Quranı və hz.Muhammədin (səv) peyğəmbərliyini inkar edənlər Peyğəmbərimizə (səv) bir çox çətinlik törətmişlər, onun təbliğ fəaliyyətlərinə mane olmağa, hətta onu şəhid etməyə, həbs etməyə, sürgün etməyə çalışmışlar. Ancaq Peyğəmbərimiz (səv) hər dəfə onlara Allahın gücünü, varlığını, özünün haqq bir elçi və Quranın da haqq kitab olduğunu izah etmiş, onları axirət əzabı ilə xəbərdar edib qorxutmuşdur. Lakin Peyğəmbərimiz (səv) fəthdən sonra belə, kafirlərə bir təzyiq etməmiş, heç kimi zorla dinə çevirməyə çalışmayıb, hər kəsə öz inancında azad olduğunu açıqlamışdır.
Bu mövzudakı bəzi Quran ayələri belədir:
“Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə, sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”. (Yunus surəsi, 41)
De: “Mənə, belə vəhy olunur ki, sizin İlahınız Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?” Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. Sözsüz ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir. Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu (dünyada) faydalanmağınız üçündür”. (Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 108-112)
De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”. (Ənam surəsi, 135)
“Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır” (Casiyə surəsi, 19)