Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (16 dekabr 2011, 13:00)
Adnan Oktar: “O (Allah) dedi: “Ey Musa istədiyin sənə verilmişdir””. Allah: “Bu dediklərinin hamısını edəcəyəm” deyir. "And olsun, Biz sənə bir zamanlar da lütf etmişdik". Allah bir xatırlatma edir, “daha əvvəl də etmişdik” deyir. Allah: "Bir zaman, anana vəhy olunan şeyi vəhy etmişdik, (belə ki,) Ona: “Onu sandığın içinə qoy, suya burax, beləcə su onu sahilə buraxsın, onu Mənim də düşmənim, onun da düşməni olan biri alacaq. Gözümün qarşısında yetişdirilməyin üçün, Özümdən sənə bir sevgi yönəltdim" deyir. Allah: “Səni sevimli etdim, lakin gözümün qarşısında yetişdirilməyin üçün, səbəbi budur” deyir. “Bunun üçün səni sevimli etdim”. Hz. Musa (ə.s) çox sevimlidir, ölənə qədər də çox sevimli idi. Möhtəşəm yaraşıqlıdır. Məsələn, qövmündə psixopatlıq etməyə cəhd edirlər, hz. Musa (ə.s) gəldikdə, onu gördükləri zaman, dərhal çox qəzəblənirlər. Şəxsiyyətindən və gücündən heyrətamiz dərəcədə təsirlənirlər. Yəni lider təsiri var. "Onu sandığın içinə qoy, suya burax", “sandığın içinə” bir, “suyun içinə buraxılmaq” iki, "beləcə su onu sahilə buraxsın" üç. Sandıq, su və sahil. "Mənim də düşmənim, onun da düşməni olan biri alacaq". Allahın düşməni kimdir? Dəccaldır, o dövrün Dəccalı. “Bir zaman bacın gəzişib: “Onu(n baxımını) boynuna götürəcək birini sizə xəbər verim mi?” dedi. Beləcə, səni anana geri qaytardıq ki, gözü aydın olsun”. Allah: “Belə incə bir plan qurdum” deyir. Allahın plana ehtiyacı yoxdur, “taleyi belə yaratdım” deyir. "Və kədərlənməsin", (Taha surəsi, 36-39). Kədərlənməyi də, Allah aradan qaldırır.