“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 73-74)
Allah ayədə kiçik bir milçəyin belə iman həqiqəti olduğunu misal çəkərək bu gerçəklərdən xəbərsiz olanların Allah`ın qüdrətini lazımınca təqdir etmədiklərindən bəhs edir. Bəzi insanlar Allah`ın varlığını sadəcə bəzi ənənəvi inancların təsiri ilə mənasını anlamadan təsdiq etmiş ola bilər. Ayədə təsvir edilən insan modeli belədir. Belə insanlar Allah`ın varlığını sadəcə dildə qəbul edir, ancaq bu böyük gerçək üzərində düşünmür, mənasını qavramırlar.
İman həqiqətləri üzərində dərin düşünmək və Allah`ın bunlarda təzahür edən sifətlərini görmək Allah`ı daha yaxşı və yaxından tanımağa vəsilə olacaq. Allah`ı daha yaxşı tanımağa, hər an, hər yerdə Onun təcəllilərini görməyə başlayan insan da qazandığı bu üstünlük sayəsində Allah`ın qüdrətini haqqı ilə təqdir edəcəkdir.
İman həqiqətləri üzərində dərin düşünən insan bilgi və təfəkkür nəticəsində bu gerçəyi daha yaxşı qavrayır: dünyada yaşayan trilyonlarla canlının, cansız varlıqların və milyardlarla insanın hər birinin hərəkəti Uca Allah`ın nəzarəti altındadır. Kiçik bir milçək, bədəndəki trilyonlarla hüceyrə, milyardlarla insanın bədəni və kainatdakı bütün canlılar, qalaktikalar, atomlar Allah`ın izni ilə mövcud olur və həyatlarını davam edirlər. Hər hərəkətləri Allah`ın izni ilə gerçəkləşir və Allah`ın nəzarəti altındadır. Belə sistem sonsuz bir güc, bilgi, ağıl və zəka tələb edir. Sadəcə bu gerçək üzərində təfəkkür etmək belə Allah`ın sonsuz sifətlərinə daha yaxından şahid olmağa və Allah`ın sonsuz gücümü lazımınca təqdir etməyə vəsilədir.
Bədəndəki kompleks sistemləri və bunlardaki həssas tarazlığı bilən və üzərində düşünən mömin qüsursuz çalışan bu sistemləri yaradan ağlın tək sahibinin Allah olduğunu anlayar. Bu təfəkkür nəticəsində də bir milçəyə, bədəndəki hər bir hüceyrəyə, kainatdakı hər atoma qədər hər şeyin Allah`ın əmri ilə və istəyi ilə hərəkət etdiyinə şəkksiz-şübhəsiz inanar.