Adnan Oktarın 3 fevral 2011 Samsun Aks Tv-dəki söhbətindən
Adnan Oktar: "Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz." Çox mənalıdır; geriyə dönmək, mürtəcelik. Mürtəcelər Quranı qəbul etməzlər, qısacası Qurandan narahat olarlar. Mürtəce xurafata çox əhəmiyyət verər. "Buna (ayələrimə) qarşı böyüklük göstərərək; gecə vaxtı sayıqlamalar sərgiləyirdiniz." Xurafatlar, əlavələr, çıxarmalar. Gecə yarısı Qurana əlavə edir, çıxarma edir. "Onlar, yenə də o sözü (Quranı) gərəyi kimi düşünmədilərmi?" Allah daima Qurana diqqət çəkir. Biz də gecə-gündüz Qurana diqqət çəkirik. Quranın kafiliyi əgər qəbul edilməzsə, fəlakət heç cür bitməz. Quran üstəgəl xurafat, rəzil olarsan. "Yoxsa onlara, keçmişdəki atalarına gəlməyən bir şey mi gəldi?" Xurafatın digər şərhidir. "Yoxsa onlara, keçmişdəki atalarına gəlməyən bir şey mi gəldi?" Bir vəhyə əsaslanmır. "Haradan çıxdı bu məlumat?" deyir Allah. "Ya da öz elçilərini tanımadılarmı ki, indi onu inkar edirlər?" Çünki Peyğəmbər (s.ə.v) elə bir şey söyləməmişdir. Belə bir vəhy yoxdur, belə bir hökm yoxdur. Peyğəmbər (s.ə.v) adına yalan uydururlar. "Yaxud: "Onda bir dəlilik var" deyirlər?" İlk etdikləri şey budur. Allah yolunda mübarizə aparan biri oldu mu ilk iddia dəlilik iddiasıdır. "Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar." Haqla gəlmək nə deməkdir? Daima doğrunu söyləyir. Mehdi (ə.s) gələcəksə, mütləq Mehdi (ə.s) gələcək deyir. İsa (ə.s) gələcəksə, gələcək deyir. Quran kifayətdir deyir, məsələn bunlar xurafatdır deyir, "bu saxtakardır" deyir, isbat edir, açıqlayır. O zaman adamlar ona qarşı nə edirlər? "Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların çoxu haqqı çirkin qarşılayırlar." Qəbul etmirlər deyir. Əbcədi 2022 tarixini verir. Mehdiyyətə işarə edir. Deməli, necə olacaqmış? "Xeyr, o," yəni Mehdi (ə.s), "onlara haqq ilə gəlmişdir." Doğruları səmimi olaraq izah edir, "onların çoxu haqqı" doğru izahatı, "çirkin qarşılayırlar." Öz xurafat, mövhumatçı ifadələrini daha doğru görürlər mənasını verir. "Əgər haqq, onların həva (istək və ehtiras)larına uyğun olsaydı," yəni xurafatçıların dediyi kimi olsaydı, xurafata uyğun olsaydı, "heç müzakirəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) məhv olardı" deyir Allah. Yəni dünya irticaya təslim edilmiş olsa, məhv olarsan, azğın münafiq, fırıldaq saxtakarlar həyatı cəhənnəmə çevirərlər. Nə incəsənət qalar, nə elm, nə sevgi, nə şəfqət, nə dostluq, nə yoldaşlıq. Tam bir cəhənnəm olar, Allah verməsin. "Xeyr, Biz onlara öz şan və şərəf (zikr)lərini gətirmişik." Yəni Quranı. "Biz onlara Quranı gətirdik" deyir Allah. "Lakin onlar öz zikrlərindən üz çevirirlər." "Quranı bəyənmirlər" deyir Allah. Xurafata dönürlər, öz ağıllarına görə hərəkət edirlər. "Yoxsa sən onlardan xərac mı istəyirsən?" deyir Allah. "Pul mu istəyirsən, gəlir mi istəyirsən, heç bir şey istəmirsən" deyir Allah. "Məhz Rəbbinin xəracı (dünya və axirət hədiyyəsi) daha xeyirlidir." Allahın dünyada verəcəyi nemətlər və axirətdə verəcəyi nemətlər daha xeyirlidir. "O, ruzi verənlərin ən xeyirlisidir" deyir Allah. "Həqiqətən, sən onları doğru yola çağırırsan." İslama, Qurana çağırırsan. Bu ayənin əbcədi də yenə mehdiyyətin dövrünü verir. Allah bu məntiqin səhvini belə vurğulayır ayədə, Muminun surəsi, 53-də; "Ancaq onlar, işlərini öz aralarında (fərqli) kitablar halında böldülər." Müxtəlif məzhəblər, müxtəlif inanclar halında böldülər. "Hər bir qrup, öz əllərində olanla kifayətlənib sevinir." Yəni ən doğru yolda olan mənəm, deyir. Sevinirlər deyir Allah. Halbuki, tək kitaba bağlı olmaları lazımdır. Qurana bağlı olub məzhəblərin də qalxması lazımdır. Amma indi məcbur olduğumuz üçün, çünki indi mən təqlidçi olmağa məcburam. Çünki mücəddid deyiləm, müctəhid deyiləm, nə edəcəyəm? Bir mücəddidə tabe olub onun fikirlərini almaq məcburiyyətindəyəm. Amma Mehdi (ə.s) gəldikdə, "ən böyük mücəddid, həm ən böyük müctəhid, həm hakim, həm mehdi, həm mürşid, həm qütbü əzəm olaraq" deyir Bədiüzzaman, "bir şəxs-i nuranini göndərəcək, o da Əhli-Beyti Nəbəvidən olacaq" deyir, inşaAllah.
"Biz, Məryəmin oğlunu və anasını bir ayə etdik və ikisini sığınmağa əlverişli və axar suyu olan bir təpədə yerləşdirdik." İndi ikisini bir, sığınmağa əlverişli iki, axar suyu olan üç, bir təpədə dörd. Nə mənanı verir? Zamanı gəlincə söyləyərəm. Qurandakı bu təfərrüatları söz olsun deyə söyləməz Allah. Mütləq o təfərrüatda bir ifadə var.