Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)
Adnan Oktar: "Sözsüz ki, təqva sahibləri, cənnət bağlarında və bulaq başındadırlar", (Hicr surəsi, 45). Bulaq başında olmağı xoşlayırlar, onun suyu şırıl-şırıl axır, o mühit söhbət mühitidir. Bir hissəsi Peyğəmbərimiz (s.ə.v) ilə söhbət edir, bir hissəsi həyat yoldaşıyla birlikdədir, bir hissəsi gəzir, bir hissəsi də cənnət vasitələriylə gəzir. Məsələn, cənnət evi var; havada dayanır, asılmış kristal evdir, içi görülür, belə tərtəmizdir, havada dayanır. "Ey Rəsulullah, ora necə gedəcəyik?" deyirlər, o da: "Uçaraq gedəcəksiniz" deyir. İçindən keçirib bir dəfə cəhd etdikdə dərhal ora doğru uçmağa başlayır, inşaAllah. Allah yuxuda da göstərər insana belə şeyləri inşaAllah, qüdrətini göstərmək üçün.
"Ora rahatlıq və təhlükəsizliklə daxil olun!" (Hicr surəsi, 46). Rahatlıq; qəlb fərahlığı və təhlükəsizlik. Bax, məsələn, saytlarda təhlükəsizlik işçiləri gəzir, polislər gəzir, lakin yenə də tam təhlükəsizlik təmin edilə bilmir. Cənnətdə təhlükəsizlik necədir? Başını at yerə yat-qalx, hoppan, nə edirsənsə et, istədiyini et, tam təhlükəsizlik var, sıfır təhlükə, əlhamdulillah. Təhlükəsizlik olduqda, qəlb heyrətamiz zövq alır, çünki dünyada həmişə təhlükə var, orada heç təhlükə yoxdur.