Peyğəmbərimizin (səv) hər sözündə və hər rəftarında Allaha olan etibarını, təslimiyyət və bağlılığını görmək mümkündür. Peyğəmbərimiz (səv) çətin zamanlarda belə, Allahın mütləq kömək edəcəyindən, möminlərin qalib gələcəyindən və inkar edənlərin ziyana düşəcəklərindən əmin olmuşdur. Ona, Quranda söyləməsi əmr edilən bu ayələr də bunun bir nümunəsidir:
“Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali İmran surəsi, 12)
Peyğəmbərimiz (səv) bir hədisində isə belə buyurmuşdur:
"Sizə vəd edilən mütləq yerinə yetəcəkdir. Siz Allahı aciz buraxa bilməzsiniz."
2013-11-17 01:18:45