(Münafiqlər) Allaha and içirlər ki, (o inkar sözünü) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, İslamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var! (Tövbə surəsi, 74)
Müvəffəq ola bilmədikləri bir iş bilirsənmi nədir? Münafiqin gözü böyük bir yerdə olar. Məsələn, böyük bir alim olmaq, öz ağlına görə peyğəmbər olmaq, hz. Mehdi (ə.s) olmaq istəyir. Elə bir şey yox əslində. Bəzi saf tiplər vardır, ağlı zəifdir. Böyük alim olmaq istəyir, peyğəmbər olduğunu, hz. Mehdi (ə.s) olduğunu iddia edər. Münafiq özünü hamısından üstün görər. Haşa, Allahı da bəyənməz. Şüur altındakı əsas hədəfləri bu olur.
İntiqamçıdır, xəstə və psix ruhludur. Necə initiqam alaram düşüncəsindədir. Beynindəki mövzu müsəlmanlar əleyhində necə xəbər yayaram deyə bütün gün bununla məşğul olar, bir də yemək, içmək, yatmaqla məşğul olar. Allahın elçisi onlara ən gözəl yaxşılıqları edər, ən gözəl mühitlərdə yaşadar. Amma bu onların hirslərini artırar. Peyğəmbərimiz (s.ə.v)-in yanında tərtəmiz, dinc mühitdə yaşayır. Səhv danışma olmur, etibarlı, sevgi dolu, mehriban bir mühit, bu ona çatmır. Pislik istəyir, pislik içində yaşamağı sevir.