Köçəri quşlar yazlıq və qışlaq yuvaları arasında köç edərkən uzun məsafələr qət edirlər. Bülbüllər daha çox gecə uçmalarına baxmayaraq, dayanmadan oyaq qalaraq bu hadisəni daha da təsirli edirlər. Ötən günlərdə “PLoS Biology” adlı qəzetdə nəşr olunan xəbərə görə köç mövsümü əsnasında bu heyvanlar gözləri çox az bağlı qalaraq, həm də yuxusuz yaşayan heyvanlarda rast gəlinən sağlamlığa zərər verən təsirlərə məruz qalmadan köç edirlər.
Medisondakı Viskonsin Universitetindən Rut Benka və iş yoldaşları bir qəfəsdə saxlanılmış heyvanların yuxu sistemlərini və hərəkətlərini bir il ərzində araşdırdılar. Köç vaxtı qəfəsdəki quşlar özlərini son dərəcə enerjili, fəal aparırlar. Bundan əlavə-insanlarda yuxu görməklə bağlı təyin olunan- normal REM yuxusunun üçdə biri qədər yatdılar. Gecələr test edilən digər canlılar yatarkən onlar tamamilə oyaq qaldılar və normal testlərinə davam etdilər ki, bu da quşların köçləri ərzində "lunatizm" olmadıqlarını yenidən sübut etdi.
Elm adamları köç mövsümü dövründən başqa yuxusuzluğun quşlara mənfi təsir etdiyini bildirirlər. Halbuki, quşlar, xüsusilə köç dövründə hiss etmə funksiyalarında heç pozulma olmadan yuxularını azaltmaqla üstün bir qabiliyyət nümayiş etdirirlər. Bu heyvanların bunu necə bacardıqları hələ həll edilə bilməmişdir. Quşlardakı köç etməklə bağlı olaraq yuxusuzluğu yaradan mexanizmləri anlamaq bizə; yuxudakı dəyişikliklər, mövsümlə bağlı ruhi pozğunluqları və yuxunun özünün funksiyaları haqqında məlumat verəcəyini düşünürlər.
Quşlar niyə "gecə" köç edirlər?
Quşların çoxu həyatları üçün vacib olan fəaliyyətləri gündüz həyata keçirirlər. Lakin uzun səyahətlər üçün gecəni seçərlər. Gecə köç etmək quşlara bir çox üstünlük gətirir. Bunlardan ən əhəmiyyətlisi düşmənlərindən bu yolla qaça bilmələridir.
Gecə köç edən quşların böyük bir hissəsi kiçik quşlar və uçma qabiliyyəti zəif olanlardır. Buna görə gecə qaranlıqda uçmaq bu quşlar üçün daha etibarlıdır. Lakin gecə köçlərinin səbəbi yalnız bu deyil. Çünki güclü uçma qabiliyyəti olan və okeanda heç dayanmadan 3.200 km-lik bir məsafəni uça bilən bəzi sahil quşları da gecə köç edirlər.
Quşların gecə səfərini seçmələrinin səbəblərindən biri də qidalanma vaxtlarıdır. Ümumiyyətlə, gündüz qidalanan quşlarda həzm prosesi çox sürətlidir. Buna görə də quşların gündüz qidalanarkən qısa fasilələrlə qida qəbul etmələri və köçdən əvvəl bu qidaları bədənlərində yağ şəklində yığmaları lazımdır. Əgər köç edən kiçik quşlar gündüz uzun uçuşlar təşkil etsələr getdikləri yerə gecə əldən düşmüş vəziyyətdə çatar və gecə qidalana bilməyəcəkləri üçün ertəsi günü gözləmək məcburiyyətində qalarlar. Belə vəziyyətdə böyük ehtimalla olduqları mühitin soyuğundan və enerji əldə edə bilməməkdən ötrü bir çoxu həyatını davam etdirə bilməyəcək. Buna görə bu canlılar gecə səyahət edərək proqramlaşdırılmış hərəkət etmiş olarlar. Gündüzü qidalanaraq və köç üçün yağ yığaraq keçirən quşlar gecə köç edərlər, günəşin çıxması ilə birlikdə fasilə verərlər və bu dövretmə beləcə davam edər.
Quşların dayanmadan uça biləcəkləri məsafəni yağ ehtiyatlarından başqa bədənin su itkisi də təyin edir. Buna görə gecə köçlərində havanın sərinliyindən faydalanıb daha az su sərf edərək bədən temperaturunu aşağı sala bilərlər. Su itkisinin minimuma enməsi uçulan məsafəni də artırar.
Quşlar bütün bu səbəblərə görə gecə köçlərini seçərlər. Əlbəttə bədən quruluşları buna uyğun olaraq yaradılmış olan növlərdən başqa gündüz uçmaq üçün əlverişli yaradılmış quşlar da vardır. Ördəklər, durnalar, qağayılar, qutanlar, qırğılar və qaranquş kimi quşlar da gündüz köç edərlər. Süzərək uçmaq üsulundan istifadə edən leyləklər və qırğılar isə yalnız gündüz uça bilərlər. Çünki uçuş formaları istiliyin paylanmasından, yaxud dağ və təpələrə dəyib qayıdan küləyin onları süzdürməsindən asılıdır.
Bu barədə bir az düşünək. Quşlar tam köç zamanı yuxularını minimuma endirmə xüsusiyyətini necə qazana bilirlər? Onlara bu dövrdə yuxularını azalda bilmək qabiliyyətini kim verir? Bir quş "indi köç zamanıdır, yatmadan uçmalıyam. Bunu etmək üçün də bədənimi buna görə nizamlayım"―deyə düşünüb vücudunda da bu düşüncə ilə əlaqədar tənzimləmələri edə bilərmi? Yaxşı, bu köçü gündüz deyil, gecə reallaşdırmağın onlara təmin edəcəyi üstünlükləri əvvəldən təxmin edə bilərlərmi?
Əlbəttə, xeyr. Şübhəsiz, bu kiçik sevimli heyvanın bədənindəki bütün tənzimləmələr onun yaşamaq üçün nəyə ehtiyacı olduğunu bilən və bütün ehtiyaclarını ona hesabsız şəkildə təqdim edən üstün ağıl və güc sahibi Uca Allahdır. Quşlar öz bədən quruluşları və yaşayışları hansı köç şəklinə icazə verirsə, o nizamda köç edərlər. Bu canlıları Allah yaratmış və onları lazımlı qabiliyyətlərlə təmin etmişdir. Etdikləri bütün işlər də, Allahın varlığının və qüdrətinin bir dəlilidir. Buna görə hər etdikləri iş Allahı təsbih etmək, ucaltmaq mənasını verir. Allah bir Quran ayəsində belə buyurur:
http://www.sciam.com/article.cfm?articleID=00012038-FA89-10F2-BA8983414B7F0000
http://www.harunyahya.org/bilim/goc_mucizesi/goc2.html