Nisbilik nəzəriyyəsi İqnasio Çyufolini (Ignazio Ciufolini) və Errikos Pavlis (Erricos Pavlis) adlı iki elm adamı tərəfindən müxtəlif tədqiqatlardan sonra sübut edildi. NASA bu layihə üçün 600 milyon dollar məbləğində vəsait ayırdı. Errikos Pavlis Eynşteynin Yer kimi nəhəng cisimlərin öz oxu ətrafında hərəkət edərkən kosmos və zamanı əyməsi iddiasından yola çıxdıqlarını dedi. Peyklərin orbitində aparılan hesablamalar nəticəsində Yerin öz oxu ətrafında hərəkəti istiqamətində bu peyklərin ildə iki metr kənara çıxması müəyyən olundu. Yəni, peyklər orbitlərindən ildə iki metr xaricə doğru uzaqlaşırlar. Bu, Eynşteynin zaman-məkan sürüşməsi ilə əlaqədar hesablamalarının 99%-i ilə uyğun gəlirdi. Kolorado universitetinin fiziklərindən biri olan Nil Eşbinin (Neil Ashby) əldə etdiyi nəticələrlə əlaqədar: “Bu, həqiqətən də zaman-məkan sürüşməsi ilə əlaqədar ilk dəqiq hesablamadır" dedi.
Türkiyənin “Radikal” qəzetinin 23 oktyabr 2004-cü il tarixli sayında bu əhəmiyyətli nəticə ilə əlaqədar belə bir məqalə dərc edildi:
... Pavlis əgər Yer ətrafındakı məkan-zaman əyilirsə, yaxınlıqdakı peyklərin orbitinin dəyişməli olduğunu və bu fikrə əsaslanaraq LAGEOS-1 və LAGEOS-2 adlı peyklərin orbitlərindəki kənarlaşma lazer şüası ilə ölçdüklərini izah etdi. Pavlis "Hər iki peykin orbitində də Yerin öz oxu ətrafında hərəkət istiqamətində ildə iki metrlik kənarlaşma qeydə alındı. Əldə olunun nəticələr daha əvvəl nisbilik nəzəriyyəsinə uyğun aparılan hesablamalara 99% uyğundur", dedi. İtaliyanın Leççe universitetinin professoru İqnasio Çyufolini və ABŞ-dakı Yer Sistemləri Texnologiyası Birləşmiş Mərkəzindən Pavlis 11 il hər iki peykdən gələn lazer siqnallarını araşdırdı.
Eynşteyn zaman və məkan anlayışlarının maddədən ayrı olmadığını, maddi cisimlərin varlığı ilə şərtləndiyini və güclü cazibə qüvvəsi yaradan cisimlərin yaxınlığında kosmosun “əyildiyini” iddia etmişdi. Eynşteynin nəzəriyyəsi bir çox cəhətdən ən müasir elm tərəfindən təsdiqləndi…
Bura qədər danışdıqlarımızdan ortaya çıxan nəticə ondan ibarətdir ki, zamanın hissdən ibarət olduğu həqiqəti bir daha sübut edildi. Bu həqiqət əsrlər əvvəl Quranda xəbər verilmişdir.