Fetava-i Hadisiyye, Əbul-Abbas Şehabeddin Əhməd İbn Həcər əl-Heytemi-41 - ƏRƏBCƏ MƏTN
Ərəbcə oxunuşu: Raculun rebatun əsmərun, min beni temiym, məczum, kevsəc, yukalu ləhu şuayb bin saleh ofuaı
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədisi şərifdə hz.Mehdi (ə.s) haqqında çox təfərrüatlı məlumat vermişdir. Peyğəmbərimiz (s.ə.v) bu hədisi şərifində hz.Mehdi (ə.s)-ı açıq və aydın bir şəkildə təsvir etmiş, bəzi fiziki xüsusiyyətləri və tabeliyi altında olan kiçik qrupu haqqında bəzi əhəmiyyətli təfərrüatlar vermişdir.
Peyğəmbərimiz (s.ə.v)-in hz.Mehdi (ə.s) ilə əlaqədar verdiyi təfərrüatlardan biri hz.Mehdi (ə.s)-ın saqqalı ilə əlaqədardır. Bir çox hədisdə hz.Mehdi (ə.s)-ın saqqallı olacağını xəbər verən Peyğəmbərimiz (s.ə.v) bu hədisində də bu saqqalın şəkliylə əlaqədar təfərrüatlar bildirmişdir. Hədisdəki "məczum" yəni "cəzm edilmiş, yanlarına nisbətən aşağı hissə daha uzun amma düzəldilmiş saqqal şəkilnə sahib" ifadəsiylə hz.Mehdi (ə.s)-ın saqqalının formasını, şəklini bildirmişdir. Bundan başqa saqqalının həm yanlardan incə olaraq enən, həm də incə tüklü bir quruluşa sahib olduğunu bildirmişdir. Eyni zamanda hədisdəki kəvsəc ifadəsiylə hz.Mehdi (ə.s)-ın saqqalının sərt saqqal şəklində deyil, eyni Peyğəmbərimiz (s.ə.v)-də olduğu kimi incə tüklü saqqal şəklində olduğu da aydın olur.
Peyğəmbərimiz (s.ə.v) hz.Mehdi (ə.s)-ın orta boylu və əsmər, yəni digər hədislərdə də bildirildiyi kimi qırmızıya oxşar ağ bir dəri rənginə sahib olduğunu bildirmişdir.
Burada Peyğəmbərimiz (s.ə.v)-in hz.Mehdi (ə.s) ilə əlaqədar olaraq verdiyi başqa bir əhəmiyyətli təfərrüat da, başqa bir çox hədisdə də bildirilən və hz.Mehdi (ə.s)-a tabe olan kəslərin sayının çox az olması ilə əlaqədar məlumatdır.
Peyğəmbərimiz (s.ə.v) bunu bir çox hədisində ifadə etmişdir. Bu səbəblədir ki, hz.Mehdi (ə.s) yanında, mənəvi ordusuna sonradan qatılıb ədədlərini minlərlə adama çatdıracaq bir ordu yaxud birlik olmayacaq. Hz.Mehdi (ə.s)-ın, birlikdə onu inkar edənlərə qarşı fikri mübarizə edəcəyi ordusu həmişə çox az sayda qalacaq.
Bu hədisdə də Peyğəmbərimiz (s.ə.v) hz.Mehdi (ə.s)-a Şuayb İbn Saleh deyə xitab edir. Hədisi şərh edən böyük İslam alimi Heytəmi həzrətləri, hz.Mehdi (ə.s) üçün işlədilən Şuayb sözünün şöbəcik mənasında istifadə edildiyini ifadə etmiş, bu ifadə ilə hz.Mehdi (ə.s)-ın çox saydakı inkarçılara qarşı fikri mübarizə edəcək olan yoldaş qrupunun sayının son dərəcə az olduğunun ifadə edildiyini söyləmişdir. Yenə İbn Saleh ifadəsiylə də, hz.Mehdi (ə.s)-ın atasının da saleh bir insan olduğuna diqqət çəkildiyini açıqlamışdır.