Adnan Oktarın 22 mart 2010-cu il www.harunyahya.tv-dəki reportajından
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allahın axirətdə, insanlar Cəhənnəmdəykən onlarla bir danışığı var. Allah "ayələrim sizə oxunarkən, yalan sayanlar sizlər deyildinizmi?" deyir. "Allahın ayələri oxunurdu, siz də yalan sayırdınız" deyir. "Onlar dedilər ki: “Rəbbimiz, bədbəxtliyimiz bizə üstün gəldi, biz azan birlik imişik". Yəni insanlar heç cür xoşbəxtliyi tapa bilmir. Daima Allah inancıyla, Allah sevinciylə, iman sevinciylə xoşbəxt olmaları lazımkən, bədbəxt və pessimist bir halda olub beyinlərini keyidirlər. Beyinin funksiyaları itir. Yəni beyinin imana uyğun bir sevinc içində olması lazımdır. Kədər içində olan bir beyin imana qarşı daha qapalı olur.Beyinin anlayışı dayanar. Onsuz da qəmginlik imanla ziddiyyət təşkil edir. Yəni sevinc yoxdursa, həyəcan yoxdursa, imanda bir xəstəlik vardır. Narahatlıq vardır."Bədbəxtliyimiz bizə üstün gəldi, biz azan birlikmişik. Rəbbimiz, bizi (atəşin) içindən çıxar, əgər yenə (inkara) dönsək, artıq həqiqətən, zalım kəslər olarıq". Yəni Allaha Sən bizi "bir daha sına" deyirlər. Allah "Deyir ki: "Onun içinə girin və Mənimlə danışmayın". Yəni Cəhənnəmin içinə daha çox girin və Mənimlə danışmayın. "Çünki" Allah deyir, "həqiqətən, Mənim qullarımdan bir qrup: "Rəbbimiz, iman etdik, Sən artıq bizi bağışla və bizə mərhəmət et, Sən mərhəmət edənlərin ən xeyirlisisən", deyərdilər, onlara lağ etmişdiniz". Baxın, qardaşımız soruşur, məsələn, 110 əgər 2010-a o cəhətiylə baxırsa, bax deyir ki, "çünki həqiqətən, Mənim qullarımdan bir qrup". Allah Mənim qullarım demir bax, onlardan bir qrup. Bəlkə, Mehdi (ə.s) camaatıdır, deyilmi?