Peyğəmbərimizin (səv) müsəlmanların xeyirləri üçün aldığı sədəqələr onların təmizlənməsinə səbəb olmuşdur
ucgen

Peyğəmbərimizin (səv) müsəlmanların xeyirləri üçün aldığı sədəqələr onların təmizlənməsinə səbəb olmuşdur

688

 

Allah Tövbə surəsinin 103-cü ayəsinin əvvəlində "Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan" şəklində buyurur. Yəni Allah çox sevimli qulu olan Peyğəmbərimizin (səv) müsəlmanların xeyiri üçün aldığı sədəqələri vəsilə edərək möminləri təmizləyib paklaşdıracağını bildirir. Peyğəmbərimiz (səv) Allahın elçisidir və hər sözündə və hər rəftarında Rəbbimizin əmrlərinə itaət etmiş və göstərdiyi yolla getmişdir. Peyğəmbərimizin (səv) gözəl əxlaqının və üstün rəftarının qaynağı onun şirk qoşmadan, başqa bir yol göstərici olmadan hər zaman Allaha yönəlməsidir. Allahın ona əmr etdiyi hər əmri yerinə yetirdiyi üçün bütün aləmlərə nümunə, bənzərsiz gözəllikdə bir əxlaq və rəftar qazanmışdır.

Bu həqiqət  bütün müsəlmanlar üçün yol göstərici olmalıdır və inananlar yalnız Allahın vəhyi olan Qurana uyğun olaraq və Peyğəmbərimizin (səv) verdiyi gözəl əxlaqı yaşayaraq, bütün aləmlərə nümunə bir rəftar və əxlaq göstərməlidirlər.

 

“Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.” (Kəhf surəsi, 7)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr