Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cəhd edin ki, nicat tapasınız! (Maidə surəsi, 35)
Bu ayədə Allah möminlərə yalnız Ondan qorxmalarını bildirmişdir. Allah’ı bütün isimləri ilə tanıyan, Onun böyüklüyünü lazımınca təqdir edə bilən, ağıl və vicdan sahibi hər insan, Allah’dan gücü çatdığı qədər qorxub çəkinir. Mömin Allah’ın əzabından, Allah’ın məmnuniyyətini və sevgisini itirməkdən çox qorxur və buna görə də həyatı boyunca ciddi və səmimi səy göstərir.
Rəbbimiz bu ayədə insanları Ona yaxınlaşmaq üçün yollar axtarmağa çağırmışdır. Buna görə də möminin həyatının ən böyük hədəfi Allah’ın bu çağırışı istiqamətində səy göstərmək və bütün insanlar arasında Allah’a ən yaxın qul olmağa çalışmaqdır. Bu baxımdan möminlərin özlərinə nümunə götürdükləri şəxslər isə peyğəmbərlərdir. Bu, peyğəmbərlərin Allah’a olan yaxınlıqları, onların Allah’dan çox qorxan və Allah’ı çox sevən, təqvalı, gözəl əxlaqlı və səmimi insanlar olmalarına görədir.
Özünə peyğəmbər əxlaqını və səmimiyyətini nümunə götürən hər insan, Allah’dan qorxub çəkinərək, Quranın hökmlərini diqqətlə yerinə yetirərək və həyatını Allah’ın razılığını qazanmağa həsr edərək Allah’a yaxın ola bilməyi ümid edə bilər. Bir insanın Allah’a yaxınlıq göstərə bilməsi yalnız səmimi istəklə, bir neçə saniyə içində ola bilər. Çünki Allah insanlara çox yaxındır və qullarının dualarına qarşılıq verəndir. Buna görə bir insanın Allah’la yaxınlaşması yalnız səmimi niyyətə bağlıdır.
Ayənin sonunda, Allah yolunda çalışan, Allah’ın hökmlərinə görə yaşayan, Allah qorxusuna sahib möminlərin qurtuluşu, yəni Allah’ın razılığını və Cənnət həyatını ümid edə biləcəkləri müjdələnmişdir.