İnsanların etdikləri pisliklərin qarşılığını dərhal almadıqları, hər qarşılığın müəyyən bir vaxta qədər təxirə salınması Quranda bildirilən sirlərdən biridir. Allah bunu ayələrində belə bildirir:

Əgər Allah, qazandıqlarına görə insanları (əzab ilə) tutsaydı, (yerin) üzərində heç bir canlını buraxmazdı, ancaq onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Sonda əcəlləri gəldiyi zaman artıq, şübhəsiz, Allah Öz qullarını görəndir. (Fatir surəsi, 45)

Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)

Bir çox insan etdiyi pisliyin qarşılığını dərhal almayınca, pisliklərin qarşılıqsız qala biləcəyini zənn edər. Hətta bu səbəbdən tövbə etməz, peşmanlıq duymaz və rəftarını düzəltməz, qarşılıqsız qalacağını sandığı üçün azğınlığını daha da artırar. Ağılsız olduğu üçün, bunun gələcək əzabını daha da dözülməz edəcəyini bilməz. Allah, bu mövzuda belə hökm edir:

O küfr edənlər, özlərinə verdiyimiz müddəti əsla özləri üçün xeyirli sanmasınlar, Biz onlara, ancaq günahlarını daha da artsın, deyə müddət verməkdəyik. Onlar üçün çətin bir əzab vardır. (Ali İmran surəsi, 178)

Bu, Allahın insanları sınamaq üçün yaratdığı bir təxirə salmadır. Halbuki hər insanın etdiklərinin qarşılığını alması üçün Allah Qatında təyin olunmuş bir müddət vardır. O müddət gəldiyində nə bir an önə alınar, nə bir an təxirə salınar. Allah hər kəsin qarşılığını mütləq alacağını ayələrində belə açıqlayır:

Əgər Rəbbindən verilmiş bir söz və adı qoyulmuş (təyin olunmuş) bir müddət (əcəl) olmasaydı, şübhəsiz, (dağıtma əzabı) qaçılmaz olardı. (Taha surəsi, 129)

Onlara möhlət verirəm. Heç şübhəsiz, Mənim onları yaxalamağım da(cəzalandırmağım) sözsüz ki, çox ağırdır. (Əraf surəsi, 183)