Sülh, insan hüquqları, sosial ədalət, azadlıq kimi anlayışlarsiyasi məqsədlər üçün, demək olar ki, hər dövrdə sui-istifadəedilmişdir. Bir çox insan bu anlayışlarla ortaya çıxan hərəkatlarınardınca getməyi özünə vicdanborcu hesab etmişdir. Ancaq bu cür anlayışları istifadə edən şəxslərin səmimiyyəti, həmçininmotivasiyalarının arxasındakı əsl səbəblər kifayət qədər sorğulanmamışdır.
BDS, yəni “Boykot, təcrid vəsanksiya” (The Boycott, Divestment and Sanctions) hərəkatı da fələstinlilər üçün ədalət və haqqı müdafiə etmək, zor tətbiq etmədən mübarizə aparmaq məqsədilə yaradılsa da, arxa planında səmimiyyət və ədalətdən uzaq anlayış vardır. Dünya miqyasında israilli iş adamlarını, şirkətləri, sahibkarları, sənətkarları, alimləri hədəfə alan BDS istər nifrət və mövhumatlarla dolufikirləri ilə, istərsə də ayrı-seçkilik və zorakılıq üsulları ilə sülhə və qardaşlığa xidmət etməkdən çox uzaqdır.
2005-ci ildən etibarən İsrail dövləti əleyhinə davamlı fəaliyyətlər aparan BDS özünü görünüşdə Fələstin xalqının hüquqlarını müdafiə edən hərəkat olaraq tanıtsa da, fələstinlilərin əsl mənafelərini gözardı edir. Həmçinin hərəkatın rəhbərlərinin tez-tez dilə gətirdiyi nifrət və düşmənçilik sözləri, sülh və birlik əleyhinə hərəkətləri BDS-ni tipik qeyri-hökumət təşkilatı və ya insan hüquqları müdafiəçisi olmaqdan çox uzağa aparır. İllərdir eyni nifrət üslubundan istifadə edən radikal təşkilatlarla oxşar düşüncədə olduğu təəsüratını yaradır.
Təbliğat müharibəsi adından da göründüyü kimi, müharibə üsuludur və cəmiyyətlərin fikrini formalaşdırmada istifadə olunan təsirli silahdır. Müəyyən məqsədə xidmət edir vəbu səbəbdənhəqiqətlərqəsdən gözardı edilir və ya təhrif edilir. Bu zamandüzgünlük, bərabərlikvə ədalətaxtarılmır, cəmiyyətə təlqin yolu ilə psixoloji təsir edilir. BDS hərəkatı da İsrail siyasətini tənqid etmə görünüşündə yəhudi nifrətini alovlandıran təbliğat hərəkatıdır.
Tarixdə buna bənzər nümunələr çox olmuş, amma yaxın tarixdən son nümunə1930-cu illərdəbaş vermişdir. Nasist antisemitizminin cəmiyyət üzərindəki ilk təzahürü musəvilərə qarşı iqtisadi boykot elan etmək olmuşdu. Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra partiyasıölkə daxilində BDS tipli bir kampaniya başlatmış, musəvi iş yerlərini milli boykota çağırmışdı. Musəvilərin iş yerlərinə "müsəvilərlə alğı-satqı etməyin" yazıları asırdılar. Bu boykotlar daha sonra başqa ölkələrə dəyayıldı. Bu məqsədli iqtisadi boykot Almaniya və Avstriyada nasistlərin minlərlə musəviyə aidmağazaların şüşələrini qırdığı “Kristal gecə” olaraq tarixə keçdi. Bu hadisələr nəticəsində musəvilərə məxsus 7.500 iş yeri talan edildi, 200-ə yaxın sinaqoq yandırıldı, 100-ə yaxın musəvi həyatını itirdi.
1933-1940-cı illər arasında bu ayrı-seçkilik siyasətinin yayılması ilə musəvilərin müəllim, professor, hakim kimi peşələrə yiyələnməsinin qarşısı alındı. Musəvilərin Almaniya torpaqlarında işğalçı olduqları, almanların isə zərərçəkən olduqları barədə təbliğat aparılmağa başlandı. Musəvilərə qarşı aparılan iqtisadi müharibə, təhdid, qorxutma üsulları kütlələr üzərində nifrəti qızışdırdı. Bu ardıcıl nifrət təlqinləri isə tarixin ən qanlı hadisələrindən olan vəhşi qətliamın ideoloji zəminini hazırladı.
Dövrümüzdə isə BDS hərəkatı dünya miqyasında İsrail mallarını boykot etməyə çağırır və bu malları alan şirkətləri dövlətlər səviyyəsində sanksiyalarlamusəvilərin əleyhində siyasət aparmağa məcbur edir. Bu boykot kampaniyalarından gözləri qorxan bir çox iş adamı isə istəmədəndə olsa,ayrı-seçkilik siyasəti aparır. Elə buna görə də BDS Almaniyada antisemitik və nasistlərin davamçısı elan edilib.
Dünya miqyasında bir çox insan, qurum, siyasi və akademik dairələrin qoşulduğu şəbəkə üzərindən İsrail əleyhinə boykot, etiraz və sanksiyalar təşkil edən BDS İsrail dövlətini tanımayan, ikidövlətli həll yolunu qəbul etməyən düşüncə əsasındayaradılıb. Qurucusu Ömər Barqutitaktiki olaraqbunu rədd etsə də, qeyri-rəsmi çıxışlarında bunu açıq şəkildə bildirir. Bu səbəbdən BDS fəallarının həyata keçirdiyi fəaliyyətlər bölgədəki İsrail dövlətini yox etmək məqsədi güdən radikal təşkilatlar tərəfindən istifadə edilir
İsrail vətəndaşı və ya musəvi olmayanlar da bu boykotların hədəfində olurlar. İsrail haqqında müsbət danışan tanınmış şəxslər qara siyahıya alınır, irqçilik ittihamlarına, psixoloji təzyiqlərə məruz qalırlar. Hökumətlər, universitetlər, tələbələr, sənətkarlar, iqtisadiyyat və iş dünyası İsrailə, İsrail firmalarına və onlarla əməkdaşlıq edənlərə qarşı daima qızışdırılır. Tətbiq olunan qorxutma, utandırma taktikaları bəzən siyasətlə əlaqəsi olmayan insanları belə bir anda siyasi partizan olmağa məcbur edir.
Bütün bu üsulların nə Fələstin-İsrail sülhünə, nə fələstinlilərin əmin-amanlıq və rifahına, nə də regionda ən çox ehtiyac duyulan sevgi, sülh və qardaşlıq üçün fayda verməsi mümkün deyil. Əksinə, münaqişəni, düşmənçiliyi qızışdıraraq, gərginliyi artıraraq sülhün cəmiyyətdəki mövqeyini zəiflədir.
Düşünülənlərin əksinə, BDS İslami hərəkat deyil. Tərkibində bir qisim müsəlmanlarla birlikdə ifrat solçular, kommunistlər, irqçilər, neo-nasistlərdən ibarət ifrat sağ, radikal sol, hətta sionizm əleyhdarı musəvilərdən ibarət çox geniş kütlələr var. İsrail əleyhdarı ifrat-sol hökumətlər, musəvi əleyhdarı irqçi, siyasi və ictimai dairələriğtişaşçı kimi istifadə etdikləri BDS-yətəşkilati və maliyyə baxımdandəstək verir. Klassik marksist təbliğat və təxribat metodlarını tətbiq edən BDS müsəlman dairələrin dəstəyini almaq məqsədilə iddialarını bəzən İslam əsaslı kimi də göstərməyə çalışır.
Halbuki musəviləri torpaqlarından çıxarmağa və İsrail düşmənçiliyinə söykənən məntiqin Quranda yeri yoxdur. Onların ifadələrinin tam əksinə, Quran ayələri musəvilərin o bölgədə yaşayacaqlarını, bütün insan hüquqlarına, ibadət azadlıqlarına sahib olduqları zəmanətini verir.
İsrail şirkətlərində çox yaxşı şəraitdə çalışan bir çox fələstinlilər bu tətbiqlərdən zərər görürlər. Musəvilərlə müsəlmanların, israillilərlə fələstinlilərin birlikdə çalışdıqlarıiş yerləri bu boykotlar nəticəsində bağlanır, sülh və qonşuluq dəyərlərini yaşayan iki xalq arasında süni ayrı-seçkilik yaradılır. Bunun ən çox səs salan nümunələrindən biri “Sodastream” firması olmuşdur. Fələstinlilər işlərini və israillilərlə olan əməkdaşlıqlarınıitirmişlər.
BDS-nin güclü qara piar kampaniyaları və boykotları nəticəsində bu şirkət Qərbi İordaniyadakı bölgə xalqına önəmli iş imkanı və sosial təminat verən istehsal obyektlərini İsrailin Negev səhrasınayönləndirdi. Nəticədə kampaniyadan ən çox zərər görənlər işsiz qalan yüzlərlə fələstinli oldu. Lakin Fələstin siyasəti uzun müddətdir ki, əsas məsələdən çox simvolizmə üstünlük verir və BDS hərəkatı da Fələstinin yanlışları üçün İsraili təqsirləndirərək eyni şeyi təşviq edir.
Bir sözlə, BDS fələstinlilərin yaxşılığından çox Qərbi İordaniyada çalışan 36.000 fələstinlinin zərər görəcəyi bir ideologiyanı mənimsəyib. Bəzi siyasətçilərdən və həqiqətlərdən xəbərsiz, təsir altında qalmış dairələrdən əlavə, Fələstinin yerli xalqı da bu hərəkatı dəstəkləmir. Amma etirazları kütləvi siyasətin içində itib-batır.
İsrailə gedən və yaməsələyə vicdanla yanaşan hər kəs İsrailin həm ərəblərə, həm də müsəlmanlara bölgədəki ərəb-islam regionundakı azadlıqlardan daha çoxunu tanıdığını qəbul edəcək.
İsrailli ərəblər millət vəkilliyindən Ali Məhkəmə üzvlüyünə qədər hər cür rəsmi qurumda işləyə bilir, müsəlman qadınlar istədikləri kimi təhsil, geyim azadlığına malik bərabər hüquqlarla cəmiyyətdə özlərinə yer tuta bilirlər.
Qəzzanın mühasirəsi, İsrailin Qərbi İordaniyadakı hərbi gücünün olması, təhlükəsizlik divarı kimi tədbirlər isəİsrailin mülki vətəndaşlarını hədəfə alan intihar hücumları, həmçinin raket hücumlarına qarşı görülən məcburi tədbirlərdir. Bu məsələlər də Fələstinin sülhyönümlü və antiterror siyasət aparması ilə asanlıqla həll olunacaqdır. İsrail rəhbərliyi də terror təhdidi qarşısında məcburi alınan bu tədbirlərdən məmnun deyil. Lazımi sülh və təhlükəsizlik şəraiti təmin edildiyi təqdirdə bunlara son qoyulacağı hər fürsətdə bildirilir.
Nəticə etibarilə, BDS təcavüzkar üslubu və təbliğatları ilə nəinki münaqişələrin qarşısını alır, hətta daha da artmasına səbəb olur.Halbuki səmimi şəkildə Fələstin xalqının yaxşılığını istəyən bir qurum İsrail və musəvi düşmənçiliyinə imkan verməz. İsrail dövlətini yox, bu tədbirləri məcburi edən terror aktlarını, roket hücumlarını və bombardmanları qınayar. Sonra da bütün bu təhlükələri təsirsiz edəcək həll yolları irəli sürər, nifrət üslubunu tərk edib sevgi üslubunu mənimsəyər.Hər iki cəmiyyətin də birlikdə sülh və qardaşlıq ruhu içində yaşayacağı, xoşbəxtlik, əmin-amanlıq, təhlükəsizlik və rifah dolu mühiti qarşısına məqsəd qoyar.
Adnan Oktarın “The Jerusalem Post”da yayımlanan məqaləsi:
http://www.jpost.com/Opinion/Why-the-BDS-mentality-cannot-provide-a-solution-for-peace-503465