Mömin qadınlar Allahın (c.c) Quranda bildirdiyi bütün sərhədlərə gözəl şəkildə tabe olarlar. Bu davranışlar onlara Allahdan (c.c) bir təmkin və möhtərəmlik qazandırar. Qurani-Kərim hz. Məhəmmədə (s.ə.v.) vəhy edilmədən əvvəl, ərəb cəmiyyəti cəhalət içində yaşayırdı. Bunun ən əhəmiyyətli göstəricilərindən biri isə qadına cəmiyyətdə ikinci dərəcəli varlıq kimi baxılması idi. İslam əxlaqı ilə bərabər, qadın da cəmiyyətdə özünə etibarlı yer qazandı. Quran əxlaqı qadınlara hörmət, şəfqət və mərhəmətlə yanaşılmasını zəruri edirdi. Peyğəmbərimizin (s.ə.v.) qadınlara münasibəti də İslam əxlaqında qadına verilən dəyəri təsdiqləyir.
İslam əxlaqının qadınları seçkin, şərəfli, hörmətli və qiymətli edən xüsusiyyətlərindən biri də mömin qadınlara verilən təsəttür hökmüdür. Allaha (c.c) qəlbən itaət edən mömin qadınlar iffətləri və əxlaqları ilə digər qadınlara nümunə olarlar. Saleh qadınların iffətlərini və zadəganlıqlarını tamamlayan ən əhəmiyyətli ünsürlərdən biri də təsəttürləridir. Təsəttür hökmünün bildirildiyi Nur surəsinin 31-ci ayəsində mömin qadınlar üçün “... ismətlərini qorusunlar, bəzəklərini göstərməsinlər...” deyə buyurularkən, Əhzab surəsinin 59-cu ayəsində təsəttürün mömin qadınların “...tanınması və onlara əziyyət verilməməsi...” üçün vacib buyurulduğu xəbər verilmişdir.
Bu səbəbdən, mömin qadınların təsəttürlərinin onlara verdiyi iffətin, zadəganlığın, möhtərəmliyin, xüsusi qorumanın və nemətlərin şüurunda olmaları və hərəkətlərini buna görə təyin etmələri son dərəcə vacibdir. Müsəlman qadının bütün davranışlarından, danışıqlarından, hərəkətlərindən, üzündəki ifadədən, baxışlarından, gülüşündən nə qədər iffətli və təmkinli insan olduğunu anlamaq mümkündür. İffətli qadının təbii zadəganlığı, insani heybəti və etibarlı şəxsiyyəti vardır. Mömin qadının digər xüsusiyyəti isə Allahın (c.c) Quranda əmr etdiyi kimi geyimində təsəttür ölçülərinə diqqət yetirməsidir. Quranda bu mövzudakı hökm bu şəkildədir:
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab surəsi, 59)
İman edən qadınların şərəfi olan təsəttür Qurani-Kərimin, sünnənin və İslam alimlərinin ittifaqı ilə sabit olan qəti əmrdir. Bu mövzuda Bədiüzzaman Səid Nursi belə söyləmişdir:
“Quranın təsəttür əmri fitri (yaradılışa uyğun) olmaqla bərabər, o mədəni şəfqət (şəfqət qaynağı) və qiymətdar bir rəfiqeyi əbədiyyə (əbədi dost) ola bilən qadınları təsəttür ilə sükutdan (əxlaqi pozulmadan), zillətdən və mənəvi əsarətdən və səfalətdən qurtarır” (Hanımlar rehberi, s. 52)
Təsəttür qadının qalxanıdır, onu pisliklərdən qoruyar, iffətli, təmiz, etibarlı edər. Fiziki cəhətdən də təsəttür qadın üçün faydalıdır. Estetik dəyəri ilə yanaşı, xarici mühitin zərərlərindən də qoruyur. Yayda istidən və günəşin zərərli şüalarından, qışda da soyuqdan və onun zərərlərindən mühafizə edir. Ancaq müsəlman qadın təsəttürünü yalnız Allahın (c.c) əmri olduğu üçün taxar, bu əmrə itaət etdiyi üçün həm üzünün nuru artar, həm də bu hikmətlər baş verər.
Allahın (c.c) izni ilə Uca Rəbbimizin qorunmasını əmr etdiyini qoruyanlar, Onun sərhədlərini əsla aşmayanlar, Onun əmrlərinə dəqiqliklə tabe olanlar Allah (c.c) Qatında gözəl bir mövqeyə ümid edə bilərlər.