İnsanların birbirlərinə necə zülm etdiklərini görən, hər gün ətrafında əxlaqsızlığın, mərhəmətsizliyin, imansızlığın əlamətlərinin fərqinə varan və buna görə narahat olaraq əmin-amanlıq, sevgi və hüzur dolu bir cəmiyyət istəyən bir insanın olub-keçənlərə etinasız davranması böyük bir xəta olar. Hər insan, az və ya çox, gücünün çatdığının artıqlaması ilə pisliklərin tək həlli olan Quran əxlaqının yaşanmasına və yaşadılmasına kömək etməli, yaxşılıq və gözəllik yolunda cəhd etməlidir.
Bu gün müsəlmanların insanların razılığını ummadan, “kim nə deyər?” deyərək düşünmədən Quran əxlaqını insanlara izah etmələri, Peyğəmbərimizin (səv) sünnətinə uyaraq “qınayanın qınamasından qorxmamaları” lazımdır. Bu, Allah’ın razı olacağı və cənnəti ilə müjdələdiyi bir əxlaq və təqva əlamətidir. Peyğəmbərimiz müsəlmanlara sünnətinə uymalarını belə bildirmişdir:
Ancaq şeytan yaxşılıq yönündə davranmağa niyyət edən hər insana mütləq mane olacaq və onları bu qərarlarından döndərməyə çalışacaq. Şeytanın xeyir üçün cəhd edən insanlara verdiyi vəsvəsələrdən biri də “mənim etdiyimdən nə çıxar?” məntiqidir. İnsan bütün dünyaya yayılmış pisliyi, zülmü, müharibələri, qırğınları düşünəndə özünü çox zəif və heç nəyə gücü çatmayan biri kimi görə bilər. Əslində isə tamamilə başqa cürdür. Hər şeydən əvvəl dünyaya əmin-amanlığı, hüzuru, sevgini, mərhəməti, anlayışı, humanistliyi, dostluğu və anlayışı heç bir insan hakim edə bilməz. Bunu nə bir insan, nə bir cəmiyyət, nə də başqa hər hansı bir güc təmin edə bilməz. Bunu hər şeyə gücü çatan, sonsuz qüdrət sahibi, hər kəsin qəlbindən, düşündüklərindən, söylədiklərindən xəbərdar olan Rəbbimiz həyata keçirə bilər.
Hər insanın gözəl əxlaqlı və vicdanlı bir insan olduğu müddət boyunca yaxşılıq və xeyir üçün edə biləcəyi çox gözəl şeylər vardır. Məsələn, çox ağır bir yük qaldıracağı zaman ətrafdakı on beş nəfərdən sadəcə dördü yükün altına girsələr və digərləri “biz onsuz da zəif, çəlimsiz adamlarıq, bizim köməyimizdən nə olar” deyə kənarda dursalar, bunun uyğun qərar olmayacağı aydındır. Ancaq on beş nəfərin on beşi də yükün altına girsə və hər biri gücü çatdığı qədər yükü qaldırsa, o dörd nəfərin çiynindəki ağırlıq da çox yüngülləşəcək. Kimin nəyi nə qədər etdiyi deyil, gücünü nə qədər istifadə etməsi vacibdir.
Allah Quran’da heç kimsəyə gücünün çatmayacağı bir yük yükləməyəcəyini bildirərək, onsuz da hər yaxşı insan üçün bir asanlıq vermişdir:
Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-birilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər. Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik.) Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz. (Müminun surəsi, 61-62)