İnsan qəflətə düşə bilən, unudan, yanılan, səhv edən bir varlıqdır. Hər an bir çox mövzuda səhv düşünə bilər, səhv qərar verə bilər, yanlış davrana bilər. Həmçinin, onu daima Allaha üsyana etməyə təhrik edən, vəsvəsə verməyə çalışan şeytan kimi düşməni də vardır. Ancaq insana səhvlərini qarşılığı üçün bir yol göstərilmişdir. O da tövbə etməkdir.
Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük lütf, nemətdir. Uca Allah sonsuz mərhəməti ilə insanlara səhvlərinə görə həmişə bağışlanma diləmək və tövbə etmək imkanı vermişdir. Səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər bir insan Allahın onu bağışlamasına ümid edə bilər.
Mömin bilərəkdən yaxud bilməyərəkdən, qəflətə düşərək və ya nəfsinə tabe olaraq səhv edərkən bu səhvlərdən nəticə çıxarmalı, ibrət almalıdır. Peşman olub doğru olana yönəlmək, vaxt itirmədən Rəbbimizə sığınmalı və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməlidir. Əlbəttə ki, səhv etməməkdə, günaha girməməkdə, Rəbbimizin sərhədlərini qorumaqda diqqətli olmalıdır. Lakin buna baxmayaraq səhv edəndə də Allahdan bağışlanma diləməsi gözəl mömin xüsusiyyətidir.
Uca Allah Quranda, “Əfv edən”, “Bağışlayan” və “Qoruyan” olduğunu xəbər verir. Bu möminlər üçün bir rəhmətdir. Rəbbimizin “Tövbələri qəbul edən” (Təvvab), “Bağışlayan” (Qaffar), “Mərhəmət edən” (Rəhman) adları da səhvlərindən peşman olan və tövbə edib Allaha yönələn möminlər üzərində təcəlli edər.
İnsan həyatı boyunca nə qədər səhv edirsə etsin, din əxlaqından nə qədər uzaq yaşayırsa yaşasın, səmimi olaraq tövbə etdiyi, səmimi qəlblə, bağışlayan və rəhmli, tövbələri qəbul edib günahları yaxşılıqlara çevirən Rəbbimizə yönəldiyi təqdirdə keçmişdə etdiyi səhvlərinin bağışlanmasını ümid edə biləcək. Allah səbir edənlərin və Ona yönələnlərin qarşılığını mütləq verəcək. İman edən qullarının günahlarını bağışlayaraq yaxşılığa çevirəcək və etdikləri xeyirli işləri ən yaxşı əməllərə görə mükafatlandıracaqdır.