Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 may 2012, 23:00)
Adnan Oktar: "And olsun, Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha aşağı mövqedədirlər. Qafil olanlar da məhz onlardır", (Əraf surəsi, 179). Allah: “Səni görmürlər, lakin görürmüş kimi görünürlər” deyir. “Eşitməzlər lakin eşidən kimi olarlar” deyir. Allah: “Buna aldanmayın” deyir. “Görmələrinə və eşitmələrinə aldanmayın, onlar normal canlı deyillər” deyir. Allah nümunə üçün: “Onlar heyvanlar kimidirlər” deyir. Lakin anlaya bilməyəcəyimiz üçün, heyvanlar kimi də deyil, onlardan daha aşağı mövqedərdirlər deyir. Yəni Allah: “Onlar qəribə bir məxluqdur” deyir. “Belə yaratdım onları, cəhənnəm üçün yaratdım” deyir. Məsələn, burada lazımi bir sirr var. Yoxsa biz, ölümümüz də çox rahat olar. Yəni elə dəhşət filan yaşayaraq deyil. Mömin çox gözəldir ölərkən. Təbii ki, can çəkişər, bu imtahandır. Təbii ki, davul və zurna ilə ölməz. İmtahan verməlidir. Lakin canı alındıqda çox rahatdır. Çox gözəl, rahat alınar.