Peyğəmbərimiz (səv) inkar edənlərə cəhənnəmin varlığını xatırladaraq xəbərdarlıq etmişdir
ucgen

Peyğəmbərimiz (səv) inkar edənlərə cəhənnəmin varlığını xatırladaraq xəbərdarlıq etmişdir

811

Allahın elçilərinin ən mühüm vəzifələrindən biri insanları xəbərdar etmək və onları Allahın əzabı və cəhənnəmi ilə qorxutmaqdır.  Rəsullar, beləcə, insanların qorxmalarına, gözəl əxlaq göstərmələrinə və bəzilərinin axirətdə, cənnətdə yaşamalarına vəsilə olurlar. Peyğəmbərimiz (səv) də insanları, cəhənnəm əzabı ilə xəbərdar etmiş və onları pisliklərdən, küfrdən və dinsizlikdən qorumağa çalışmışdır. Peyğəmbərimizin (səv) cəhənnəm ilə xəbərdar edib qorxutması bəzi ayələrdə belə bildirilir:

“Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda, sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? (Bu,) Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!” (Həcc surəsi, 72)
“Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”. (Cin surəsi, 23)

Peyğəmbərimiz (səv) cəhənnəmi uzaq görənlərə cəhənnəmdəki əzabı təfsilatı ilə ilə təsvir etmiş, Quranda bildirildiyi kimi, inkar edənlərin cəhənnəmdəki vəziyyətlərini, əzabdan xilas olmaq üçün necə yalvaracaqlarını izah etmiş və insanların cəhənnəmdən qorxmalarına vəsilə olmaq üçün səy göstərmişdir.

Bir hədisində Peyğəmbərimiz (səv) axirət günü ilə əlaqədar olaraq belə buyurmuşdur:

Dünya, arxasını dönmüş gedir, axirət isə, yönəlmiş gəlir. Bunlardan hər ikisinin də özünə xas övladları var. Sizlər, axirətin övladları olun. Əsla, dünyanın övladları olmayın. Çünki, bu gün əməl var, hesab yoxdur, sabah isə hesab var, əməl yoxdur. "

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr