Elm adamları bu günə qədər hazırlanmış ən əhatəli iki qalaktika xəritəsini hazırlayarkən Böyük Partlayış (Big Bang) nəzəriyyəsinə ciddi dəstək təmin edən tapıntılar əldə etdilər. Aparılan tədqiqatların nəticələri Amerika Astronomiya Dərnəyinin qış konfransında açıqlandı.
Qalaktikaların geniş ölçüdə yerləşmə şəkli astrofiziklər tərəfindən kainatın ilk mərhələlərindən dövrümüzə qədər gəlib çatan ən əhəmiyyətli qalıqlardan biri olaraq qiymətləndirilir. Buna görə qalaktikaların yerləşməsi və mövqeləri haqqındakı məlumatları “kainatın keçmişinə açılan bir pəncərə” olaraq adlandırmaq mümkündür.
İngilis, Avstraliyalı və Amerikalı elm adamlarından ibarət iki ayrı tədqiqatçı qrupu illər çəkən araşdırmalarında bütövlükdə təxminən 266.000 qalaktikanı 3 ölçülü olaraq təsvir edib xəritəyə aldılar. Qalaktikaların yerləşməsi haqqında yığdıqları məlumatları kainatın hər yerində yayılan Kosmik fon radiasiyası məlumatları ilə müqayisə edən elm adamları qalaktikaların mənşəyinə dair əhəmiyyətli tapıntılar əldə etdilər. Şərh edən tədqiqatçılar qalaktikaların Böyük Partlayışdan 350.000 il sonra yaranan maddənin nisbi olaraq yığıldığı bölgələrdə meydana gəldiyini və cazibə qüvvəsinin təsiriylə formalaşdığı nəticəsinə gəldilər.
|
Sözü gedən tapıntılar Big Bang nəzəriyyəsini daha da möhkəmləndirdi. Big Bang nəzəriyyəsi kainatın sıfır həcmdə və sonsuz sıxlıqdakı bir nöqtənin dövrümüzdən 14 milyard il əvvəl partlamasıyla başladığını müdafiə edir. İllər ərzində edilən astronomik müşahidələrin meydana gətirdiyi testlər qarşısında davamlı olaraq təsdiqlənmiş olan nəzəriyyə son dərəcə möhkəm bir zəmində, rəqibsiz olaraq durur.
İndiki vaxtda astrofiziklərin böyük əksəriyyəti tərəfindən qəbul edilən Big Bang Allahın kainatı yoxdan var etdiyi həqiqətinin elmi təsdiqini ortaya qoyur.
Avstraliyanın New South Wales əyalətindəki İngiltərə-Avstraliya Ortaq Müşahidə Evində on ildir davam etdirilən tədqiqatda təxminən 221.000 qalaktikanın kosmosdakı mövqeyi üç ölçülü xəritəçəkmə üsulu ilə təyin olundu. Müşahidə evinin 3.9 metr diametrindəki teleskopu istifadə edilərək xəritəçəkmə işi əvvəlkilərdən ən az on dəfə daha əhatəlidir.1 Müşahidə evinin rəhbəri Dr. Matthew Colless başçılığındakı bir qrup elm adamı əvvəl qalaktikaların bir-birlərinə görə mövqelərini, aralarındakı məsafələri təyin etdilər, sonra da qalaktikaların yerləşmə formalarını modelləşdirib bu modellərdəki kiçik fərqlənmələri ətraflı şəkildə araşdırdılar. Elm adamları işlərini nümayiş etdirmək üçün “Monthly Notices of the Royal Astronomical Society” jurnalına təqdim etdilər.
ABŞ-ın New Mexico əyalətindəki Apache Point müşahidə evində davam etdirilən buna oxşar bir işdə isə-kosmosun başqa bir bölgəsindəki-təxminən 46.000 qalaktikanın mövqeləri eyni şəkildə üç ölçülü olaraq xəritəyə köçürüldü və yerləşmələri araşdırıldı. 2,5 metr diametrindəki Sloan teleskopunun istifadə olunduğu tədqiqatın rəhbərliyini Arizona Universitetindən Daniel Eisenstein icra etdi. Bu araşdırma isə “Astrophysical Journal” jurnalında nəşr olunacaq.2
Hər iki qrup da əldə etdikləri nəticələri ABŞ-ın Kaliforniya ştatının San Diyeqo şəhərində təşkil edilən Amerikan Astronomiya Dərnəyi qış konfransında, 11 yanvar 2005-ci ildə açıqladılar.
Əhəmiyyətli bir təsdiqləmə
|
Uzun və ciddi səylər nəticəsində əldə edilən məlumatlar astronomiya sahəsində qalaktikaların mənşəyinə dair illərdir verilmiş proqnozları təsdiqlədi. Nəzəriyyəçilər 1960-cı illərdə qalaktikaların Böyük Partlayışdan qısa bir müddət sonra, maddənin bir az daha intensiv olaraq yığıldığı bölgələrdə meydana gələ biləcəyini təxmin etmişdilər. Bu təxmin doğrudursa, qalaktikaların toxumları Böyük Partlayışdan geriyə qalan və Kosmik Fon Radiasiyası olaraq adlandırılan radiasiya qalığında-istilik dəyərləri olduqca naməlum şəkildə fərqliləşən dalğalanmalar halında-müşahidə edilə biləcəkdi.
Kosmik Fon Radiasiyası Böyük Partlayışdan ancaq 350.000 il sonra yayılmağa başlayan istilik radiasiyasıdır. Kainatın hər yerində yayılan bu radiasiya 350.000 yaşındakı kainat üçün bir fotogörüntü meydana gətirir və o dövrə aid bir fosil (qalıq) kimi indiki vaxtda müşahidə edilir. İlk olaraq 1965-ci ildə kəşf edilən bu radiasiya daha sonra edilən müxtəlif təcrübə və müşahidələrlə Böyük Partlayışın qəti dəlili olaraq tanınmış, ətraflı şəkildə üzərində işlənmişdir. 1992-ci ildə COBE (Cosmic Background Explorer-Kosmik Fon Kəşfiyyatçısı) peyki vastəsilə əldə olunan məlumatlar 1960-cı illərdə edilən təxminləri haqlı çıxarmış, Kosmik Fon Plan radiasiyasında kiçik dalğalanmalar olduğunu ortaya qoymuşdu.3
O dövrdə bəhsi keçən dalğalanmalarla qalaktikanın meydana gəlməsi arasında qismən əlaqə qurulsa da bu əlaqə hər hansı bir göstəricidən məhrum qalmışdı.
Ancaq son işlərdə bu əhəmiyyətli əlaqə qurula bildi. Colless və Eisensteinin qrupları qalaktikalar arasındakı məsafələrdəki dalğalanmalarla, Kosmik Fon Radiasiyasında görülən dalğalanmalar arasında uyğunlaşma olduğunu müəyyən etdilər. Beləcə, qalaktikaların maddənin Böyük Partlayışdan 350.000 il sonra ortaya çıxıb bir az intensiv olaraq yığıldığı bölgələrdə toxumlandığı təyin oldu.
Dr. Eisenstein mövzuyla əlaqədar mətbuat konfransında, "qalaktikaların kainatdakı yerləşmə forması, bu yerləşməni ortaya çıxaran şok dalğalarıyla birbaşa əlaqəlidir" -deyir. Tədqiqatçılar cazibə qüvvəsinin dalğalara təsir edib qalaktikaları formalaşdırdığını düşünür. Eisenstein bu mövzuda bu şərhi etdi:
"Bu tapıntıları cazibə qüvvəsinin Kosmik Fon Radiasiyasının başlanğıc toxumlarının, ətrafımızda gördüyümüz qalaktikaların meydana gəlməsində əhəmiyyətli rol oynadığının bir dəlili olaraq qəbul edirik".4
Digər tədqiqat qrupundan Russell Cannon da, AAP xəbər agentliyinə verdiyi açıqlamada, tapıntıların son dərəcə böyük bir əhəmiyyət təşkil etdiyini qeyd etdi və işin əhəmiyyətini bu sözlərlə yekunlaşdırdı:
"Etdiyimiz şey qalaktikaların müşahidə etdiyimiz yerləşmə şəkillərinin Big Bangin qalıqlarında görülən digər yerləşmə şəkilləriylə tamamilə bir-birinə uyduğunu göstərməkdir".5
Aparılan tədqiqatlarda kainatı meydana gətirən maddə və enerjinin nisbətləri ilə kainatın həndəsi forması haqqında da tapıntılar əldə edildi. Buna görə kainatın 4%-i normal maddə, 25%-i qara maddə (varlığı hesablanan ancaq müşahidə edilə bilməyən maddə) və qalan qisminin də qara enerjidən (kainatın gözləniləndən daha sürətli genişlənməsinə gətirib çıxaran sirli enerji) meydana gəlir. Kainatın həndəsi forması isə düzdür.
Böyük partlayışa (Big Bangə) dəstək
|
Sözü gedən işlərdə əldə edilən tapıntılar Big Bang nəzəriyyəsini daha da gücləndirdi. Dr. Cannon bu dəstəyi bu sözlərlə vurğuladı:
"Tədqiqat kainatın mənşəyi mövzusunda Big Bang nəzəriyyəsinə ciddi dəstək təmin etdi. Uzun zamandır kainatı açıqlamaqda ən yaxşı nəzəriyyənin Big Bang olduğunu; kainatın son dərəcə kiçik bir nöqtədən nəhəng bir partlayışla başladığını və partlayışdan bu yana davamlı olaraq genişləndiyini bilirdik. Hal-hazırda çox daha inamla söyləyə bilərik ki, bu son dərəcə əsas olan fikir doğrudur və buna görə hər şey asanlıqla öz yerinə oturur ".6
Kembric Universitetində işləyən məşhur İngilis astronomu Sir Martin Rees aparılan işlər haqqında etdiyi şərhdə qrupların fərqli texnikalar və fərqli müşahidələrə əsaslanmalarına baxmayaraq, eyni nəticələrə gəlmiş olduğuna diqqət çəkdi və bunu nəticələrin sağlamlığının bir göstəricisi olaraq qarşıladığını ifadə etdi. 7, 8
İnternetin əhəmiyyətli fiziki elmlər portallarından Physicsweb.org isə aparılan işlərin “Big Bang+Genişləmə” şəklində yekunlaşdırılan standart kosmik model üçün yeni dəlillər meydana gətirdiyi şərhini etdi.9
Elm adamları kainatın bir başlanğıcı olduğunu (Big Bang) və genişləndiyini (Inflation) müasir elmin imkanları sayəsində kosmosdakı radiasiyadan və göy cisimlərindən oxuyaraq öyrənmişlər. Halbuki bu təməl məlumatlar insanlıq üçün heç də yeni deyil. Elm adamlarının kosmosun dərinliklərində XX əsrdə oxuya bildiyi iki həqiqəti; insanlar Qurandan on dörd əsrdən bəri oxuyurlar.
Quranda standart kosmik modelə dair iki əsas bilik də xəbər verilmişdir.
Allah Quranda və endirildikdən sonra təhrif edilmiş olan Tövrat və İncildə kainatın və bütün maddənin yoxdan yaradıldığını xəbər vermişdir. Bunlar içərisində təhrifə uğramamış yeganə kitab olan Quranda möcüzəvi bir sirr də verərək kainatın genişləndiyini də bildirmişdir.
Kainatın "yox" ikən "var" hala gəldiyi Quranda belə xəbər verilir:
Müasir elmin ən əhəmiyyətli tədqiqat obyektlərindən birini təşkil edən genişləmə isə bu ayədə bildirilmişdir:
Göründüyü kimi standart kosmik modelin iki elementi, yəni Big Bang və Genişləmə, astronomik müşahidə imkanlarının son dərəcə geridə qalmış bir dövrdə Quranda xəbər verilmişlər. Bu vəziyyət Quranı heç şübhəsiz Allahın endirmiş olduğunun açıq bir dəlilidir. Müasir elmin tapıntıları Quranda xəbər verilənlərlə tam bir uyğunluq içindədir və aparılan bu son işlər də bir daha bu uyğunluğa diqqət çəkir.
1-“Galaxy patterns reveal missing link to Big Bang”, 12 Ocak 2005, 2-degree Field Galaxy Redshift Survey, http://info.anu.edu.au/mac/Media/Media_Releases/_2005/_January/_120105redshift.asp
2- "Detection of the Baryon Acoustic Peak in the Large-Scale Correlation Function of SDSS Luminous Red Galaxies", submitted to Astrophysical Journal on December 31st, 2004. Bkz. Sloan Digital Sky Survey, “THE COSMIC YARDSTICK--Sloan Digital Sky Survey astronomers measure role of dark matter, dark energy and gravity in the distribution of galaxies”, 11 Ocak 2005, http://www.sdss.org/news/releases/20050111.yardstick.html
3- “Galaxy patterns reveal missing link to Big Bang”, 12 Ocak 2005.
4- Deborah Zabarenko, “'Cosmological ruler' helps measure the universe”, 11 Ocak 2005, www.reuters.com
5- “Scientists Score Galaxy Breakthrough”, AAP, 13 Ocak 2005, http://www.macnewsworld.com/story/Scientists-Score-Galaxy-Breakthrough-39646.html
6- “Scientists Score Galaxy Breakthrough”, AAP.
7- Maggie McGee, “Big bang sound waves explain galaxy clustering”, NewScientist.com Haber Servisi, 12 Ocak 2005
8- Mark Peplow, “Echoes of Big Bang found in galaxies”, News@ Nature.com, 12 Ocak 2005.
9- “Galaxy surveys put cosmology on sound footing”, 12 Ocak 2005, http://physicsweb.org/articles/news/9/1/7/1