.v)-ə belə buyurur: “Məgər Biz sənin üçün köksünü açmadıqmı?” Deməli qəlbində sıxıntı var imiş. Taha surəsi, 25-ci ayədə də: “(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!”” Peyğəmbərlərdə genetik olaraq davam edər bu. Yəni köksündə narahatçılıq, həyəcan olar. Ürəkdə həyəcandan yaranan döyüntü və yaxut sıxıntı hissidir. Eyni nəsildən olduğuna görə hz. Musa (ə.s)-dan etibarən, yəni eyni şey olduğu üçün, Peyğəmbərimiz (s.ə.v)-də də var imiş. O da elə imiş, şeytandan Allaha sığınıram, Rəhman Rəhim olan Allahın adıyla. Allah deyir: “Məgər Biz sənin üçün köksünü açmadıqmı?” (İnşirah surəsi,1) “Yükünü səndən götürmədikmi?” (İnşirah surəsi, 2) Böyük ehtimalla Peyğəmbərimiz (s.ə.v) kökəlibmiş, sonra da arıqlayır. “O, sənin belini bükmüşdü”. (İnşirah surəsi, 3) Yəni o ağırlıqdan, artıq çəkidən biraz “belini bükmüşdü. Sənin ad-sanını ucaltmadıqmı?!” (İnşirah surəsi, 4) Yəni, hər yerdə adı eşidilir (yad edilir). Əbcədi 2009-cu il tarixini verir. “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 5). “Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 6) Həqiqətən, Peyğəmbərimiz (s.ə.v.) çox çətinliklərdən keçmişdir. Amma həmişə sonu asanlıqla bitmişdir. Məsələn, ürəyi sıxılanda, narahat olanda asanlıqla keçib gedirdi. Çəkisi artıq olanda, arıqlayır və rahatlayırdı. İzah etdikləri kimi qarnına daş bağlayırdı, o rejimin təsiri ilə arıqlayırdı. İsti, qızdırılmış daş imiş, soyuq daş deyil. O dövrdə termofor (qızdırıcı qab) yox idi, daş kərpici qızdırırdılar, onu bezə sarıyıb qoyudular. Ac olduğu üçün Peyğəmbərimiz (s.ə.v.)-də, yəni yemək olmadığına görə deyil, rejim saxladığı üçün arıqlayırdı. Yoxsa səhabələr, Peyğəmbərimiz (s.ə.v)-i ac buraxardı heç? Mümkün olan iş deyil. Elə bir şey olduğunu iddia etmək, haşa, Səhabələrə xas hərəkət deyil.
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır” (Əhzab surəsi, 6)
Əlbəttə qardaşım, səhabələr həmişə ən gözəl yeməkləri gətirib Peyğəmbərimiz (s.ə.v)-ə təqdim edirdilər. Evlərinə dəvət edirdilər, ya da gətirib Peyğəmbərimiz (s.ə.v)-in məscidində yeyirdilər.
Cahilcə Peyğəmbər (s.ə.v)-i ucaltmaq əvəzinə həm Peyğəmbər (s.ə.v)-i dəyərləndirməmiş olurlar, həm də səhabələri təhqir edirlər, haşa. Peyğəmbər (s.ə.v)-in elə səhabəsi olar? Peyğəmbər (s.ə.v) ac olacaq, qıvrılacaq və səhabələr özləri istədikləri kimi yeyəcəklər, ət yeyəcəklər, süd içəcəklər amma Peyğəmbər (s.ə.v)-ə heç bir şey verməyəcəklər. Bu deyilməli sözdür? Nə qədər çirkindir. Belə ucaltmaq olar? Ucaltmaq əvəzinə yalan danışırlar, o yalanı da əllərinə üzlərinə bulaşdırırlar.
Duhan surəsindən ayə izahları
“Məgər O, səni yetim ikən qoruyub sığınacaq vermədimi?!” (Duha surəsi, 6)
Hz. İsa (ə.s) də elə olub.
“Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!” (Duha surəsi, 8)
“Peyğəmbər (s.ə.v) yoxsul idi” -deyirlər. Amma Allah, ayədə, “dövlətli” -deyir, “dövlətli etdim” -deyir. “Yox Quran düz demir, biz, doğru deyirik” -deyirlər. Allah dövlətli etdiyini deyirsə deməli dövlətdlidir. Qurana niyə inanmırsınız? Allahın sözünə niyə inanmırsız? Diqqət edin əvvəl yoxsul olduğu dövr də deyilir. Amma sonra “səni dövlətli etdim” deyir Allah. Peyğəmbər olduqdan sonra dövlətli oldu.
“Və Rəbbinin nemətindən (davamlı) danış”. (Duha surəsi, 11)
Əbcədi 1956-cı il tarixini verir. Rabbinin neməti nədir? Hz. Mehdi (ə.s), İslam Birliyi, İslamın hakimiyyətidir. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ı çox sevirdi.
Tin surəsindən ayə izahları
Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Tin surəsində də: “And olsun əncirə və zeytuna!” (Tin surəsi, 1) Həqiqətən hər iki meyvə çox şirindir. Çox tarixi, qədim, gözəl qidalardır. Quran bunu deyirsə bir çox bilinməyən hikməti vardır. “And olsun Sina dağına!” (Tin surəsi, 2) Məsələn, o dağda da bir şey var. Sina dağı, müqəddəs dağdır. “And olsun bu təhlükəsiz şəhərə!” (Tin surəsi, 3)
Peyğəmbrlərin xəstəlik və çətinliklərlə imtahanı
Hz. Əyyub (ə.s)-ın xəstəliyi çox güclü olub. Heç səsini də çıxartmırdı mübarək. “Ya Rəbbi Sənin zikrini edə bilməyəcək hala düşdüm” -deyir. Ona görə Allahdan kömək istəyir.
Ancaq hz. Əyyub (ə.s) haqqında çox çirkin sözlər deyirlər. (Guya) Xəstəlikdən yaraları elə açılmışdı, yarası belə dağılmışdı. Peyğəmbərlər insanların o cür haşa bəyənmədiyi görünüşdən uzaqdır. Heç bir peyğəmbər elə bir vəziyyətə düşməz. Güya bununla yaxşı iş görürlər. Yəni, xalq üçün yaxşı iş gördüklərini fikirləşirlər. Qardaşım, niyə yalan deyirsiz? Bilmədiyini, etmədiyini, niyə yalan deyirsən? Nə gərək var? Nə ağlın çatır, nə də başın işləyir. Başın da cılızdır. Yalan danışanda da bərbad yalan danışırsan. Yaraları haqqında o qədər iyrənc şeylər danışırlar ki, mən burada demək istəmirəm. Peyğəmbərdə heç elə bir şey olar? Niyə də olsun?
Peyğəmbərimiz (s.ə.v) əziyyət çəkirdi, gərgin mühitdə idi, döyüşlərdə olurdu, hər gün hücumlara məruz qalırdı. Yəni rahat yatağında yatmaq deyə bir şey yox idi. Məsələn, gecə yarısı saat 3-də hücuma keçirdilər. Adamlar məşəllərlə dəli kimi gəlirdilər (hücum edirdilər). Kimi suiqəst etmək üçün, kimi başqa bir şey üçün gəlirdi, kimi ox yağmuruna başlayırdı, kimi nizə atəşinə tuturdu. Yəni çox qəribə və gərgin bir mühit idi. Peyğəmbərimiz (s.ə.v)-in həyatı çox çətin olub, həmişə döyüşlər, əziyyətlər, çətinliklər içində keçib.
İmtahan olmasa dünyanın da bir mənası olmaz
Şeytandan Allaha sığınıram. “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?” (Bəqərə surəsi, 214)
Onsuz da imtahan olmasa dünyanın bir mənası olmaz. Yəni yarı cənnət yarı cəhənnəm xüsusisiyyətində olan bir yerdə dayanmağın mənası yoxdur. Allah buyurur: “Əgər Biz (Özümüzə) əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz dərgahımızda olanlardan hazırlayardıq”. (Ənbiya surəsi, 17)-yəni ən əlasını hazırlayardıq. “Mən cənnətdə əlasını yaradıram” -deyir Allah. Bura imtahan yeridir. Burada mütləq çətinlik olmalıdır. Məsələn, soyuq olur, isti olur, başağrısı olur, belağrısı olur, qorxu olur, hücumlar olur, küfr edən olur, təhqir edən olur, vücudun min cür acizliyi olur.
Tövrata görə Mehdi (ə.s) çəktiyi əzabın, əziyyətin çoxluğundan və buna qarşı göstərdiyi səbrinə görə özünün Mehdi olduğunu başa düşər.
Tövratda buyrlur: “Hz. Mehdi (ə.s) (yəni Moşiyah) o qədər çox əziyyət çəkər ki, bu əziyyətə göstərdiyi səbrinə görə özü-özünə heyrətlənər və buradan Mehdi olduğunu başa düşər”. Yəni bu əziyyətə və çətinliyə heç bir insanın dözə bilməyəcəyini başa düşər, buradan da özündə bir fövqəladilik (qəribilək) olduğunu başa düşər. “Buradan özünü tanıyar” -deyilir Tevratda. O, bir quzuya bənzədilir Tövratda. Kişiliyi, təmizliyi, gözəlliyi quzuya bənzədilir Tövratda. Çox əziyyət çəkəcəyi, əzab çəkəcəyini bildirir Allah.
Taha surəsindən ayə izahları
Taha surəsi, 39. Şeytandan Allaha sığınıram. “Onu” -yəni hz. Musa (ə.s)-ı “sandığın içinə qoyub, …” Sandıq, su keçirməyən bir sandıqdır. Dördbucaq formada bir-birinə yaxşıca bərkidilmiş taxtadandır. “Onu sandığın içinə qoyub, çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Allah həmişə hər şeyi görür. Hər yerdə, hər şeyi görür. Dünyada bir imtahan vəsiləsi və bir gözəllik kimi gör Allah orada necə bir macəra yaradır. Məsələn, sandığın içinə qoymaq kimi. Qayıq da deyil, sandıqdır. Suyun içində sandıq. Bir dalğa olsa çevrilər, dağılar. “Çaya burax” -yəni təvəkkül etməlidir. “Həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Qabaqcadan Allah əvvəla “Mənim düşmənim” -deyir. Allahın düşmənidirsə peyğəmbərin də düşməni olur. Peyğəmbərin düşmənidirsə Allahın da düşməni olur. Bu bütövlük təşkil edir. Məsələn, hz. Mehdi (ə.s)-a düşmən olan Allaha da düşməndir. “Gözlərim önündə boya-başa çatdırılasan deyə” -yəni hamı, hər şey daim Allahın gözü qabağındadır. Eləcə də o sandıq da, o sandığın yaradılması da. “Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı məhəbbət oyatdım”. Sevgini verən də Allahdır. İnsan əlindən gəldiyi qədər sevimli olmaq istəsə də Allah, sevdirməsə sevilə bilməz. Sevimli olmağı yaradan da, sevdirən də Allahdır. Sevgini yaradan Allahdır. “Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. O zaman bacın gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək birini göstərim?”” Yəni, oradakılara gedib, Fironun adamlarına deyir. “Madam belə bir körpə var, ona baxmaq üçün tanıdığım birisi var” -deyir. “Əgər istəsəniz gətirim onu” -deyir. Çünkü hz. Musa (ə.s) heç bir ananı qəbul etmir. Əmizdirmək istəyirlər, süd anaları gətirirlər, amma heç birini qəbul etmir. Olduqca sağlam və sevimli uşaq idi. Razılaşırlar və “o qadın, sənin dediyin qadın da gəlsin onu da yoxlayaq” -deyirlər. Öz anası gəlincə dərhal anasının südünü almağa başlayır. Yəni onun südünü qəbul edir. Əlbəttə ki, anası çox sevinir, gözü aydın olur. Kədərli ikən hüznlənmir. İmtahanın davamına baxın, “Sən bir nəfəri öldürmüşdün”. Anası da imtahan olur amma özü (hz. Musa ə.s) körpə oldğuna görə şüurunda olmur. “Sən bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq” -deyir Allah. İnsan öldürmək çox dəhşətverici bir şeydir. Məsələn, peyğəmbər birini, bir şəxsi bilməyərəkdən öldürür. Qəsdən, planlı şəkildə deyil. Yəni bilmədən, səhvən öldürür. Amma çox məyus olur. Müsəlmanın əxlaqına baxın. Sən bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq”.-məyusluğa bax. Olduqca çox dərd çəkir. “Biz səni (çətin) sınaqlardan keçirtdik” -deyir Allah. Günlərlə onun dərdini çəkir. Heç fikrindən çıxmır. “Sən illərlə Mədyən əhli içində qaldın”. Allah, ona o dövrü xatırladır. Ancaq Mədyənə də diqqət çəkir. “Sonra da müəyyən olunmuş (yerə) gəlib çatdın, ey Musa!” (Taha surəsi, 40) -deyir Allah. Allah, bütün tarixini ona vəhylə deyir, eşidir. Allahın hər şeyi bildiyini də buradan görür. Yəni Allah: “Bax Mən sənin körpəliyindən etibarən hər şeyini bilirəm” -deyir. “Sandığa qoyulduğunu, hadisələri, baş verənləri, ananın vəziyyətini, hamısını Mən bilirəm”-deyir Allah. Allah, Ona etibar etməsi üçün gücünü göstərir. “Sonra da müəyyən olunmuş…” -yəni “Mənim yaratdığım bir tale üzərinə gəldin” -deyir Allah. “Öz istəyinlə, öz iradənlə gəlmədin, Mən belə istədiyim üçün gəldin” -deyir Allah. "Mən səni Özümə (peyğəmbər) seçdim!”. (Taha surəsi, 41) -deyir Allah. “Mən seçdim” -deyir. “Sən və qardaşın möcüzələrimlə gedin”. Öz ağlınıza görə deyil, “Möcüzələrimlə (Ayələrimlə)” -deyir Allah, yəni, Tövratla. Ağlınıza uyğun gələn sözlərə görə demir. “Ayələrimlə gedin, Tövratın hökmlərinə görə gedin” -deyir Allah. “…Və Məni zikr etməkdə zəiflik göstərməyin”. “Yəni az, qısa danışmaqla və yaxud gecikdirməklə olmaz”-deyir Allah. “Şövqlə, səmimiyyətlə, qərarlılıqla Məni zikr edəcəksiniz” -deyir Allah. Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləmində bu bəla var. Təbliğə ehtiyac duymurlar. Deyirlər ki, “Onsuzda Dini Qurum bununla məşğul olur”. Qardaşım bu sözə sən inanırsan? Elə təbliğ olar? “Biz niyə təbliğ edək?” deyirlər. Təbliğ etmək hər müsəlmana fərzdir. Belə şey harada görülüb?
Mövhumatçılara görə namaz böyük əziyyətdir
Allah ayədə belə bildirir: “Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər”. (Nisa surəsi, 142)
Deməli, bu, münafiq əlamətidir. Məsələn, bu mövhumatçılar üçün namaz, çox böyük əziyyətdir. Xüsusi ilə də sübh namazı. “Necə duracayıq?” deyə həmişə şikayətlənərlər. Sübh namazına necə duracağının dərdini çəkir. Sabah sizə, təmənnasız 5 min lira verəcəyik desən sabaha qədər yatmazlar. Hoppanıb-düşərlər. Əlli dəfə əl-üzünü yusan, əlli dəfə də ayağını yusan, hər sabah 5 min lira alacaqsan desən milyonlarca insan növbəyə düzülər. Baxın Allah sonsuz cənnət vəd edir, inanmadığı üçün etmir. İnansa edər.
Taha surəsindən ayə izahları
Firona belə tebliğ edərkən iman etməsi ehtimalı vardır
“(İkiniz) Fironun yanına gedin. Çünki o, həddini aşmışdır”. (Taha surəsi, 43) Yəni təmamilə yolunu azmışdır. Mövqeyinə, vəzifəsinə görə qudurmuşdur. Hal-hazırda aparılan elmi araşdırmalar nəticəsində bədənində kokain maddəsi aşkarlanmışdır. Deməli adam həmişə çəkirmiş. Başı da ayıq deyilmiş. O dövrdə kokaini haradan tapıb. Görünür bir yolla əldə edibmiş, kokaini. Aparılan araşdırmaya görə Fironun bədənində kokain aşkarlanıb. Azmağının səbəblərindən biri də böyük ehtimalla bu imiş. “Onunla yumşaq danışın”-yəni sakit, mülayim söz deyin. “Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi, 44) Diqqət edin, ola bilsin ki, öyüd-nəsihət alar və fikirləşər. Əvvəl öyüd-nəsihətə qulaq asır, yəni oyüd-nəsihət alır, həqiqətən “olabilər, fikirləşər, fikirləşdikdən sonar da Allahdan qorxar” deyə düşünürlər. “Bir cəhd edin, ümüd edə bilərsiz” -deyir Allah. Yəni, “mümkünsüz deyil” -deyir. Yəni Firona belə təbliğ edilərkən deməli iman etməsi ehtimalı var. O zaman komunistə də, PKK-lıya da, ateistə də, artıq kim varsa hamısına təbliğ edilməlidir. Necə? Həlim, nəzakətli və hörmətli bir üslubla. Başını-gözünü yararaq deyil.
“Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq””. Çünkü adam ayıq deyil. Birdən bağıraraq hücum edə bilər. Birbaşa özü hücum edə bilər, yaxut adamlarına deyib tutdurar. “Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq” (Taha surəsi, 45). Dediyi kimi “həddi aşanlardandır”. Yəni azğındır. Amma birbaşa onun azmasından qorxurlar. Çünkü orada onları şəhid etsə buna görə ona cəza verən olmayacaq. Qayda-qanun da yoxdur o dövrdə. Adam birdən başını kəsər, hamısını kəsər, doğrayar. Hüququn, qanunun olmadığı bir dövrdür.
Allahın görmədiyi heç bir yer, eşitmədiyi heç bir şey yoxdur
“(Allah) buyurdu: “Qorxmayın?”-qorxmayın deyincə artiq qorxmamaları fərz (vacib) olur-“çünki Mən sizinləyəm…”, yəni “hər addımınızda, hər hərəkətinizdə, hər nəfəs aldığınızda, gözünüzü açıb-yumduğunuzda Mən sizinləyəm. Gözünüzün içindən baxıram, qulağınızın içindən eşidirəm, qəlbinizin içindən tanıyıram, qolunuzundakı güc-qüvvətəm” -deyir Allah. “Mən oradayam, yanınızdayam, hər tərəfdəyəm. Fironu da bütünlüklə əhatə etmişəm, Fironun da gözlərinin içindən baxıram, sizin də gözlərinizin içindən baxıram, Fironun qulağının içindən də eşidirəm, sizin də qulağınızın içindən eşidirəm və tərəfsiz də eşidirəm, tərəfsiz də görürəm”-deyir Allah. Öndən, yandan, hər tərəfdən gördüyünü deyir Allah. Çünkü Firon hansı tərəfi görə bilir? Önünü. Hz. Musa (ə.s) hansı tərəfi görə bilir? O da önünü görə bilir. Amma Allahın görmədiyi heç bir yer yoxdur. Torpağın altını, torpağın üstünü, hər yeri görür. “Mən sizinləyəm, eşidirəm və görürəm!” -deyərək xatırladır Allah. Diqqət edin “eşidirəm və görürəm” -deyir Allah. Qarışqanın ayaq səsindən tutmuş, Fironun nəfəs almasına kimi. Allah hamısını eşidir. Bilir. Çünki özü yaradır. İndi “Onun yanına gedib deyin” -deyir Allah. Amma hər ikisi də çox qorxurlar. Lakin qoxmayın dedikdən sonra, əlbəttə vəhy olduğu üçün ürəkləri rahatlayır. Amma əvvəl qorxurlar. “Deyir: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə””. (Taha surəsi, 47). Baxın, görün nə qədər məqbuldur. “Biz, onsuz da gedəcəyik buradan, çıxıb gedəcəyik. Bizə əzab vermə, bizi döymə, söymə, öldürmə, bir şey etmə” -deyir. Bundan da məqbul nə ola bilər? “Sən bizi əgər bəla, dərd kimi görürsənsə biz onsuz da gedəcəyik. Biz, təhlükəli deyilik, amma gedərkən də bizi döyüb-söyüb öldürməyə çalışma”-deyir.
“Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik”. Çünki onun da Rabbidir. “İsrail oğullarını bizimlə göndər”. İsrail oğulları qədim tayfadır. Quranda çox yerdə zikr edilir. Peyğəmbər soyudur. “Və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik”. Diqqət edin, “Rəbbindən”-deyir. “Rəbbimizdən”- demir, dəli olmasın deyə xüsusi ilə “Rəbbindən” deyir. Yəni “Sənin Allahının əmri ilə hərəkət edirik”. “Doğru yolla gedənlərə salam olsun!”. (Taha surəsi, 47) Onlar qədimdə “Şalom” deyərlər, yəni Salam. Hz. İbrahim (ə.s) dövründə də, Nuh (ə.s) dövründə də var idi, “Şalom”-deyərək Salam verərdilər. Allah hidayət verir, ona tabe olmalıdır. Hidayətlə mücadilə aparmamalıdır. Allah hidayət verincə təslim olmalıdır. “Bizə vəhy olundu ki, əzab, haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!” (Taha surəsi, 48) Yəni, əgər yalanlayıb və üz çevirsən əzab gələr. “Bizə belə vəhy olundu sənə bildiririk” -deyirlər. “(Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?” (Taha surəsi, 49) “Mənim Rəbbim kimdir?” demir. Çünki onsuz da onlar “Bizim Rəbbimiz” demirlər, “Sənin Rəbbin” -deyirlər. O da qəbul etmədiyi üçün, “Rabbiniz kimdir ey Musa?”-soruşur. “(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!” (Taha surəsi, 50) “Əvvəl yaradır sonra da doğru yolu göstərir” -deyir “Tövratla”. “(Firon) dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?” (Taha surəsi, 51)-yəni əvvəlki dövrlərin insanlarını nəzərdə tutur. Onlar “Daş dövrü, Paleolit dövr” də deyirlər. İndi də ateistlər maraqlanıb soruşurlar. “Onların halı necə olacaq?” “Onlar din gördü? Onlar İslamla tanış idi? Onlar ibtidai bir həyat yaşıyırdılar. Mağaralarda yaşayırdılar” -deyirlər. Hələ o dövrdə belə fikirlər var idi, yeni bir şey deyil. “(Musa) dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edər, nə də unudar!” Yəni Allah qatında bir kitabtadır, “Rəbbim nə xəta edər, nə də unudar!” (Taha surəsi, 52) Yəni “sən narahat olma, onları da unutmaz və xəta etməz” -deyir. Allah onlara da, yəni ilk dövrdəki insanlara da din göndərmişdir, onlara da peyğəmbər göndərmişdir, xəta etməmiş və unutmamışdır. “Allah qədim dövrdəki insanları niyə unutsun?”-deyir. “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır” -deyir. “O, yer üzünü sizin üçün beşik etmiş..”.-yəni “Mehdi yaratdı”, deyir. Bunu xüsusi ilə seçərək deyir. Məsələn, yer üzü üçün bir ev, mühafizə edən bir qab (yer), sığınacaq və ya çadır yaratdı da deyə bilərdi. Yəni yüzlərcə, minlərcə söz var. Amma bu sözlər içərisində “Mehdi” sözünü seçmişdir. Ərəbcə Quranda “mehdi” olaraq keçir. “Orada sizin üçün yollar salmış..”.-yəni asfaltlar, maşın yolları. Maşın yollarını bələdiyyə deyil Allah düzəldir. O yol, beynin içindədir, beyində görürsən yolu. Maşına minəndə beyində görürsən yolu. Davamlı bir yol görünür başın içində. Onu Allah yaradır. Çöldəki yoldan bəhs edirsən. “O haradadır?”-soruşuruq, “o da başımın içindədir” deyirsən. O zaman kim yaratmış? Allah yaratmışdır. Elmi həqiqətdir.
“Və göydən su endirmişdir”-suyu da endirir, İsa Məsihi də Allah endirir. “Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik”. (Taha surəsi, 53) Həyatı canlandırdı. Hər bitki cüt halında olduğunu da Quran deyir, bu, bir möcüzədir. O dövrdə bilmirdilər. Haradan biləcəksən? Bir çiçək var ortasında da bir şey var. Onun erkəklik organı olduğunu, onun digərini döllədiyini, o dövrün eilmi ilə bilmək mümkün deyildi. İmkansız idi. “(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin”. Bitkilərdən də, meyvələrdən də, tərəvəzlərdən də, yerdə bitən hər şey, cəfəri, pomidor, bibər, balqabaq, lobya ağıla gələn hər cür meyvə-“həm özünüz yeyin, heyvanlarınızı da yemləyin” -deyir Allah. Onlar da həqiqətən çox şirindirlər. Davamlı, ara vermədən yeyirlər. Əsas şey bu olur, yatmaq, uzanmaq və yemək yemək.
“Həqiqətən” (Taha surəsi, 54)-yəni “Şüphə etməyin” mənasındadır. Quranda bu, çox keçir. Çünki insan şübhəyə meyilli yaradılmışdır. Belə yaradıldığı üçün həmişə “şübhəsiz, həqiqətən” deyər Allah və yaxud şübhə etməsinlər deyə Allah and içər. “Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır”. (Taha surəsi, 54) Yəni məntiqli olan, ağıllı düşünən, vicdanlı düşünən, nizamlı insanlar üçün ayələr vardır. Amma əgər ağlı dağınıqdırsa, dərin düşünmürsə, qəlbi qaradırsa, vicdanı qaradırsa əlbəttə ki, ona təsir etməz.
“Biz sizi torpaqdan yaratdıq” -yəni, torpaqdan, yerdən-“Sizi ora qaytaracaq”, sizi toprağa geri qaytaracağam deyir Allah. Yəni “Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq” (Taha surəsi, 55). Yenə “o torpaqdan, yenidən çıxardacağıq”-deyir Allah. Yəni dünyanın torpağından istifadə edir. Bu, Allahın hikmətidir. Halbuki Allah, insanları, başqa yeni bir torpaqdan da çıxarda bilərdi. Amma “dünya torpağından çıxardacağıq”- deyir Allah.
“Biz, ona,”-insana-“dəlillərimizin hamısını göstərdik”, yəni atomdakı, hüceyrədəki quruluşu, vakuol, xromosomdakı, mitoxondridəki, hamısındakı quruluşu göstərdik. Görməyən var? Hamı görər. “O isə (bu dəlilləri) yalan sayıb qəbul etmədi”. (Taha surəsi, 56)-iman etməmək üçün dirəşdi. Allahın yaratdığını qəbul etmədiyini və bunda dirəşdiyini deyir Allah.
“(Firon) dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağa gəlmisən, ey Musa?”” (Taha surəsi, 57). Niyə belə etiyini bilirsiz? Çünki hz. Musa (ə.s) Firona: “Mənim istədiyim səndən, məni və yoldaşlarımı burax biz gedəcəyik” -demişdi. Fironun özündən çıxmağının səbəbi, Tövratda uzun-uzun Moşiyahın gələcəyi və dünyaya hakim olacağı, bütün o bölgəyə hakim olacağı keçir. Nildən Fərat çayına qədər. Məkkəyə, Mədinəyə qədər. Hətta Kiprə qədər, Cənub-şərqi Anadolu bölgəsinin hamısını əhatə eədəcəyi bir hakimiyyətdən bəhs edir Allah.
“Madam belə, Biz də sənə buna bənzər bir sehr göstərə bilərik”. Sehr olduğundan əmindir. “Bizimlə öz aranda görüş vaxtı təyin et”. Amma yenə də baxın demokratikdi Firon. Başqası olsa idi darmadağın edərdi. Hal-hazırda Firondan min qat betər adamlar var, bir çoxu belədir. PKK-nın olduğu bölgədə sən Allahdan danışa bilirsən? Danışa bilməzsən. ““(Bu hamımız üçün) münasib bir yerdə olsun” –dedi” (Taha surəsi, 58).
“(Musa) dedi: “Görüş vaxtınız bayram günü”-Misirdə çox qədimdən bir bayram günü var-“camaatın (bir yerə) toplaşacağı”, həmin bayramda səhər vaxtı toplanırlar “səhər vaxtıdır!” (Taha surəsi, 59).
“Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi”. (Taha surəsi, 60).
“Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O, sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar”. (Taha surəsi, 61). “Çünki edəcəyiniz şey bir həqiqət deyil” -deyir. Yəni “göz boyama, hipnoz edəcəksiniz, sehr edəcəksiniz” -deyir.
“(Fironun adamları) öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər”. (Taha surəsi, 62). Yəni, Fironun adamları, öz aralarında danışırlar, dedi-qodu edirlər.
“Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır”. Çünki özləri sehrbazdır axı. Necə ki, “adamı necə tanıyarsan? Özüm kimi”-deyərlər, o da elə özü kimi tanıyır. “Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər”. (Taha surəsi, 63). Mehdi (ə.s)-a da eyni şeyi deyirlər. Çünki Mehdi (ə.s) tək bir dünya dövləti yaradır.
“Odur ki, bütün hiylələrinizi cəmləşdirib (meydana) dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”-bax meydan oxumağı görürsünüz? “Bu gün qələbə çalan xilas olacaqdır”. (Taha surəsi, 64).
“(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at, ya da birinci atan biz olaq!”” (Taha surəsi, 65). Diqqət edirsinizsə həmişə belə demokratik bir rəftar sərgiləyir. Bunu şübhələndirməmək üçün edirlər.
“Musa dedi: “Yox, siz atın! (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehrləri sayəsində hərəkətə gəlib (ilan kimi) sürünür”. (Taha surəsi, 66). Yəni, xeyli ilanlar kimi hərəkət edir.
“Musanın ürəyi xoflandı”. (Taha surəsi, 67). Yəni, “Bu adamlarla nə edəcəyəm mən indi?” -dedi.
“Biz: “Qorxma”-dedik. Qalib gələn mütləq sən olacaqsan!”. (Taha surəsi, 68). Əbcədi-1956 tarixini verir. Ayədəki “mütləq sən”-sözü 1956 tarixini verir. Açıq-aşkar Mehdi (ə.s)-a işarə edir. Çünki Bədiüzzaman, 1956 tarixini mehdiyətin başlanğıc tarixi olacağını bildirir. “Bu tarixdə yeni bir Nuru Quran zühur edəcək?”-deyir, 1956 –cı ildə. “Tam olaraq da bilmirəm”-deyir. Həmişə üslubu belə olub. Açıq-aşkar mehdiyyətin tarixidir 1956. Bu, Bədiüzzamanın üslubundakı nəzakətidir.
“Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”. (Taha surəsi, 69) Bu ayə, sehrbazlığın haram olduğuna da aiddir.
“Sehrbazlar səcdəyə qapanıb dedilər: “Harunun və Musanın Rəbbinə iman gətirdik””. (Taha surəsi, 70) Amma ilk növbədə Harunu deyirlər, bu da mənalıdır.
“(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz”. Adamın dəliliyi tutur. Əvvəl demokratik idi sonra psixopatlıq edir. “O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib..”. Dəli olur. Dediyi olmadığı üçün əvvəl demokratik əhvalında olur, sonra azır. “Xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm”. Asacağanı deyir. “Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)-deyir. Allahlıq iddiasında olduğu üçün “Allahın əzabı daha şiddətlidir yoxsa mənim əzabım görəcəksiniz” -deyir.
“Onlar dedilər: “Biz heç vaxt səni, bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. (Taha surəsi, 72) Halal olsun, bax onlar da cəsarətli imiş. “İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!”
“Həqiqətən, biz, Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın”. Bir sehrə görə tövbə edirlər, bir də hz. Musa (ə.s) əleyhinə insanları üsyana çağırdıqları üçün. “Allahın (mükafatı) daha xeyirli, (cəzası) isə daha daimidir!” (Taha surəsi, 73)
“Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar”. (Taha surəsi, 74)
“Kim (Onun hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar”. (Taha surəsi, 75)
“(Ağacları) altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır”. (Taha surəsi, 76) Yəni çirkinliklərdən, səhvlərindən təmizlənmişlərin mükafatıdır.