SAYIN ADNAN OKTARIN CASİYƏ SURƏSİNDƏN AYƏ İZAHLARI
Casiyə surəsi Quranda 45-ci surədir. Məkkədə nazil olan bu surə 37 ayədir. XXI əsrə də işarə edir.
(Casiyə surəsi, 1)
“Ha, Mim”.
“Ha” kim bilir nəyə baxır, amma “Mim” in Mehdi (ə.s)-a baxdığından əminəm, inşaAllah.
(Casiyə surəsi, 3)
“Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır”.
Yerdə olan Mehdi (ə.s), göydə olan İsa Məsih, inşaAllah.
(Casiyə surəsi, 4)
“Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”.
Bizim gecə-gündüz izah etdiyimiz nədir? Yaradılışı izah edirik. Bax, deyir ki Allah, “Sizin yaradılışınızda” insanın yaradılışını izah edirik. “Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”. Hər gün bu ayələri izah edirik gecə-gündüz. Məhz Quranın bizə işarə etdiyi məlumatdır bu; “İnsanı araşdırın” -deyir Allah, “Canlıları araşdırın. Orada həddindən çox iman həqiqəti tapacaqsınız” -deyir Allah. Biz də Allahın varlığının dəlili olaraq demək olar ki, hər gün kitablarımızda, CD-lərimizdə, filmlərimizdə bu mövzu üzərində çalışırıq.
(Casiyə surəsi, 5)
“Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır”.
“Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində… ” Məsələn, hz.İsa (ə.s)-ın zamanında göydən süfrə nazil oldu, elə deyil mi? İsa Məsihi endirir Allah. “Ölümündən sonra diriltməsində…” Bu dəqiqə yer üzü öldü və yenidən dirilir, inşaAllah. “… və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır”. Küləkləri hz.Süleyman (ə.s)-ın zamanında istifadə etdilər. Bir aylıq məsafəni bir gündə gedirdilər. Hz. Süleymanın yanındakı texniki qrup və hz.Süleyman (ə.s).
(Casiyə surəsi, 6)
“Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan daha sonra hansı sözə inanacaqlar?”
Demək ki, sadəcə Quran ayələri. Çünki deyir ki, “Onlar, Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonar …” Qurandan sonra, “hansı sözə inanacaqlar?” Münafiqlər nəyə iman edir? Xurafata. Müşriklər nəyə tabe olur? Xurafata. Məlumatı az olanlar nəyə müraciət edir? Xurafata.