Quranda və hədislərdə xəbər verilən Dabbət-ül Ərz kompyuter və internet texnologiyasına işarə edir (doğrusunu Allah bilir)
ucgen

Quranda və hədislərdə xəbər verilən Dabbət-ül Ərz kompyuter və internet texnologiyasına işarə edir (doğrusunu Allah bilir)

1605

İbni Abbas (r.ə)-dan: "Üzü insan üzünə bənzər, dimdiyi tüklü ..." (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

Üzü insan üzünə bənzər: Üzü insan üzünə bənzər ifadəsiylə Dabbənin insana oxşar xüsusiyyətlərə sahib olacağına işarə edilir. İndiki vaxtda kompyuterlər də eynilə insan kimi kameralar vasitəsiylə görməkdə, qəbuledici sistemləriylə eşitməkdə və birbaşa danışmaqdadır.

Dimdiyi tüklüdür: Bu hədisdə bildirilən "dimdiyi tüklüdür" ifadəsi, kompyuterlərin batareya yığması üçün istifadə edilən və incə tellərdən ibarət elektrik kabelinə işarə edə bilər. Heyvanların dimdiyi plastik kimidir, sanki bir kiristal maddəni xatırladar. İncə kabelləri olan plastik batareya, hədisdə göstərilən bənzətməyə işarə edə bilər.

Hüzeyfə (r.ə)-dan: "... Heç kim ona çatmayacaq, qaçan da qurtulmayacaq." (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

İndiki vaxtda məlumat mesajında, kompyuterin sürətinə çata bilmək mümkün olmamışdır və Dabbənin çıxdığı dövrdə, Quranı və müsəlmanların təbliğini dinləmək istəməyənlər belə, kompyuterlər evlərinə qədər girdiyindən, Allahın Uca qüdrətini və Quran əxlaqını mütləq öyrənmək məcburiyyətində qalacaqlar, qaça bilməyəcəklər.

Əbu Hureyrə (r.ə)-dan: "Dabbət-ül Ərzdə hər cür rəng mövcuddur ..." (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

Hal-hazırda günümüz kompyuterlərində 16.8 milyon rəng mövcuddur.

Əbuz Zübeyr (r.ə)-dan nəql etmişdir: "... Gözü xain gözü kimi, qulağı fil qulağı kimi ..." (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276)

Günümüzün kompyuterlərində artıq kiçik göz şəklində kameralar vardır, bu kameralar vəsiləsiylə kompyuterlər hər cür görünüşü qəbul edə bilir.

İndiki vaxtda notebookların görünüşü, fil qulağını xatırladan şəkildədir. Eyni şəkildə kompyuterlərin səs yazma xüsusiyyəti sayəsində, məkandakı bütün səslər rahatlıqla kompyuter tərəfindən eşidilir, hətta  qeyd edilə bilinir.

Onun yanında hz. Musa (ə.s)-ın əsası ... olacaq. Yüksək səslə belə qışqıracaq: "İnsanlar artıq ayələrimizə ürəkdən iman etmədilər.Sonra mömin ilə kafiri damğalayacaq (iman edənlərlə inkar edənlərin tanınmasına vəsilə olacaq). (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 277)

Hz. Musa (ə.s)-ın əsası olacaq: Uca Allah, hz. Musa (ə.s)-ın əsasını bir anda canlı ilana çevirərək, dövrün Darvinist və materialistlərinə qarşı yoxdan yaradılışın ən böyük dəlillərindən birini göstərmişdir. Axır zamanda da kompyuter və internet vasitəsilə bütün Darvinist və materialist yaradılışın dəlilləri göstəriləcək.

Sonra mömin ilə kafiri damğalayacaq: Axır zamanda möminlərin də,kafirlərin də kompyuter və internet yoluyla Peyğəmbərimiz (s.ə.v)-in möhürü ilə qarşılaşacağı aydın olur. Hədisdə, internetə girən hər kəsin Rəsulullah (s.ə.v)-in möhürünü görəcəyinə, bu möhürün möminlərin şövqünü artırıb, üzlərini aydınladacağına, inkar edənlərin isə eqoizminiqıracağına işarə edir.

"Möminə rast gələcək möminin üzünü damğaladığında üzü tərtəmiz olacaq. Kafiri damğaladıqda qapqara olacaq." (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 277)

İnternetə girdiklərində Allahın varlığının dəlilləri, Quran ayələrinə və İslam əxlaqını izah edən əsərlərlə qarşılaşan və Peyğəmbərimiz (s.ə.v)-in möhürünü qarşılarında görən möminlərin hidayəti artacaq, imanları daha da qüvvətlənəcəkdir. Peyğəmbərimiz (s.ə.v)-in möhürü ilə qarşılaşan inkarçıların isə hirslərinin şiddətindən üzləri qapqara olacaq.

"... Yer üzündə bir ulduz kimi seyr edəcək. Arxasına düşən onu tuta bilməyəcək, ondan qaçsa canını qurta bilməyəcək.... (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 277)

Kompyuterlər, internet yoluyla bütün məlumatları dünyanın hər yanına saniyələr içində çatdıra bilir. Kompyuterlər hər evdə olduğu üçün insanlar haqq və doğrudan qaça bilməyəcəklər.

"Çıxacaq, üç dəfə yerlə göy arasında olan hər kəsin eşidə biləcəyi bir səslə qışqıracaq."

"Şərqə yönəlib qışqıracaq, bütün şərqlilər səsini eşidəcək. Şama yönəlib qışqıracaq, bütün yəmənlilər səsini eşidəcək." (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 277)

Dabbət-ül Ərz yerin altına da hakim, yerin üstünə də hakim, səmaya da hakimdir. Çatmadığı, daxil olmadığı heç bir şəhər, heç bir ev qalmayacaq. Hal-hazırda kompyuterlər bütün evlərə girmişdir və peyk texnologiyaları və internet vəsiləsiylə yer altında çalışan insanlardan, göydələnlərin təpəsində yaşayan ya da səmada təyyarə ilə səyahət edən insanlara qədər bütün insanlara hər səs və hər görüntü çata bilir.

Həqiqətən, namaz qılan adamın yanına gələcək, "bu sənin namazın olmadı çünki sən yalançısan və mürainin (ikiüzlü riyakar kimsənin) elə özüsən " deyərək iki gözünün arasına, yalançı damğası vurulacaq. (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 278)

Quranı şahid tutaraq dilini əyib bükən, Qurana müxalif olduğu halda dindar görünüşü altında hərəkət edən ikiüzlü kəslərə, kompyuter və internet yoluyla cavab verilməkdə və onların "yalançı" olduqları açıqca ifşa edilməkdədir.

Şeytanı öldürəcəyi (fikirlə yox edəcəyi) xüsusundakı bəyanat bildiyiniz vəchiylə (üzrə) yuxarıda keçmişdir. (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 278)

Şeytanın sistemi olan Darvinizm, materializm, ateizm; internet yoluyla dünyaya çatan və Allahın birliyini və ucalığını izah edən yayımlar vəsiləsiylə tamamilə yerlə bir olacaq, şeytanın dini bu vəsiləylə ortadan qalxacaq.

... Bir addım atdığında üç günlük məsafəni birdən qət edəcək ... (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 278)

İndiki vaxtda, kompyuter və internet vəsiləsiylə tək bir saniyə içində dünyanın digər ucuna məlumatlar göndərə bilməkdə, bütün insanlara çata bilməkdədir.

 

Hörmətlİ ADNAN OKTARIN DABBƏT-ÜL ƏRZ mövzusundakı ŞƏRHLƏRİ (29 avqust 2009)

AdnanOktar: Bu Dabbət-ül Ərzi bir izah edək. Bəli. Şeytandan Allaha sığınıram. Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan. (Nəml surəsi,  79) Mömin Allaha təvəkkül edəcək. Haqq üzərindəysə qəlbi çox rahat olacaq inşaAllah. "Çünki həqiqətən, sən nə ölülərə söz dinlədə bilməzsən." (Nəml surəsi, 80) Yəni Allah küfr üçün onlar ölüdürlər deyir. Siz onları diri zənn edərsiniz, lakin onlar ölüdürlər. "Deyir." Heyvanlar kimidirlər,hətta heyvanlardan daha çox zəlalətdədirlər "(Əraf surəsi, 179) deyir. Yəni Allah vicdani olaraq çökmüşdürlər deyir. "...nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən." (Nəml surəsi, 80) Yəni heç bir şəkildə dinləmək istəmir. Məsələn, müsəlman gəlir, mənə icazə verin deyir, qaçır. Məsələn, azan oxunur,bağlatdırır. Yaxud Quran oxunur televizorunu söndürür. Yaxud da içəriyə - məsələn, oturarkən bir şəhər içində və ya hər hansı bir yerdə - dindar biri girir, dərhal çıxır. Bax deyir ki, Cənabı Allah " ...nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən." Dinləmək istəmir. " Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən..." Kor adam, danışırsan-danışırsan anlamır. Allah hidayət vermədikcə anlamır. "... Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən." (Nəml surəsi, 81) Allahdan qorxur bu, söz dinlər. "Məhz Müsəlman olanlar bunlardır" (Nəml surəsi, 81) Allahın hidayət verməsi və Allahdan qorxması lazımdır. "O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan (dabbə) çıxardarıq ki,..." (Nəml surəsi, 82) Dabbət-ül Minəlard. Yerdən məmulat olan bir varlıq. Bir dabbə ... Çırpınan ... yaxud hər hansı bir özündən gedən əşya üçün də eyni söz istifadə edir; Dabbə; yəni çırpınan, hərəkət edən. "... onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər." (Nəml surəsi, 82) Yəni imana dair, iman haqqında onlara məlumat verir. Məlumat verən bir şey. İndi biz bunu –Dabbəni - bir anlamağa çalışaq. " O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman" Nə vaxt gəlir bu söz? Qiyamət vaxtı. Mehdinin zühur vaxtı. O söz başlarına gəldiyi zaman. Artıq qiyamət yaxınlaşmış. Son an artıq, çünki 2120-də qiyamət gözlənilir. Artıq o söz gəlmiş inşaAllah. "Onlara yerdən məmulat olan bir dabbə çıxararıq. O da insanlara bizim ayələrimizə qəti məlumatla ... "Baxın qəti məlumat, demək qəti bir məlumat var, bir də qəti məlumat var. Dəqiq məlumat. İndi, axır zamanda insanlara Quranın işığından istifadəylə qəti məlumat təqdim edilir. "Qəti məlumatla inanmadıqlarını onlara söyləyər." Baxırıq kompyuterə. Bu danışırmı? 

Oktar Babuna: Danışır 

Adnan Oktar: Danışır. Yazır da. 

Oktar Babuna: Bəli 

Adnan Oktar: Başa salır da. Sual verdiyində dərhal cavab verir deyilmi? Niyə məmulat bu? 

Oktar Babuna: Yerdəki elementlərdən dəmir, var, alüminium var, sink var 

Adnan Oktar: Deyilmi; maqnezium, mis, kobalt, sink hamısı var. Silisium hamısından var. Yerdən məmulat, o tamam. Danışır. Allahı xatırlayır Allah haqqında məlumat verir. Qəti məlumat verirmi? 

Oktar Babuna: Verir 

Adnan Oktar: Qəti məlumat verirmi? 

Oktar Babuna: Verir 

Adnan Oktar: Gözəl, indi hədislərə görə baxaq, sürəti necədir bunun? 

Oktar Babuna: O çox sürətlidir

Adnan Oktar: Bax deyir ki "heç kim ona çata bilməyəcək, qaçan da qurtarmayacaq." (Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 276) Çünki evində dini öyrənmək istəmir amma, basdınmı düyməni Allah, Rəsul, Məhəmməd (s.ə.v), Peyğəmbərimiz (s.ə.v)-in möhürü ilə qarşılaşır. Allahın hökmləriylə qarşılaşır, Quran ayələriylə qarşılaşır, Hədis-i şərif ilə qarşılaşır, Darvinizmin, materializmin çöküşü ilə qarşılaşır, hara getsə qarşısına çıxır, nə deyir, qaçan da canını qurtara bilməyəcək. 
Baxın deyir ki, rəngli olacaq. O heyvanda hər cür rəng mövcuddur. O dabbədə, o cisimdə, o alətdə, hər cür rəng mövcuddur. Rənglimi bunun görünüşü? 

Oktar Babuna: Bəli 

Adnan Oktar: Hər cür rəng varmı? 

Oktar Babuna: Var 

Adnan Oktar: Hədisə uyğun gəlirmi? 

Oktar Babuna: Gəlir. 

Adnan Oktar: Musanın əsası yanında olacaq deyir. Siz yaradılışı isbat edirsinizmi internetdə? 

Oktar Babuna: Edirik inşaAllah 

Adnan Oktar: Hz. Musa əsanı atıb nəyi isbat etdi firona? 

Oktar Babuna: Yaradılışı 

Adnan Oktar: Yaradılışı isbat etdi deyilmi? Nə dedi bax, ağacdan Allah bir anda heyvan yaradır, Nilin palçıqlarından yaradılmadı, demək ki, o dövrün Darvinizmi səhv, doğrusu yaradılışdır deyir. Baxın deyir mən bir ağacı yaradıram, canlanır, bu səbəbdən sizin təsadüf iddianız doğru deyil. Allah yaradır deyilmi? Hz. Musanın əsası kimi yaradılışı isbat edəcək, izah edəcək. Nə deyir, möminin üzünü damğaladığında üzü tərtəmiz olacaq. Sən burada internetdə Peyğəmbərimiz (s.ə.v)-in möhürünü gördüyündə için rahatlayırmı? 

Oktar Babuna: Rahatlayır

Adnan Oktar: Bir sevinc gəlirmi? 

Oktar Babuna: Gəlir 

Adnan Oktar: Peyğəmbərimiz (s.ə.v)-in möhüründə nələr var? Allah, Məhəmməd, Rəsul. Nə izah edir internet? Allahı izah edir. Məhəmməd (s.ə.v)-i izah edir. Onun Rəsul olduğunu izah edir.Möminin üzünəaydınlıq gətirir. Tərtəmiz olur. Kafiri damğaladıqda qapqara kəsiləcək deyir. İnanmayan qarşılaşdığında da qan boğur, təzyiqi çıxır, göyərir. Bir oxuyur oradakı həqiqətləri. Təzyiqi qalxır 180-ə 200-ə. Halı pisləşir, sıxılır. Başqa bir yerə keçir. Orada da qarşısına çıxır. Yəni kafir; inanmayan. İnanmayanı damğalayır. Bəli. Bax, yer üzündə deyir bir ulduz kimi seyr edəcək. Fövqəladə bir sürət olacaq, arxasına düşən onu tuta bilməyəcək. Yəni elektrik sürəti olduğu üçün fövqəladə sürətlidir. Yerlə göy arasında hər kəsin eşidə biləcəyi bir səslə qışqıracaq. Yerin altında tuturmu bu internet? 

Oktar Babuna: Tutur. 

Adnan Oktar: Üstündə də tuturmu? 

Oktar Babuna: Tutur. 

Adnan Oktar: Hər kəs eşidirmi? 

Oktar Babuna: Eşidir. 

Adnan Oktar: Bəli şərqə yönəlib qışqıracaq bütün şərqlilər səsini eşidəcək. Şama dönüb qışqıracaq. Bütün Yəmənlilər səsini eşidəcək. Yəni bütün dünya cəhətlərini ifadə edir. Dünyanın hər yerində hər kəs səsini eşidəcək deyir. Baxın deyir ki; "bəzi ikiüzlü, riyakar kəslərin iki gözünün arasına yalançı damğasını vuracaq." ((Qiyamət əlamətləri, Mədinəli Allame Məhəmməd İbn Rəsul Al-Huseyni Əl Bərzənci, Pambıq nəşriyyat, səh. 278)) Rəsulullah (s.ə.v)-in möhürü ilə onu damğalayır. Sən yalan söyləyirsən, Darvinizm yalan, materializm yalan. Bu yalanı onlara isbat edir Dabbət-ül Ərz. Aydın oldumu? Həm də hz. Mehdinin köməkçisidir Dabbət-ül Ərz. Hz. İsa əleyhissalamın da köməkçisidir və bir cür də qılıncıdır. Mənəvi qılıncıdır. Şeytanı öldürəcək deyir. Şeytan nədir? Dəccaliyyət, Dəccaliyyət nədir? Darvinizm, materializm, Allahdan qorxmayan sistem. Nə deyir? Şeytan öldürəcək deyir. İndi biz internetlə şeytanı öldürə bilirikmi? Darvinizmi, materializmi yox edə bilirikmi? Hədis tam mənasıyla çıxmışmı? Çıxmış bəli. Bir addım atdığında üç günlük məsafəni birdən qət edəcək. Olduqca sürətli. Məsələn, dünyanın hər yerində bu an izlənilir. Bütün dünyaya dağılacağını, Dabbət-ül ərzin hər yerdə qolu olacaq deyir. Hər yerə çatacaq. Göyə çatacaq, yerə çatacaq.Çatmadığı heç bir yer qalmayacaq. Hətta hər evə girəcək deyir. Hər evə girib hər kəsi damğalayacaq deyir, Rəsulullah (s.ə.v)-in möhürü ilə. 

Oktar Babuna: İnşaAllah 

Adnan Oktar: Baxın; hz. Cəfər Sadiqdən belə buyurulur; "Sanki Qaim, hz. Mehdi əleyhissalamı görər kimiyəm." Peyğəmbər (s.ə.v)-in qızıl möhürlə möhürlənmiş müqaviləsini cibindən çıxarır. Mehdi Peyğəmbərimiz (s.ə.v)-in möhürünü istifadə edəcək. Qızıl deyir qızıl. Rəngini də ifadə edir. Qızıl bir möhürlə möhürünü çıxarır. Möhürünü açaraq onları insanlara oxuyur. Rəvayət var. Hz İsa əleyhissalam onu alıb açacaq; sandığı açacaq. Bir sandıq tapır hz. İsa əleyhissəlam da onu açır və içində bir möhür, Rəsulullah (s.ə.v)-in möhürü və min dənə kitab tapacaq deyir. Hazır, hz. İsa əleyhissalamdan əvvəl. Mehdi əleyhissalamın hazırladığı kitablar. Bu kitablarla İslamı, Quran əxlaqının əsaslarını, sünnəsini əhya edəcək. 
Risalətül soy Elverdi fi Mezhebil Mehdi, Əli ibn Sultan Məhəmməd əl-Kari, səhifə - 4 ənis cüləscsi kitabından. 700 illik, 800 illik əsərlər bunlar. 1000 illik əsərlər.Buralarda izah edilir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo