MUSƏVİ QAYNAQLARINDA MOŞİYAH -HZ. MEHDİ (Ə.S)- ÜÇÜN “HİKMƏTLƏ GERÇƏYİN QOXUSUNU ALA BİLƏN KİMSƏ” İFADƏSİ KEÇİR
Musəvilərin şifahi ənənələrində Moşiyah, Mehdi (ə.s)-dan “hikmətlə gerçəyin qoxusunu ala bilən kimsə, qoxu duyğusu inkişaf etmiş kimsə” olaraq bəhs edilir. Bu, üst səviyyə ravvinlərin bildiyi bir şifahi ənənədir. Özünün Məsih, Moşiyah olduğunu iddia edən bir insan ortaya çıxmış, Sanhedrin toplanmış, bu adama ravvinlər sual vermişlər. “Söylə görək olacaqların qoxusunu ala bilirsənmi?” deyirlər. O da “Mən çox qoxu hiss etmərəm” -deyir. Elə isə adamın yalan danışdığına qane olurlar və adamı uzaqlaşdırırlar.
Hz. Musa (ə.s) Moşiyah üçün deyir ki: “O sizə gerçəyin qoxusunu hiss etdiyini söyləyəcək” -deyir. Bura bir ravvin Hollander gəlmişdi, mənim bu məlumatdan xəbərim yox idi ilk dəfə öyrənirəm. İngiliscə bir qaynaqdan yeni öyrəndik. “Mən Moşiyahın qoxusunu hiss edirəm” -dedim. O da dedi ki, “Mənim burnum çox qoxu hiss etməz” -dedi, “Amma görürəm və eşidirəm” -dedi. Qoxu hiss etmə deməli qədərdə deyiləcək bir sözdür. Biz də hz. Mehdi (ə.s) qabaqcılı olduğumuz üçün Allah bizə də ilham edir. Eyni hz. Mehdi (ə.s)-ın söyləyəcəyi sözü Allah mənə də dedirdir. Tövratda bu 3500 illik məlumatdır. Həqiqətən mənim belə bir şeydən heç xəbərim yox idi. Ravvinlər bu mövzuları bildikləri üçün, mən bəzi şeyləri təbii olaraq danışıram onlar da buna heyrətlə baxıb hüsnüzənn edirlər. Yəni onları çox çaşdırır. Bu, 3500 illik bir ənənə, heç kimin bilmədiyi bir ənənə. Mənim də bilməyim mümkün deyil, daha yeni öyrəndim.
MANNA
Hz. Musa (ə.s) Tövratda bilirsiniz qızıl buzovu manna halına gətirir, ağ bir toz halına gətirir. O tozun bir qisimini suya qarışdırıb orada tələbələrinə içirir. Onlara görmə itiliyi verir bu, vəsilə olur. Düşüncə itiliyi, yaddaş itiliyi və beyin gücünün fövqəladə artması kimi təsir edir. Qızıl normalda yalnız əriyir, bilirsiniz qızılın tozu olmaz. Yəni suda əriyən bir toz olmaz. Suda əriyən toz halına gətirir. Bir qisimini də dənizə sovurur, dəniz də balıqlarla dolur və hədsiz bildirçin gəlməyə başlayır. Allah mannanı vəsilə etmiş ola bilər. (Misirdən Çıxış, 32 Bab, 1/6.)
MUSƏVİ QAYNAQLARINDA MOŞİYAH -HZ. MEHDİ (Ə.S)- HAQQINDA YENİ MƏLUMATLAR
Musəvilərə, ravvinlərə “Moşiyah olduğundan şübhələndiyiniz kimsə olsa ziyarətinə gedin. Müqəddəs torpaqlarda da olsanız ona gedin. O utancaqdır. Ona diqqətlicə baxın, gözünüzü Moşiyahdan çəkməyin. O mütləq əvvəl qonaqlarından gözünü çəkəcək. Danışarkən gözlərinə çox baxmayacaq” -deyir. Moşiyah üçün “Utancaq biridir” -deyir. Tövrat qaynaqlı məlumatlarda ravvinlərə, amma şübhələndiyinizdə gedib mütləq onu anlamağa çalışın deyir. “Müqəddəs torpaqlarda da olsanız onun yanına gedin” -deyir. “O, utancaqdır, ona diqqətlicə baxın, gözünüzü ondan çəkməyin. O, mütləq əvvəl qonaqlarından gözünü çəkəcəkdir” -deyir. “Danışarkən gözlərinizə çox baxmaz” -deyir. Yəni “ravvinlər gəldiyində elə bir rəftar göstərər” -deyir. “Oradan da anlaya bilərsiniz” -deyir. Yəni əlamətlərindən biri olaraq söyləyir. Hz. Davud (ə.s) soyundan olacağını söyləyirlər.
“Rəbbim, Moşiyahı indi göndər çünki bu xalq məni dinləmir, qardaşımdan başqasına malik ola bilmirəm”. Musəvilər o dövrdə, Hz. Musa (ə.s)-ın tam sözünün bu olduğuna inanır. Yəni Tövratdakı fikir budur.
“Moşiyah qoxu hissiylə hökm verə biləcək”. (Sanhedrin, 93 / B) Yəni təbii orada bir eyham var.
“Baxın, qulum müvəffəqiyyətli olacaq, üstün olacaq, əl üstündə tutulub sonsuz yüksələcək”. (Yeşeya 52 / 13.) Moşiyah üçün.
Yəhudi inancına görə Moşiyah hz. İbrahim (ə.s) və hz. İshaq (ə.s)-dan da üstündür. “İbrahim və İshaqdan üstün olacaq və çox yüksəklərdə meyod səviyyəsinə yerləşəcək. Bu Adəm, Musa və Davudun baş hərflərindən meydana gəlir” -deyir.
Yenə Tövrat qaynaqlarında Moşiyah Mehdi üçün; Adəm (ə.s) və Musa (ə.s)-ın hikmətini aşacağı deyilir.
“Yoxsulları ədalətlə mühakimə edəcək”. (Yeşeya 11/4) Moşiyah yoxsullara kömək edəcək.
3500 İLLİK ƏSƏRDƏKİ MƏLUMAT: “MOŞİYAHI ROMANIN QAPILARINDA AXTAR”
“Yeşuya Ben Levi, Eliyah ilə Revişimon mağarasının girişində qarşılaşdı və soruşdu; Moşiyah (Mehdi (ə.s)) nə vaxt çıxacaq?” Bax, 3500 illik məlumat. “Eliyah dedi ki: Get, özündən soruş. Onu harada tapa bilərəm?” Moşiyahı soruşur. “…Harada tapa bilərəm? Romanın qapılarına gedib onu axtar” -deyir. İstanbulun qapılarında. Roma o zamanlar, 3500 il əvvəl İstanbul idi. Romanın qapılarında axtar deyir. (Tehilim 95/7, Sanhedrin 98/A.)
Yəhudilər üçüncü məbədi Moşiyahın tikəcəyinə inanırlar. Yəni Mehdi (ə.s)-ın. Üçüncü məbəd, son dəfə tikilir.