Hörmətli Adnan Oktarın Yusif surəsindən ayə izahları
Yusif surəsi 16-cı ayə
“Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib”.
Ümumiyyətlə basqın ediləcəyi vaxt, birinə bir pislik ediləcəyi vaxt axşamüstü seçilər ki, insanlar qorumasız olsunlar. Kömək istəmək vəziyyətində qaldıqlarında kömək istəyəcəkləri kəslər ya yatmış vəziyyətdə olurlar, ya həyatdan çəkilmiş olurlar. Aktiv bir həyat olmur axşam. Onun üçün basqın etmək istəyənlər ümumiyyətlə axşamı seçərlər yəni pis niyyətli hərəkət edənlər əlbəttə. Bir də ağlaya-ağlaya gəlirlər. Oyun oynamaq istəyənlər həmişə ağlayaraq günahlandırma edərlər. Məsələn, bir müsəlmanı günahlandırmaq istəyən ağlayaraq, zırlayarak gəlir ki təsirli olsun. Yəni həm günahsız görünsün həm də eşidənlərin duyğularını istismar etsin. Pis niyyətli kəslər tərəfindən, inandırıcılıq qazandırmaq üçün taktika olaraq, üsul olaraq ağlama istifadə edilər çox vaxt.
Yusif surəsi 17-ci ayə
Dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
Dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik”. Onun şəfqətinə təsir etmək üçün “Atamız” deyə söyləyirlər. “Əlbəttə”. Yalançı adamların ilk etdiyi şey, and içərək başlayarlar. Bir çox insan elədir. “... yarışmaq üçün getmişdik”. Yəni idman edirdik, əylənirdik. “Biz Yusufu əşyalarımızın yanında qoyub ...” Bax, ta o dövrdə belə Allah ona mülkü əmanət edir, hz. Yusif (ə.s)-a. Yəni uşaqkən belə mülkü əmanət götürmə xüsusiyyəti var. “Canavar da onu yedi”. İnsanların yalan danışmaq istədikləri vaxt, Müsəlmanlara sui-qəsd edəcəkləri vaxt, oyun oynayacaqları vaxt ağla sığmaz nalayiq oyunlar, ağla sığmaz böhtanlar ata bildiklərini Allah Quranda göstərir. Canavar yemiş. Son dərəcə nalayiq, məntiqsiz bir iddiayla ortaya çıxırlar. “Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Bir də qarşı tərəfi günahlandıraraq psixoloji təzyiq edirlər. Bu da bir psixoloji təzyiq üsuludur. Beləcə qarşı tərəfi daha müqavimətsiz hala gətirməyi məqsəd qoyan bir üslubdur.
Yusif surəsi 22-ci ayə
Yusuf yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
“Yusuf yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik”. Adam elmiylə öyünür. Allah “Elmi Mən verdim” -deyir. Heç kimdə bir hökm və elm olmur, Allahın yaratdığı qədər olur. Məsələn, “Çox böyük alimdir” -deyir. Elə bir şey olmur, elmi Allah yaradır.
Dünyada dinin çatmadığı bir insan yoxdur
Müsəlman Quranla birgə yaradılar. Məsələn, musəvidirsə Tövratla birgə yaradılar. Yəni dinin çata bilməyəcəyi, çatmadığı bir insan dünyada yoxdur. Mütləq çatar. Əgər o adam layiqdirsə, şüuru açıqdırsa, ruh sahibidirsə, imtahan əhlidirsə, yəni imtahan edilməsi lazım olan bir insandırsa, mütləq kitab ona çatar. Çünki baxın, dəlilini belə verim. Müsəlman bura onsuz da Cənnətdən gəlir. Cənnətdən necə gələ bilər? Kitaba tabe olmuş ki, gəlir. Buradan yenə Cənnətə gedir. Yəni cənnət əhlidir müsəlmanlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) daha əvvəki həyatında Cənnətdə idi. Allah qatında Cənnətdə olduğu zaman Peyğəmbərlik etdi. O, Quranla birlikdə yaradıldı Peyğəmbərimiz (s.ə.v). Elə təsadüfən dinin çatması deyə bir mövzu yoxdur. Kainatın hamısı metafizikadır.