A9 TV, 4 İyul 2015 Xoş Söhbətlər
Yusif surəsindən ayə izahları
(Yusif surəsi, 38) “Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və (bütün) insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir”. Yəni Allahın kitabında nə varsa onu tətbiq edərik. “Bu, Allahın bizə və (bütün) insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir”. Yəni bu asanlıq dinini, bu gözəlliyi yaşayıb Allaha şükr etmələri lazım ikən əksini edib özlərinə əziyyət edirlər.
(Yusif surəsi, 39) “Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah?” Bir çox məzhəblər, məzhəb mollaları sözlərinə görə edilən din anlayışımı, yoxsa Allahın kitabının göstərdiyi tək bir dinmi daha doğrudur deyir. Anladığım qədər onlar da hərhalda ənənəçi fikirdədirlər. Onu nəzərdə tutur. Çox güman ki, o zaman da dini hissələrə ayırmışlar.
(Yusif surəsi, 40) “Ondan başqa ibadət etdikləriniz”. Böyütdükləri liderlər, mollalar, hocalar. “Allah onlara dair heç bir dəlil nazil etməmişdir”. Yəni ayə ilə hərəkət etməyən insanlardır deyir.
(Yusif surəsi, 41) “Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”. Ayədə bu kəslərdən biri şərabla məşğuliyyət edir. Özü içmir, amma ağasına içirdir. Tam ənənəçi Ortodoks ağlı. Onlar içməz, amma başqasına xidmət edərlər, paylayarlar. “quşlar onun başını (dimdikləyib) yeyəcəklər” burada da, terroristliyi açıqlayır; adamın başı gedir, quşlar beynini yeyir. Hal-hazırdakı terroristlərin dünyadakı meydana gətirdiyi dəhşətin ruhunu izah edir. Yəni ona da işarə var.
(Yusif surəsi, 42) “(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!...” deyə söyləyir. Adam təbii ki xatırlamaz.
(Yusif surəsi, 43) “Padşah dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin””. Bir də zəif inəkləri yeyirlər, burada da, yeni süni yemlərdə heyvan ətindən istifadə edilir bilirsiniz, ona da işarə var. Yəni axırzamanı izah edən bir üslub görürük.
(Nisa surəsi, 105) “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən”. Yalnız kitab. Məzhəb mollalarının izahları deyil, Mülteka deyil, İbni Abidin deyil, müxtəlif fiqh kitabları deyil. Allahın hökmüylə hökm vermək üçün yalnız Quranı qaynaq göstərir. Allah Quranın xaricində bir hökm qəbul etmir. “Odur ki, xainləri müdafiə edənlərdən olma” Xain necə olar? Allahın hökmüylə hökm verməz, xurafatlarla hökm verər, Allahın dininə xəyanət etmiş olar.
(Nisa surəsi, 95) “Möminlərdən - üzürlülər istisna olmaqla - (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar”. Bir əhli kef ənənəçi dəstəsi var, bir də Allah yolunda səhərdən gecəyə, gecədən səhərə qədər mübarizə edən insanlar var. Allah, aranızdakı fərqi bilirəm və görürəm deyir. Bir-birinizlə bərabər deyilsiniz deyir. Bunun nə demək olduğunu axirətdə anlayacaqlar. “Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir”.
(Nisa surəsi, 96) “Onun tərəfindən dərəcələr, bağışlanma və mərhəmətdir. Allah, Bağışlayandır, Rəhmlidir”. Allah tez-tez onu söyləyir. Həm qoruyur, həm də rəhm edir. Həm qoruyub, həm də rəhm etməsi çox böyük nemətdir.