Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti
(19 fevral 2012; 21:00)
Adnan Oktar: Əhqaf surəsi 35-ci ayə. Şeytandan Allaha sığınıram. "Artıq sən səbir et! Elçilərdən əzm sahiblərinin səbir etdiyi kimi". Allah: “Hz. Nuh (ə.s), hz. İbrahim (ə.s), hz. Musa (ə.s), ulul-əzm peyğəmbərlər kimi” deyir. Allah: "Onlar üçün də tələsmə" deyir. Yəni küfr əhli üçün tələsmə. "Onlar, təhdid olunduqları şeyi (əzabı) gördükləri gün, sanki gündüz yalnız bir saatı qədər yaşamış (olacaq)lar. Bu, Bir təbliğdir. Artıq fasiq olan bir qövmdən başqası məhv edilərmi?" "Sanki gündüzün yalnız bir saatı qədər yaşamış (olacaq)lar". Ayənin ifadəsində Qiyamətə işarə var. Ən çoxu bir saat qədər davam edəcəyi aydın olur, inşaAllah.