1. SOSİAL ƏDALƏT: Uca Allah sosial ədaləti və paylaşmağı əmr edir
Əsl demokratiyalarda sosial ədalət demokratiyanın əsas prinsiplərindən biridir. İnsanlar sosial ədaləti hz. İbrahim (əs) və hz. Nuhdan (əs) öyrəniblər. Dini mənbələrə görə, tufandan sonra gəmi sahilə çıxdıqda hz. Nuh (əs) çox az olan noxud, mərcimək, əncir, üzüm, yarma kimi ərzaqların hamısını qarışdırıb bişirmiş və hədik hazırlamışdır. Sonra gəmidə olan hər kəslə birlikdə hazırladığı yeməyi yemişdir. Bu sosial ədalətdir. Çünki hər kəsə bərabərlik və yardımlaşmanı öyrədir, insanlara yemək paylamağın önəmini xatırladır.
“Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə gətirib: “Salam!” – dedilər. (İbrahim də: ) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.” (Hud surəsi, 69) ayəsində xəbər verildiyi kimi hz. İbrahim (əs) də qonaqları gəldiyi zaman dərhal bir buzov kəsib bişirmiş və onları yeməyə dəvət etmişdir. Hz. İbrahimin (əs) heç tanımadığı insanları yeməyə dəvət etməsi ilə uca Allah yeməyə dəvət etməyin gözəl davranış olduğunu, həmçinin mümkün olduqca yoxsullara da yemək verməyin önəmini hikmətli nümunə ilə bildirmiş və sosial ədalətə diqqət çəkmişdir.
2- BƏRABƏRLİK: Uca Allah irqlərin bir-birindən üstün olmadığını Quranda bildirmişdir
Uca Allah bir Quran ayəsində xəbər verdiyi kimi «üstünlüyün təqvaya görə olacağını» bildirmişdir. Ayədə bu şəkildə bildirilir.
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)
Uca Allahın əmr etdiyi bu gerçəyi Peyğəmbərimiz (səv) isə hədislərində bu şəkildə buyurmuşdur:
“Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar mütləq və mütləq irqləri ilə öyünməkdən əl çəkməlidirlər.” (Sünen-i Ebu Davud, 4/331)
“Sizin nəsliniz heç kimdən üstün və qürurlanmağa səbəb olacaq bir şey deyil. (Ey insanlar)! Hamınız Adəmin övladlarısınız. Hamınız bir ölçək içindəki bir-birinə bərabər buğda dənələri kimisiniz... Halbuki heç kimin heç kimə din və təqva müstəsna olmaqla üstünlüyü yoxdur. İnsana pis olması üçün başqalarını aşağı görməsi, xəsis, pis xasiyyətli, hədd və hüdudu aşması kifayətdir». (Müsned-i Ahmed b. Hanbel, 4/158, İbnu Kesir, 4/128)
Peyğəmbərimiz (səv) Vəda Xütbəsində müsəlmanlara bu şəkildə səslənmişdir:
«Soylarla öyünülmür. Ərəblər ərəb olduqları üçün əcəmlərdən, əcəmlər də əcəm olduqları üçün ərəblərdən üstün sayılmırlar. Çünki Allah Qatında ən uca olan, Ona qarşı gəlməkdən ən çox çəkinəndir.(ən təqvalı) »
(www.enfal.de/veda.htm)
3- ƏDALƏT: Uca Allah ədaləti əmr edir
Allah Quranda möminlərə “...ədalətdən möhkəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin...” (Nisa surəsi, 135) deyə buyurmuşdur.
Peyğəmbərimiz hz. Muhəmmədin (səv) həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və qövmlərdən olan insanlara qarşı ədalətli və şəfqətli münasibəti, həm də Allahın ayəsində bildirdiyi kimi, zəngin və ya yoxsul olmasından asılı olmayaraq hər kəsə bərabər davranması demokratiya anlayışına gözəl nümunədir.
Allah bir ayəsində Rəsuluna bu şəkildə buyurur:
“Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!” (Maidə surəsi, 42)
Peyğəmbərimiz (səv) bu ayənin hökmünə tabe olaraq sərt bir qövmün içində belə Allahın əmrini yerinə yetirmiş və heç vaxt ədalətdən güzəştə getməmişdir. Daima ayədə bildirildiyi kimi, «Rəbbim ədalətlə davranmağı əmr etdi…» (Əraf surəsi, 29) deyə bildirərək hər dövrdə bütün insanlara nümunə olmuşdur.
Demokratiya Allahın əmr etdiyi əxlaq anlayışının yaşanması ilə mümkün olar
Göründüyü kimi İslamın özündə düşüncə, inanc və ifadə azadlığı var. Bəzi insanlar demokratiyanın insanlıq tarixinə Qədim Yunanıstanla birlikdə gəldiyini düşünürlər. Halbuki insanlara demokratiyanı öyrədən Allahdır. Hz. Adəmdən (əs) etibarən bütün peyğəmbərlər müstəqilliyin, azad düşüncənin, fikirlərə hörmətin həqiqi təmsilçiləridir.
Demokratiya deyildikdə insanların ağlına gələn müstəqillik, ədalət, heç kimə təzyiq edilməməsi, insanlara hörmət edilməsi, etibar edilməsi, insanların fikirlərinə görə mühakimə edilməməsi kimi bütün anlayışların özü din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyunca Allahın endirdiyi Haqq dinlər vasitəsilə öyrənmiş və ən gözəl nümunələrinə də Haqq dinlərin yaşandığı dövrlərdə şahid olmuşlar.
İnsanlara düşüncələrinə görə zülm edildiyi, fərqli ideologiyalara sahib olanların əzildiyi, fərqli din mənsublarının alçaldıldığı, sənətin, elmin, memarlığın öldüyü, insanların yaşama sevinclərini itirib sanki robata çevrildikləri, kitab yandırmaların, cinayətlərin, qətliamların, soyqırımların baş verdiyi dövrlərə baxdığımızda isə ya dinsiz, ateist ideologiyaların ya da din əxlaqını özündən qopararaq radikal düşüncə tərzi ilə yanlış şəkildə şərh edənlərin təsirini görərik.
Uca Allahın Haqq dini Allahın əmr etdiyi şəkildə yaşandığı zaman insanların həsrətində olduqları əsl ədalət, demokratiya, hörmət və sevgi olar. Allahın izni ilə çox yaxın dövrdə demokratiya, qardaşlıq, sevgi, dostluq, sülh tarixdə bənzəri görünməmiş şəkildə bütün dünyaya hakim olacaq. İnsanlar imanın sevincini, bərəkətini yaşayacaqlar. Ayələrin işarətlərindən, Peyğəmbərimizin (səv) hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq şəkildə göründüyü kimi, içində olduğumuz dövr axırzamandır. Axırzamanın çətin və sıxıntılı günləri hz. İsa (əs) və hz. Mehdinin (əs) vasitəsi ilə bu əsrdə sona çatacaq, dünya yeni aydınlıq dövrə qədəm qoyacaq. Allahın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə anlatmaq və insanlara Qurandakı və Əsri-Səadət dövründəki İslamı tanıtmaq isə yaxın gələcəkdə qovuşacağımız aydınlıq günlər üçün çox önəmli zəmin hazırlayır.
Ümidimiz Allahın bu yazını da həmin gözəlliklərə vəsilə etməsi və «insanların Allahın dininə dəstə-dəstə girdiklərini» gördüyümüz günlərin bir an öncə gəlməsidir. Allahın bu müjdəsi Quranda bu şəkildə xəbər verilir:
“Allahın köməyi və zəfər gəldiyi zaman və insanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr surəsi, 1-3)
Adnan Oktarın «Jefferson Corner»da dərc olunan məqaləsi:
http://edebiyyat-az.com/?p=15010
http://koseyazilarimiz.com/index.php?newsid=236