Adnan Oktarın 26 fevral 2011 Kocaeli Tv və Aba Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Əhzab surəsi, şeytandan Allaha sığınıram. 45-ci ayə "Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdaredici olaraq göndərdik." Ayənin əbcədi 2034 tarixini verir. "Və Öz izniylə (Allahın icazəsiylə) Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik)." "Öz izniylə (Allahın icazəsiylə) Allaha çağıran", daima təbliğ edən, insanları İslama, Qurana çağıran, "və nur saçan" İslamı izah etdikcə, insanlarda bir rahatlıq, aydınlanma, hadisələrdə, dünyada bir işıqlanma, rahatlıq olduğu üçün, Allah onu o şəkildə ifadə edir, "nur saçan bir çıraq olaraq (göndərdik)." Bir işıqlıq, rahatlıq qaynağı olaraq göndərdik. "Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır." Bir əbcəd verir, 2005 tarixini verir. "Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə" Deməli, kafirlər və münafiqlər, itaət etməyimiz üçün bizə təzyiq edəcəklər, biz nə edəcəyik? İtaət etməyəcəyik, "əziyyətlərinə fikir vermə" deməli, biz itaət etmədiyimizdə nə edəcəklər? Əziyyət edəcəklər, əziyyətlərinə də fikir verməyəcəyik, "və Allaha təvəkkül et." Bunlardan narahat olmayacağıq, küfr bizə nə edər, insanlar bizə nə edər deməyəcəyik, təvəkkül edib, içimizdə bir rahatlıq olacaq. "Vəkil olaraq Allah yetər." Yəni özünü heç sıxmağına ehtiyac yoxdur, qorxmağına ehtiyac yoxdur, narahat da olma, hər şeyi Allah ən gözəl şəkliylə yaradar, deyir Allah. O zaman möminin ürəyində gözəllik, rahatlıq olur. Amma "mən edəcəyəm, mən edəcəyəm" dediyində, əli ayağına qarışar, başı da qarışar, nə danışacağını da unudar, nə edəcəyini də bilməz, bu olmaz. "Odur ki, sizi qaranlıqlardan nura çıxarmaq üçün sizə rəhmət edir; mələkləri də (sizə dua edir). O, möminləri çox əsirgəyicidir." Allahın nə qədər mərhəmətli olduğunu, Allah vurğulayır. Deməli biz, qaranlıqlara da girəcəyik. Qaranlıqların içərisindən bizi nura çıxaracaq. Baxın, bütün dünya qaranlıqlar içərisində idi, İslam aləmi qaranlıqlar içərisində idi, Allah indi nura doğru çıxarır. Bütün dünya görür, imtahanın bir gərəyidir, "və sizə rəhmət edir" Allah, "rəhmət gözüylə baxıram, rəhmət nəzəriylə baxıram sizə" deyir, "və mələkləri də (sizə dua edir)." "Mələklər də sizləri qoruyur" deyir Allah. "O, möminləri çox əsirgəyicidir." Bütün dünyada müsəlmanların əsirgənildiyini, qorunduğunu görəcəyik, inşaAllah.