Orqanlarımızın bərpası və yenilənməsi
ucgen

Orqanlarımızın bərpası və yenilənməsi

1935

Bədənimizdə hiss etmədiyimiz, çox vaxt varlığından belə xəbərdar olmadığımız proseslər qüsursuz nizam içərsində baş verir. Həyatımız üçün əvəzsiz olan orqanların fəaliyyətini öz iradəmizlə başlatmır və davam etdirmirik. Orqanlarımız Rəbbimizin möcüzə olaraq yaratdığı mükəmməl sistemlərdən biridir. Bu orqanların hər biri insan hələ ana bətnində kiçik bir hüceyrə qrupu ikən fəaliyyətə başlayır və ölümünə qədər vəzifəsini qüsursuz şəkildə yerinə yetirir.

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ürək, beyin, qaraciyər kimi həyati əhəmiyyətə sahib olan orqanlarımızda hər hansı bir çatışmazlıq olduğu zaman bəzi zülallar və ya hüceyrələr fəaliyyətə keçərək onları bərpa edir. Əlbəttə ki, tibbi biliyi olmayan zülalların zərəri təsbit edən və buna qarşı tədbir görərək həyat xilas edə bilən şüuru yoxdur. Lakin bu vəzifəni yerinə yetirmək üçün dünyadakı bütün insanlarda mövcuddurlar. Bu mükəmməl xüsusiyyətlərə malik olan zülallar nə insan ağlının, nə də xəyali təkamül prosesinin əsəridir. Bu, hər şeyi nizamlı və qüsursuz şəkildə yaradan Allah’ın yaratmasıdır. Allah, varlığı varlıqların bütün ehtiyaclarına kifayət edən (Kafi), əhatə edən (Mühit) və istədiyini dilədiyi kimi etməyə gücü çatandır (Qadir). Şükür edilən, bütün varlıqların dili ilə yeganə təriflənəndir (Həmid). O, bənzərsiz yaradandır (Bədi). Bu həqiqət Quranda belə bildirilir:

Göyləri və yeri (bənzərsiz, yoxdan) yaradan O’dur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız: “Ol !” –deyər, o da (dərhal) olar.(Bəqərə surəsi, 117)

Beyinin özünü bərpa etməsi

Tədqiqatçılar ChAT+ neyronlar adlandırılan hüceyrə qrupunun kök hüceyrələrlə əlaqəyə girə bildiklərini və yeni sinir hüceyrələrinin yaradılmasını təmin etdiklərini kəşf etmişlər.

Dyuk Universiteti Beyin Elmləri İnstitutundan olan Dr. Kuo: “Yetkin insanın beynində sinir hüceyrəsi istehsalının necə həyata keçdiyini müəyyən etməyə çalışırıq. Bu gizli yolun ortaya çıxması gözlənilməz və həyəcanverici hadisədir. Sinir sisteminin iş prinsipi elektrik cərəyanının elektrik naqili kimi fəaliyyət göstərən sinir hüceyrələri tərəfindən ötürülməsinə əsaslanır. Yəni hal-hazırda istifadə olunan elektron sxemlərlə eyni prinsip əsasında fəaliyyət göstərir. Sinir hüceyrələrinin bu cərəyanları şərh edərək öz aralarında əlaqə yarada bilməsi möhtəşəm bir haldır.

Ürəyin özünü bərpa etməsi

İnfarkt zamanı qan təchizatının kəsilməsi nəticəsində ürək toxuması ölür və ürəkdə bərpaedilməz zərərlər meydana gəlir. Ürəkdəki bu xəsarət xəstənin həyat keyfiyyətinin xeyli aşağı düşməsinə səbəb olur.  

Qısa bir müddət əvvələ qədər digər orqanlardan fərqli olaraq ürəyin özünü yeniləmə qabiliyyətinin olmadığı zənn edilirdi. Lakin bu zərərin bədən tərəfindən bərpa edilə bildiyi  məlum oldu. Uşaqlarda ürəyin inkişafında əsas rol oynayan timosin beta 4 (TB4) adlı zülal yetkin insanların ürəyində ‘’yatmış’’ kök hüceyrələri oyadır. Bir çox canlıların toxumalarında α 1 ve β 4 olmaqla iki növü olan timosin adlı bu kiçik zülallar bədəndəki hüceyrələri yenidən proqramlaşdırma xüsusiyyətinə sahibdir. Hazırda dərman preparatı kimi istifadə edilən bu zülal ürəyin bərpa edilməsi ilə bağlı kök hüceyrələrə kod göndərir. Beləliklə, əlavə müalicəyə ehtiyac olmadan ürək özünü bərpa edir. Dərman kimi qəbul edilən bu zülal kök hüceyrələrin ürək və damar hüceyrələrinə çevrilməsini təmin edərək ürəyin fəaliyyətini 25%  nisbətində artırır, zədələnmiş ürək hüceyrələrini bərpa edir və ürəyi qidalandıran damarların artmasını, əzələlərin özünübərpasını təmin edir.

Qaraciyərin özünü yeniləmə xüsusiyyəti

Qaraciyərin 70%-i götürülsə də, bir-iki həftə içərisində yenidən fəaliyyətlərini yerinə yetirəcək ölçüyə çatır.

Qaraciyərin regenerasiya (özünü yeniləmə) fəaliyyətini hansı mexanizmlərin həyata keçirdiyi hələ də araşdırılır.

Bu sistemdəki heyranedici xüsusiyyətlərdən biri qaraciyər hüceyrələrinin inanılmaz sürətlə bölünməsi və bu zaman vəzifələrini fasiləsiz yerinə yetirmələridir. Bundan sonra hüceyrə bölünməsinin ortaq qərar ilə bir anda dayandırılması isə daha da təəccüblüdür. Bu məqamda aşağıdakı suallar ağıla gəlir:

Hüceyrələr çoxalma zamanı nə qədər davam etməli olduqlarını və harada dayanacaqlarını necə bilirlər? Onlara hərəkət və ya dayan əmri haradan verilir?

Əgər bir yerdən “dayan” əmri almırlarsa, digər orqanlara narahatlıq törədəcək qədər böyüməməli olduqlarına özlərimi qərar verir?

Şübhəsiz ki, şüuru olmayan hüceyrələrin bunlardan hətta birini də həyata keçirməsi mümkün deyil. Bu möcüzəvi prosesi başladığı andan sonuna qədər yaradan, nizama salan və lazımi əmrləri verən Allah’dır.

Dərinin özünü yeniləməsi

Xarici dünyada dərinin qarşılaşdığı ilk təhlükələrdən biri yaralanma və kəsilmələrdir. Dəridə yaralanma, yaxud kəsilmə meydana gəldikdə müdafiə hüceyrələri dərhal hərəkətə keçərək, əvvəlcə, oradan içəri girən düşmənlərə qarşı müqavimət göstərirlər. Sistemə daxil olmağa çalışan mikrob və yad hüceyrələrə qarşı müdafiəni davam etdirərkən, digər tərəfdən də  müdafiə divarları, yəni “fibrin” adlı lifli bir zülal istehsal edərək dərini bərpa etməyə çalışırlar. Belə ki, dərinin əsas qoruyucu funksiyası xarici hissəni təşkil edən ölü hüceyrə təbəqələri sayəsində əmələ gəlir. Hüceyrə bölünməsi nəticəsində yaranmış hər yeni hüceyrə dərinin daxili hissəsindən xaricə doğru hərəkət edir. Bunu edərkən hüceyrədaxili maye, yəni sitoplazması dözümlü zülal olan keratinə çevrilir. Bu proses əsnasında hüceyrə ölür. Əmələ gələn keratin maddəsi çox möhkəm və həzm fermentləri ilə parçalanması çətin olur. Bu, dözümlülük deməkdir. Bədəni ələ keçirməyə çalışan bakteriya və göbələklər, dərinin xarici təbəqəsindən alacaq heç bir şey tapa bilmirlər. Həmçinin keratinli xarici ölü hüceyrələr davamlı şəkildə dəri üzərindən tökülür. Bu yolla itirilən hüceyrələr altdan yeni gələnlərlə doldurulduğu zaman həmin bölgələrdə daxil olunması çətin bir baryer qurulmuş olur.

İnsan bədənindəki orqanların möcüzəvi fəaliyyətini anlamaq belə ağıl tələb etdiyi halda, bu sistemin təsadüfən əmələ gəldiyini iddia etmək, əlbəttə ki, ağıldan və elmdən kənar bir yanaşmadır. Bu cür qüsursuz bir sistem şüursuz təsadüflər nəticəsində  yarana bilməz. İnsanın daxilində belə elektron sxemin qurulmuş olması onun Allah tərəfindən yaradıldığının açıq dəlilidir.

Sizi Biz yaratdıq, yenə də təsdiq etməyəcəksinizmi? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı almayıb.(Vaqiə surəsi, 57-60)

Orqanlarımız nə qədər müddətdə özünü yeniləyir

Ürək  20 il

Saçlar 3-6 il

Mədə divarı 3-5 gün

Bağırsaq 2-5 gün

Sümük 10 il

Dil 10 gün

Qaraciyər 6 ay

Ağciyər 1 il

Bədənimizdəki bərpa və yeniləmə fəaliyyətləri, çox güman ki, gələcəkdə iflic kimi sinir toxumasının itirilməsi nəticəsində yaranan və ya hal-hazırda müalicəsi qeyri-mümkün olan xəstəliklərə də əlac olacaqdır. Elm sahəsindəki bu irəliləyişlər Peyğəmbərimizin (səv) axırzamanda insanların ömrünün uzanacağına dair buyurduğu hədislərin də doğruluğuna işarə edir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr