Adnan Oktarın 25 dekabr 2010 Kahramanmaraş Aksu Tv və Qaziantep Olay Tv-dəki söhbətindən
Ənam surəsi 48, "Biz elçiləri" Mehdiləri "müjdə vericilər və xəbərdar edib qorxudanlar olmaqdan başqa bir səbəblə göndərmirik" Gələn Mehdilər, elçilər nə edirmiş? "Xəbərdar edib qorxudanlar və müjdə vericilər", həm xəbərdar edir, həm cəhənnəmlə təhdid edir, Allahın əzabı ilə təhdid edir və müjdə verir, İslam Birliyi ilə hz. İsa Məsih (ə.s)-ın enişiylə, xoşbəxtlik və sevinclə, bərəkət və bolluqla, zənginliklə, hamısından əhəmiyyətlisi Allahın razılığı ilə, inşaAllah. "Bu halda kim iman etsə və davranışlarını düzəltsə, artıq onlar üçün qorxu yoxdur. Onlar kədərli də olmayacaqlar" Burada gizli bir sirr var. Quranın gizli bir sirridir. Yaxşı düşünülsə, bir möcüzə ilə qarşı-qarşıya olduğumuzu anlayarsınız. "Bu halda kim iman etsə və davranışlarını düzəltsə", yaxşı, səmimi, xalis bir müsəlman olsa, həqiqi bir müsəlman olsa, "artıq onlar üçün qorxu yoxdur. Onlar kədərli də olmayacaqlar" deyir Allah. Dünya hakimi olurlar. Kədərli olmaq deyil, əksinə bayram sevinci içində olurlar. Deməli, həqiqi müsəlmanlar meydana gəldiyində mütləq sevinc olur. Deməli, problem iman zəifliyindədir, Allaha imanda zəiflik göstərməkdədir.