A9 tv, 24 may 2015-ci il Xoş söhbətlər
Ayə şərhləri, Tur surəsi 1-11
Şeytandan Allaha sığınaram, Rəhman və Rəhim olan Allahın adı ilə.
“And olsun dağa!” Tur, bilirsiniz dağ deməkdir. “And olsun yazılmış Kitaba- nazik dəri üzərində olan Kitaba!” Ümumiyyətlə, incə dəri üzərinə Tövrat yazılır. Ya o dövrdə yazdılar, ya da elə Quran sətir-sətir nazik dəri üzərində ola bilər. “And olsun Beytulməmura!” Gözəl bəzəkli evdir. “And olsun yüksək tavana!” Yüksək tavanlı ev, həqiqətən, insanın xoşuna gələr. Alçaq tavanda insanlar narahat olar. “And olsun alovlanan dənizə!” Bu, qiyamətdə olacaq bir hadisədir. Maqma dəniz altından fışqırıb atəş şəklində özünü göstərəcək. Onsuz da ayədən aydın olur: “Rəbbinin əzabı hökmən vaqe olacaqdır.” Yəni qiyamət. “Heç nə onun qarşısını ala bilməz.” Çünki qədərdədir. Yəni qiyaməti dayandırmaq mümkün deyil. “O gün göy şiddətlə sarsılacaq,” Buludlar açılır, bax indi səma mavidir. Açıldığında qapqara kosmos görünür. “dağlar da hərəkətə gələcəkdir.” Zəlzələnin təsiriylə dağlar hərəkətə gəlir. Burada olan dağ, bu biri tərəfə doğru sürüşməyə başlayır, yəni gedir. O biri dağ da ard-arda başqa bir yerə doğru gedir. Getdikcə də sarsıntıdan əriməyə başlayırlar. Allah ayədə də onsuz da qum kimi dağılacağını söyləyir. Bir də elmi olaraq da bu şəkildədir. Dağın böyük zəlzələlərdə sürüşməsi mümkündür. Amma təsbit edilmiş bir hadisə yoxdur. Yəni Quranın bunu bildirməsi möcüzədir. Yəni elmi olaraq, elmi təxminlə bilinən bir şeydir. Yoxsa tarixdə bir zəlzələdə dağın sürüşməsi görülən, təsbit edilən bir hadisə deyil. Bütün dağlar yerindədir. Qum kimi dağılması o da görülən bir şey deyil. O da, qiyamətdə olacaq bir şeydir. Yəni bunu Quranın əvvəlcədən bildirməsi bir möcüzədir.
Allahın yaratdığı möcüzələr üzərində düşünməmək vicdan günahıdır
“Bax o gün, yalanlayanların vay halına,” Allah yalanlamağı vicdansızlıq olaraq qəbul edir. Çünki məqbul bir insan “Bu kainatı kim yaratdı?” deməlidir. “Bu nədir?” deməlidir. Bir insanın qaranlıq otaqda olduğunu düşünək. Orada çəyirtkə var, böcək var, quş var. İnsan təəccüblənməlidir. “Bu görünüşü kim görür?” deməlidir. “Səsi kim eşidir?” deməlidir. Bunların heç biriylə maraqlanmırsa, deməli, bir vicdansızlıq var. “Qurana tabe olun” şəklində bir təhdid deyil yalnız. Yəni “Siz Allahı necə görməzsiniz? Əlamətləri necə görməzsiniz? Necə belə bir vicdansızlıq edirsiniz? Ona görə cəzalandırılacaqsınız” məntiqində bir şərhdir o. Sincablar var, ağaclar var, quşlar var. Molekul quruluşları o zamanlar bilinmirdi. Kainatın, dünyanın incə quruluşu, mikro quruluşu bilinmirdi. Mikro quruluşda canlılar necədir? Makro quruluşda kosmos necədir? Bilinmirdi. Araşdırılınca bir-birindən əcaib hadisələr ortaya çıxdı. Kosmosun riyazi tarazlıq üzərində qurulduğu aydın oldu. Amma hüceyrəni bir araşdırdılar, ağılasığmazdır.
Allah ayədə belə buyurur: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 191)
Bax əsil günahı meydana gətirən mövzu budur. Yoxsa Quranı oxuyub, “Qurana niyə inanmırsınız? Ona görə cəhənnəmə gedərsiniz” mənasında deyil yalnız. Məsələn, burada hind bülbülü var, açıq-aşkar bəzəkli heyvandır. Bəzəkli heyvanlar bir-birlərini tanıyırlar, bir-birləriylə cütləşirlər. Yumurta olur, heyvan yumurtanın üzərində yatır. Oradan yenə özü kimi quş olur. Müntəzəm bir intizam var. Yumurtanın içində quşun nə işi var? Yumurta axan bir şeydir. Bir müddət sonra bir baxırsan qanadlı filan, baxan bir quş. Sanki Alisa möcüzələr ölkəsindədir. İndi bunu görüb “Mənim nəyimə lazım” deyirsə insan günaha girir, bunun şərhi yoxdur.
Allah bir ayədə belə buyurur: Şeytandan Allaha sığınıram. “Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?”... (Rad surəsi, 5)
Allah deyir, “Mən yaratdım. Bir daha yarada bilərəmmi, yoxsa yarada bilmərəmmi? Bunu düşünmürsünüzmü?”. Bir dəfə yaradıldısa, deməli ikinci dəfə də yaradılar. Mürəkkəbli qələm var məndə, baxırıq çox gözəldir. İndi mən bunun fabrikinə desəm ki: “Siz bunu bir daha edə bilməzsiniz”. İnsanlar gülər, başqa bir şərhi yoxdur. Çünki kainatın möcüzələrinə görə bu qələm çox fövqəladədir. Hüceyrənin quruluşuna görə, xromosomların quruluşuna görə bu çox fövqəladədir; amma olduqca fövqəladədir. Üstəlik beynimizin içində yaradılır, görünüş olaraq yaradılır. İndi mən “bunu bir daha edə bilməzlər” desəm vicdansızlıq edərəm. Bunun bir daha ediləcəyini bildiyimə görə, bunu Allahın bir daha yaradacağını bilməliyəm. Bir insan “Bunu mən inkar edirəm” desə, əlini vicdanına qoysun, çox ciddi cinayət etmiş olar. Yəni onun sahibi, ona bir daha elə bir nemət vermək istəməz. Çünki çox hiyləgərcə, vicdansızca bir şeydir. Çox qəribə bir ifadədir.
Allah Vaqiə surəsində “Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?” (Vaqiə surəsi, 57) buyurur.
Bax bu dəlillərdən ötrü. Allah dəlilləri çox yaratmış. Aydın olmayacaq kimi deyil.