Əyləncə bugünkü insanlarının əsas ehtiyaclarından biridir. Texnologiyada, xüsusilə də informasiya texnologiyasında son illərdə əldə edilən nailiyyətlər ictimailəşmək, özünü inkişaf etdirmək və ya müasir həyatın yeknəsəqliyindən uzaqlaşıb xoş istirahət keçirmək istəyən kütlələri arxasınca aparır. Musiqi, oyunlar, sənətkarlıq, kinoteatr, idman, televiziya kanalları, video və kompüter oyunları, kütləvi informasiya vasitələri, internet kimi əylənməyi təmin edən vasitələrlə yanaşı alış-veriş mərkəzləri, otellər, istirahət mərkəzləri, gecə klubları da həyatı daha cazibədar hala gətirmək üçün alternativlər irəli sürür.
Ünsiyyət üzrə mütəxəssis amerikalı Nil Postman əyləncənin ictimai həyatda gəldiyi yeri bu şəkildə ifadə edir: «Ölənə kimi əylənmək səviyyəsindəyik». Həqiqətən də 21-ci əsr insanını əyləndirmək üçün bu gün hər şey mövcuddur. Led və plazma texnologiyaları, internetə bağlanma xüsusiyyəti və xüsusi inkişaf etdirilmiş tətbiqləri ilə çox estetik görünüşlü ağıllı televizorlar, təkcə səs və görüntünü ötürməklə kifayətlənməyən, musiqi dinləmək, televizor izləmək, şəkil və video çəkmək kimi funksiyaları olan ağıllı telefonlar və hər kəsin xoşuna gələn daha bir çox teknoloji məhsul... Xüsusi görüntü effektləri və animasiya texnikaları ilə zəngin filmlər… Üç ölçülü kompüter oyunları... Ünsiyyət vasitələri sayəsində on minlərlə kilometr uzaqlıqdakı insanlarla rahat şəkildə əlaqə qurula bilən, nəql etmənin çox asanlaşdığı, informasiyanın anındaca hər yerə ötürülə bildiyi çox inkişaf etmiş bir dünya… Hər biri və daha da artığı dövrümüzün insanları üçündür.
Bəs onlarla nəhəng sektor əyləndirmək üçün bu qədər əmək sərf edərkən insanlar niyə hələ də xoşbəxt deyil? Özlərini əhatə edən bu əyləncə dünyasında necə olur ki, xoşbəxtliyi əldə edə bilmirlər?
Küçədəki insanlara diqqətlə baxın. Düşüncəli, şübhəci, narahat, qəzəbli və qəmqin simalarla qarşılaşacaqsınız. Nələrdən söhbət etdiklərinə də qulaq asın. İş yerində, ailədə, idman zalında, kafedə bir yerdə olduqlarında bir-birlərinə nə qədər sıxıntılı və dərdli olduqlarını danışdıqlarının şahidi olacaqsınız.İnsanlar ədatən bədbinliyin həyatın son mərhələsi olan qocalıq dövründə ortaya çıxacağını düşünürlər. Yaşlılıqla bərabər gələn acızliklər və xəstəliklər bunun səbəbi olaraq qəbul edilir. Halbuki yaşadığımız dövrdə bədbinlik xüsusilə gənclər arasında yayılıb.
Kənardan baxdıqda çox qəşəng, baxımlı, həyat dolu, şən görünən onlarla gənc əslində xoşbəxt ola bilməməkdən şikayət edir. Kafelərdə, restoranlarda birlikdə olduqda ortaya çıxan mənzərə həyatlarındakı hər şeyin mükəmməl olduğu təəssüratını yaradır. Halbuki bir çoxu o kafelərdə, restoranlarda dostlarına nə qədər bədbəxt olduqlarını, həyatdan nə gözlədiklərini bilmədiklərini, içlərindəki sıxıntıdan qurtula bilmədiklərini danışırlar. Hamısının əlində də siqarət və içki var. Hamısının unutmaq istədiyi sıxıntıları, qaçmağa çalışdıqları problemləri, cavab tapa bilmədikləri problemləri var.
Yeni qeyimin, yeni səyahətin, yeni kəşf etdikləri əyləncə məkanının həyatlarına yeni həyəcan və xoşbəxtlik gətirəcəyini düşünürlər, lakin bunların heç biri içlərindəki sıxıntını aradan qaldıra bilmir.
Ardı-arda planlar qururlar. "Həftə sonu bura gedək", "orda çox gözəl əyləncə məkanı var, bir neçə günlük ora gedək" deyərək qurduqları planlar bir-birinin ardınca gəlir. Rahat olacaqlarını düşünərək tətilə gedirlər, amma getdikləri yerdə yenə də xoşbəxtliyi tapa bilmirlər. İnsanların səs-küyü, səyahətin verdiyi yorğunluq, içkinin verdiyi baş ağrısı ruhlarında sıxıntıya səbəb olur, dərhal evə qayıtmaq istəyirlər. Evə qayıtdıqlarında bədbinliklərini də özləri ilə birlikdə gətirdikləri üçün sıxıntıları davam edir. Bu dəfə də növbəti tətilə hazırlaşırlar. Bu, həyat boyu davam edir.
Tapa bilmədikləri xoşbəxtliyin axtarışı içindəki gənclər hələ 19, 20, 21 yaşlarında özlərini yorulmuş və çökmüş hiss etməyə başlayırlar. Narkotik, içki kimi fiziki və zehni uyuşduran maddələrin yayılmasının arxasında da bu bədbinlik xəstəliyi var. Bədbinliklərini özlərini uyuşduraraq unutmağa çalışırlar. Instagram, Facebook kimi sosial şəbəkələrdə paylaşdıqları şəkillərdə və ya verdikləri şərhlərdə "həyatın zövqünü sonuna qədər yaşayırıq" təəssüratını yaratsalar da, şəxsi söhbətlərində ifadələri tamamilə başqadır.
Yeni qeyimlər, yeni imic, yeni dostluqlar, yeni mühit və ya yeni maşın, ev, son model telefon və ya kompüter... Heç biri onları həqiqi mənada qane etmir. Gənc yaşda sanki içləri boşalmış insanlara çevrilirlər. Halbuki xoşbəxt olmaq çox asandır. Hər insan iman gətirib özünü Allaha təslim etdikdə rahat və xoşbəxt olacaq şəkildə yaradılıb. Ruhun qidası olan imandan uzaqlaşan insan havasız qalır, zaman keçdikcə bütün canlılığını itirir və sanki ölmədən ölür. Ruha qidasını verən insan isə hər zaman canlı, xoşbəxt və şən olur.
Dolayısilə hər kəs özünü imanla, mənəviyyatla qidalandırmalıdır. Şübhəsiz ki, Allaha imanın gətirdiyi gözəl əxlaq, vicdan, sevgi, mərhəmət, fədakarlıq insanın əsas qida mənbəyidir. Daha da önəmlisi Allaha sevgi, vəfa və sədaqət... Ruh ancaq Allah eşqi ilə nəfəs alıb verdikdə canlanır. Allahı unutmuş, Allahdan üz çevirmiş bir insan içdən-içə nəfəs ala bilməyən ruhu ilə birlikdə yaşamağa davam etsə də, hara gedirsə-getsin, nə edirsə-etsin, axtardığı xoşbəxtliyi tapa bilməz. İçində ölü ruh daşıdığı müddətcə hər cür dünyəvi imkana sahib olsa da, sıxıntıdan və əziyyətdən əsla xilas ola bilməz.
Halbuki Allaha özünü təslim etmiş bir insan həyatının hər anında xoşbəxtdir. Belə ki, xoşbəxt olmaq üçün sayısız səbəbi var. Allahı sevməyin, Onun yaratdığı gözəllikləri görə bilməyin daimi xoşbəxtliyi içindədir. Ölümdən sonrakı həyatda onu gözləyən sonsuz cənnəti ümid etməyin xoşbəxtliyi və sevinci içindədir, Allahın lütfü ilə yaşadığı, sevdiyi şeylərə Allahın lütfü ilə sahib olduğu üçün, ailəsi və dostları ilə birlikdə olduğu üçün, hər şeyi Allahın yaratdığı gerçəyinin fərqində olduğu və həyatını qəflətdən uzaq keçirdiyi üçün hər zaman sevinclidir. Xoşbəxt olmaq üçün süni səbəblər axtarmasına ehtiyac yoxdur. Qəlbinin dərinliklərində tükənməyən daxili rahatlıq və sevinc hara getsə, onunla birlikdədir. Teknologiyanı, musiqini, sənəti, rəqsi, əyləncəni yaradanın Allah olduğunu və bütün bunları nemət olaraq yaratdığını bilir. Hər birindən ayrı zövq alır. Onu kədərləndirəcək, sıxıntıya salacaq heç nə yoxdur. Çünki hər şeyin dostu olan Allahdan gəldiyini bilir. Əylənmək, xoşbəxt olmaq üçün əlində bir çox səbəbi olduğu halda, xoşbəxtlikdən uzaq həyatı olanlar bilməlidirlər ki, xoşbəxtlik kənarda deyil, insanın öz içində olan bir dəyərdir.
Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi: