1.
…“mən açıq-aşkar bir qorxudanam!” …
Peyğəmbərimiz (s.ə.v), Allahın aləmlərə xəbərdar edib qorxuducu olaraq göndərdiyi son peyğəmbəridir. Ancaq Allah peyğəmbərləri xaricində seçdiyi vəli qulları vasitəsilə də insanları ayələrinə iman etməyə dəvət edir. Hz. Mehdi (ə.s) da, içində olduğumuz hicri 1400-cü ildə insanları iman etmələri üçün Qurana və İslam dininə dəvət edən, xəbərdar edən olacaq.
2.
“... bölənlərə endirdiyimiz kimi, ...”
Qurana və Peyğəmbərimiz (s.ə.v) sünnəsinə zidd olaraq, İslamda yeri olmayan batil inancları dinə daxil etməyə çalışan və müsəlmanlar arasında ixtilafları və qarşıdurmaları qızışdırmaq, qaldırmaq ayədə bildirilən “bölənlərdir”. Bu kəslər müsəlmanların birliyini istəməyən kəslərdir. Birləşdirməyən, bölən, müsəlmanlar arasında cahiliyyə müddəaları ilə ayrılıq çıxaran insanlardır. Peyğəmbərimiz (s.ə.v) dövründə, Peyğəmbər əfəndimiz (s.ə.v)-in öndərliyində müsəlmanlar tək bir ümmət idi. Qurana və Rəsulullah (s.ə.v)-in sünnəsinə tam uyğun olaraq din yaşanırdı. Bu səbəbdən ayənin bu şərhi xüsusilə peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərə, yəni hz. Mehdi (ə.s)-ın zühur edəcəyi hicri 1400-cü illərə işarə edir. Çünki bu əsr, məzhəb ayrılıqlarından qaynaqlanan ixtilaf ruhunu qızışdıran şəxs və cəmiyyətlərin, yəni dini bölücülərin, hissəyə ayrıcıların İslam dünyası üzərində ən təsirli olduğu əsrdir. Belə ki, İslam cəmiyyətləri arasında böyük müharibələr (İran-İraq, Pakistan-Banqladeş, İraq-Küveyt kimi) yaşanmışdır. Hz. Mehdi (ə.s) dövründə isə bütün İslam aləmi birləşəcək, hər cür ayrılıq və ayrılıqdan qaynaqlanan fitnə ortadan qalxacaq.
3.
Quranın parça-parça edilməsi, yaşadığımız dövrdə bəzi kəslərin bəzi batil düşüncə və inancları İslama daxil etməyə çalışaraq, özlərincə haramları halal, halalı haram edərək fitnə çıxarmalarıdır. Allah Quranı açıq-aşkar bir kitab olaraq endirmiş, möminlərə bütün əmrlərini tam olaraq Quranda bildirmişdir. Möminlərin məsuliyyəti Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini rəhbər etməkdir. Ancaq Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra bəzi kəslər İslamın özündə olmayan batil inanc və tətbiqləri, yəni bidətləri (xurafatları) İslama daxil etmişlər. Bunların başında da bəzi cahil alimlər durur. Ancaq Rəsulullah (s.ə.v)-in hədislərində və İslam alimlərinin şərhlərində müjdə üzrə, hz. Mehdi (ə.s) bütün xurafatları ortadan qaldıracaq, dini Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan əsl halına qaytaracaqdır. Hz. Mehdi (ə.s) din içində ayrılıq yaradan, dini əslindən uzaqlaşdıran və müsəlmanların arasına fitnə salan bu zehniyyəti fikirlə kökdən qazıyacaq, insanlara yalnız Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun gəlmələrinin kafi olacağını öyrədəcək. Bu səbəblədir ki, hz. Mehdi (ə.s)-a ən çox düşmənlik edənlərin başında xurafatları müdafiə edən saxta din adamları gələcəkdir. Hətta, İmam Rəbbani həzrətləri bu saxta din adamlarının hz. Mehdi (ə.s)-a, "Bu kəs (yəni hz. Mehdi (ə.s.)) dinimizi qaldırmaq və şəriətimizin aradan qalxmasını (məhv etmək) istəyir" deyərək qarşı çıxacaqlarını ifadə edir. İmam Rəbbani həzrətlərinin bu hikmətli şərhindən hz. Mehdi (ə.s)-ın bu mövzuda edəcəyi elmi işin böyüklüyü və təsirinin gücü aydın olur.
Muhyiddin Ərəbi həzrətləri də, Futuhat-ül Məkkiyə adlı əsərində hz. Mehdi (ə.s)-a ən çox düşmənçilik edənlərin bu cahil alimlər olduğunu belə ifadə etmişdir:
Mövzuyla əlaqədar digər bəzi hədisləri oxumaq üçün baxın. 1
Hz. Mehdi ortadan qalxmamış bidət buraxmayacaq. Axırzamanda eyni peyğəmbər kimi dinin zərurətlərini yerinə yetirəcək. (Qiyamət Əlamətləri, Mədinəli Allame Məhəmməd b. Rəsul əl-Berzenci, Pambıq nəşrləri, səh., 163)
Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə ayaqda tutdusa, hz. Mehdi də ən sonunda eyni şəkildə İslamı ayaqda tutacaq. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, 27)
Onun (hz. Mehdi (ə.s)-ın) dövründə din tamamilə şərhdən təmizlənmiş olaraq keçmiş mahiyyətini qazanacaq. VERƏCƏYİ BİR ÇOX HÖKMLƏRDƏ ÜLƏMANIN MƏZHƏBLƏRİNƏ MÜXALİF ÇIXACAQ. BUNDAN ÖTƏRİ ONDAN UZAQ DURACAQLAR. Çünki zənnlərinə görə, həqiqətən Allah imamlarından sonra bir müctəhid buraxmadığını qəbul edəcəklər... (Muhyiddin Ərəbi, "Futuhat-El Mekkiye", 66. bab, 3-cü cild, səh. 327- 328)
… Onun (Mehdinin) qılıncı qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər istəməz hakimiyyətinə boyun əyəcəklər. ONUN AÇIQ DÜŞMƏNLƏRİ FÜQƏHA OLACAQ. Əlində qılıncı, yəni qardaşları olmasaydı qətliylə fətva verərdilər. Lakin Cənabı Haqq, onu kərəmiylə və qılınc ilə tathir (təmizləyəcək) edəcək, onlar ona itaət edəcəklər… (İmamı Suyuti)