Adnan Oktarın 12 yanvar 2011-ci il Kaçkar Tv-dəki söhbətindən
Adnan Oktar: Hay maşaAllah. Bismillah. Şeytandan Allaha sığınıram. İsra surəsi. “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. Şeytandan Allaha sığınıram. Çox əhəmiyyətlidir bax, “Quranda möminlər üçün şəfa”, yəni ruhən və fiziki cəhətdən şəfa, xəstəliklərə həll yoludur, müalicəvidir deyir, Quran. Dünyadakı bütün xəstəliklərin, bəlaların, dərdlərin mənşəyinə baxsaq ya stressdir, ya gərginlikdir, ya qorxudur, ya tədbirsizlikdir, Quran bunların hamısına həll yoludur deyir, Allah, inşaAllah. “Və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır”. “De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir qüvvət ver”. Bu qüvvət Quranda sultan olaraq keçir, sultan. “Və sultanla məni dəstəklə” -deyir, inşaAllah. Bunu daha əvvəl söyləmişdik. O mənəvi dərinliyə girərkən, mənəvi cəzbə halına girərkən birinin kömək etməsi əhəmiyyətlidir. Bir adamın kömək etməsi əhəmiyyətlidir. Tək başına girsə çətinlik çəkər. Onun üçün mütləq bir köməkçisi olmalıdır, inşaAllah. “Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar”. Məsələn, biz Mehdi (ə.s)-dan bəhs etməsək, İslam Birliyindən bəhs etməsək, Türk-İslam Birliyindən bəhs etməsək, darvinizmi, materializmi, əhəmiyyətsiz görsək. Əgər biz “Darvinizm mi var? Materializm mi var? Hanı? Onsuz da rahatıq elə bir şey yoxdur” -desək. Nə olar onda? Bax, ayədə deyir Allah; “Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar”. Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə də; “Mehdi (ə.s) gəlmədi, gəlməsin, istəmirik” -deyəcəyik haşa. “İsa Məsih (ə.s) da gəlməsin” deyəcəyik haşa. Onda nə olacaq? Adam; “Əziz qardaşım” deyə sənə gəlib, sarılıb, məhəbbət quracaq. Biz belə bir dostluq istəmirik, inşaAllah.