"(Hz. Mehdinin) Onun fiqhi məlumatları ON ALİMİN BİLİYİNƏ BƏDƏLDİR."
(Naim bin Hammad, Kitab-ül Fiten)
İmam Sadiq (ə.s) belə buyurdu:
“ELM İYİRMİ YEDDİ HİSSƏYƏ AYRILMIŞDIR. İnsanoğlu indiyə qədər bunun sadəcə İKİ QİSMİNİ əldə edə bilmişdir. Qaimimiz (HZ. MEHDİ) QİYAM ETDİYİNDƏ DİGƏR İYİRMİ BEŞ QİSMİ DƏ ORTAYA ÇIXACAQ və insanlar arasında yayılacaqdır.”
(Bihar, c. 52, s. 336)
Allah insanların hidayətinə vəsitəçi olması üçün göndərdiyi bütün peyğəmbərlərini elmi və fiziki cəhətdən qüvvətləndirmişdir. Allahın axır zamanda insanların imanlarına vəsitəçi olması üçün seçdiyi Hz. Mehdi də yaşadığı dövrdə bu xüsusiyyəti ilə çox diqqət çəkəcəkdir. Hz. Mehdiyə Allah lütf edəcəkdir və o üstün elmlərə sahib olacaqdır. Ancaq hədis və rəvayətlərdəki məlumatlardan bu elmin klassik mədəni məlumatlardan daha çox hikmət, dərinlik, ağıl, fərasət və bəsirət olacağı aydın olur. Sahib olduğu bu hikmət, fərasət, bəsirət, hadisələri izah etmə və nəticə çıxara bilmə qabiliyyətinə görə insanlar Hz. Mehdiyə verdikləri hər sualda, həll axtardıqları hər mövzuda, bənzərsiz ağılla qarşılaşacaqlar. Daha əvvəl heç düşünmədikləri yolları, tapa bilmədikləri həlləri Hz. Mehdi vəsitəsi ilə öyrənəcək və tətbiq edəcəklər.