Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (İnşirah surəsi, 4)
Yuxarıdakı ayədə də ifadə edildiyi kimi, Peyğəmbərimiz (səv) Allahın izni ilə həm yaşadığı dövrdə, həm də vəfatından sonra bütün insanlar tərəfindən tanınmışdır. Vəfatından 1400 il sonra belə bütün dünya tərəfindən tanınır və bilinir. 1400 ildir milyardlarla insan Peyğəmbərimizə (səv) sevgi və hörmət ilə bağlanmış, onu görmədiyi halda ona çox yaxın olmuş, cənnətdə onunla sonsuza qədər birlikdə olmaq üçün dua etmişdir və edir.
Allah başqa ayələrində də Peyğəmbərimizə (səv) şərəfli bir elçi olduğunu belə bildirir:
“Həqiqətən bu möhtərəm Elçimizin sözüdür. (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır. Sizin dostunuz (Muhəmməd) divanə deyildir” (Təkvir surəsi, 19-22)
“Bu, möhtərəm bir Elçinin sözüdür” (Haqqə surəsi, 40)
Allah Quranda hz. Nuh (əs), hz. İlyas (əs), hz. Musa (əs) və hz. Harun (əs) kimi bir çox peyğəmbərin də xeyirli və şərəfli adları olduğunu bildirir. İnsanların əksəriyyəti həyatları boyunca ad-san və şan-şöhrət arxasında qaçırlar. Keçici dünya nemətlərinə uyurlar. Yaxud da təkəbbür göstərirlər. Şan-şöhrət ardınca qaçarkən şərəf və qürurlarını itirirlər.
Halbuki, ad-san və şərəf bir insana Allah dərgahından verilir və Allah insana şərəfin Quran əxlaqının yaşanması ilə gəldiyini bildirir. Bir ayədə belə buyurulur:
“Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər” (Muminun surəsi, 71)
Bir insanın dünya həyatında şərəfli bir həyat yaşamasının tək yolu Allahın vəhyi olan Qurana və Peyğəmbərimizin (səv) üstün əxlaqına itaət etməsidir. Bunların xaricindəki yolların insanlara dünyada da, axirətdə də itkidən başqa bir şey gətirməyəcəyi açıq və qəti bir həqiqətdir.