MİRAC ALLAHIN PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-Ə GÖZƏL BİR İKRAMIDIR (HƏDİYYƏSİDİR)
Mirac çox təəcüblü, çox gözəl bir hadisədir. Allahın, Peyğəmbərimiz (s.ə.v)-ə bir ikramıdır. Bir çox möcüzə görməyi nə gözəldir. Cəhənnəmi görür, cənnət pərdələnir, peyğəmbərləri görür, Mehdi (ə.s)-ı görür, Mehdi (ə.s)-ı tərifləyir. Hamısı möcüzədir.
İsra surəsi, 1. “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün” -yəni möcüzələri, mühüm məsələləri, cəhənnəmi, peyğəmbərləri, Mehdi (ə.s)-ı- “Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən O, Eşidəndir, Görəndir. Deməli, Məsciduləqsanın ətrafı bərəkətlidir.
Nəcm surəsi, 7. “O, ən uca üfüqdə idi”. Cəbrayıl (ə.s).
Nəcm surəsi, 8. “Sonra yaxınlaşdı, və aşağı endi”. Bütün üfüqü qanadları örtür.
Nəcm surəsi, 9. “O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi”.
Nəcm surəsi, 10. “Sonra (Allah) Öz quluna nazil edəcəyini vəhy etdi”. İlk vəhy.
Nəcm surəsi, 11. “Qəlbi gördüyünü yalan saymadı”.
Nəcm surəsi, 12. “İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?” O dövrdə müşriklər, münafiqlər, ağlı zəif olanlar Peyğəmbər (s.ə.v) ilə mübahisə edirlər. İnanmırdılar.
Nəcm surəsi, 13. “And olsun ki, başqa bir dəfə də görmüşdü”. İki dəfə görür.
Nəcm surəsi, 14. “Sidrətül-Müntəhanın yanında (son həddəki Sidr ağacının yanında.).
Nəcm surəsi, 15. “Məva Cənnəti onun yanındadır”. Amma Məva Cənnəti göstərilmir.
Nəcm surəsi, 16. O zaman Sidrəni nələr bürümüşdü, nələr!
Nəcm surəsi, 17. “Gözü yayınmadı və həddi aşmadı”. Yəni cənnətə baxmır. O örtüylə bürünülmüşdü. Peyğəmbərimiz (s.ə.v) də baxmadı.
Nəcm surəsi, 18. “O, öz Rəbbinin ən böyük dəlillərindən (bəzisini) gördü”. Çox böyük möcüzəylə qarşılaşdı.
Peyğəmbərimiz (s.ə.v)-ın Məscidüləqsaya getməsinə müşriklər inanmadılar. Peyğəmbərimiz (s.ə.v) o günə qədər Məscidüləqsaya getməmişdi, Məscidüləqsa haqqında təfərrüatı ilə danışdı. Oranı çox yaxşı bilənlər o dövrdə tam qərara gəldilər.