Möminin ən üstün xüsusiyyətlərindən biri “bağışlamaq”dir... “Bağışlamağı bacarmayan” insanlar isə, nəfslərinə məğlub olmuş insanlardır...
ucgen

Möminin ən üstün xüsusiyyətlərindən biri “bağışlamaq”dir... “Bağışlamağı bacarmayan” insanlar isə, nəfslərinə məğlub olmuş insanlardır...

1473

Allah dünya həyatında insanlar üçün, həzz duyacaq gözəl nemətlər yaratmışdır. Ancaq insanların böyük əksəriyyəti göstərdikləri pis xüsusiyyətləri və yanlış hərəkətləri ilə bu nemətlərdən uzaq qalırlar. Beləki, insanlardakı yanlış xüsusiyyətlərdən biri də “bağışlamağı bacarmamaq”dır. Bir çox insan sırf bağışlamaq kimi üstün əxlaq nümayiş etdirə bilmədikləri üçün özlərini dünya həyatının gözəlliklərindən və nemətlərindən məhrum edirlər.

İnsanların bir-birilərini bağışlamalarına əngəl olan hisslər arasında ən təsirli olan heç şübhəsiz “kin və nifrət”dir. Xüsusilə də əgər həmin şəxsin nifrətinə səbəb olan hadisədə haqlılıq payı varsa, belə olduqda bu  şəxsin nəfsinə üstün gəlməsi daha da çətinləşir. Bu haqlılıq isə həqiqətən də qarşı tərəfin böyük bir səhv etmiş olmasından qaynaqlanır. “Mənə belə şeyi necə edər?”, “Necə ola ilər ki, bu qədər düşüncəsizlik etmiş olar?” kimi qarşı tərəfin yanlış hərəkətlərinə əsaslanan nəticə çıxarmaq, bu kimsələrin nəfislərinə yenilib qalmalarına səbəb olur.

Halbuki, burada göz ardı edilən lazımlı bir mövzu vardır: Əlbəttə ki, insan qüsurlu yaradılmışdır. Həyatının sonuna kimi  yanlış etməməsi mümkün deyildir. Allah, hər şeydə hikmət olduğunu nəzərə alaraq  yaratmışdır. Bu səbəbdən də insanın, qarşısındakı insandan, heç bir yanlış etmədən iradə göstərməsini gözləmək doğru yanaşma tərzi deyildir. Dünyanın ən mükəmməl, ən gözəl əxlaqlı insanı belə əsasında bir “insan”dır. Və Allahın yaradılış qanunu ilə, mütləq unudacaq, yanılacaq, səhv edəcəkdir.

Ancaq bir insan həqiqətən də xoş niyyətli, səmimi və dürüstsə bu yanlışını düzəltmək üçün əlindən gələni edəcəkdir. Dolayısı ilə insanı dəyərləndirmək, bu insanın səhv etməsini gözləmək və etdikdə isə silib atmaq deyildir. Əksinə səhv edə biləcəyini unutmamaq, ancaq etdikdə də bunu səmimiyyətlə necə kompensasiya etməyə çalışdığına baxmaqdır. Əgər bu vəziyyətdəki insan, işlədiyi səhvi düzəltmək, səhvin yol açdığı vəziyyəti aradan qaldırmaq və qarşı tərəfə yönəlmiş daha yaxşı şərtlər meydana gətirmək üçün var gücü ilə çabalayıb, əlindən gələn hər şeyi edirsə, belə olduqda vaxt itirmədən dərhal bağışlamaq, gözəl əxlaq nümunəsidir.

Cəmiyyətdə, içlərindən ata bilmədikləri kin və nifrət kimi hisslər səbəbi ilə bir-birilərini bağışlaya bilməyən, sırf bu səbəbdən də ən sevdikləri, ən yaxın olmaq istədikləri insanlardan belə uzaq qalan çox insanlar vardır. Və sırf bağışlaya bilmədikləri üçün sevməkdən, sevilməkdən, inama əsaslanan dostluqlardan, yaxınlıqdan, sirdaşlıqdan, sədaqətdən, vəfadan, hörmətdən tamamilə uzaq qalmış həyat sürməkdədirlər.

Nəfs, “qürur” adı altında insanları, bir-birilərini bağışlamağı, haqsız olduğu təqdirdə belə, haqlı olduğuna inandırmağı, dözümlü olmasığı, bir-birilərinə inamla yaxınlaşmağı, hüsnü zənn etməyi, təbəssümlə baxmağı, sevgiylə, mərhəmətlə yaxınlaşmağı əngəlləməkdədir. İnsanlara qüruru müqəddəs (Allahı tənzih edirik) və hörmət göstəriləcək xüsusiyyət kimi göstərərək, onları əsla qürurlarından uzaq durmamağa təşviq edir. Bağışlayan insanın alçalacağına, ağılsız mövqeyə düşəcəyinə, məğlub olacağına inandırır. İnsanlar da nəfslərinin bu səsinə qulaq asaraq, qürurlarının da dəstəyi ilə daxillərindəki kin və nifrət duyğularını daha qatı hala gətirirlər.

Halbuki, bağışlamaq kin bəsləməkdən daha asan, rahatlayıcı, bərəkətli və gözəl duyğudur. İnsan 100% haqlı olduqda belə qarşısındakı insanı bağışlamaq böyüklüyünü göstərdiyində, daxilində dərin fərah, sevinc hissləri yaşayır. Qəlbində isə bu gözəllikləri yaşadan yalnızca Allahdır. Allahın bəyəndiyi əxlaqı göstərən, nəfsinin istəklərinə qarşı çıxaraq yaxşılıq edən qullarına Öz Qatından bu lütfu daddırır. Bağışlaya bilməyən insan isə hər gün, hər saniyə, daxilindəki kin və nifrətin acısını, əzabını və sıxıntısını yaşayır; “Görəsən bağışlasaydımmı?” deyə düşünmənin verdiyi əzab və peşmanlıq içərisində qıvranarkən; bağışlaya bilən insanlar, göstərdikləri bu əxlaq ilə birlikdə sevginin, hörmətin, dostluğun aydınlığına qovuşurlar.

 

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 22)

 
(İsrail oğulları) verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Maidə surəsi, 13)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr