“Əhzab” surəsinin 59-cu ayəsinin izahı
ucgen

“Əhzab” surəsinin 59-cu ayəsinin izahı

828

Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 59)

Çarşab sözünün mənası, başdan ayağa kimi örtən şal və ya cübbə, yaxud başqa cinsdən olan hər cür örtük, geyim deməkdir. Bu səbəbdən “Əhzab” surəsinin bu ayəsində çox açıq şəkildə çarşab, yəni başı və bütün bədəni örtən geyim təsvir edilir. Belə bir geyimin geyilməsi üçün isə ayədə bildirilən vacib şərt var: müsəlman qadınların azad və iffətli tanınmaları.

Bunun mənası budur ki, bəzi yerlər qadınların rahat hərəkət etmələri və ya rahat geyinmələri üçün uyğun yerlər deyil. Cəmiyyətin ümumi quruluşu və orada olan insanların əxlaq anlayışı bəzən mədəniyyət səviyyəsindən geri qalır. Bəzi cəmiyyətlər hər açıq qadını müəyyən bir dünyagörüşü ilə sanki damğalayır və onlara sözlə və ya fiziki olaraq təcavüz edəcək qədər irəli gedirlər. Normal şəraitdə müsəlman qadınlar məcbur olmadıqca onsuz da belə cəmiyyətlərin içində olmurlar. Lakin məcbur olduqda müsəlman qadın tədbir almalı və ətrafdakı insanlara müsəlman və iffətli qadın olduğunu göstərərək mümkün mənfi hallardan çəkinməlidir. Belə mühitlərdə müsəlman qadınlar çarşabla buna qarşı tədbir almış olurlar.

Bu, əlbəttə ki, qadının öz seçimidir. Adətən yaşadığımız demokratik və müasir cəmiyyətlər bu təhlükəli mühit təsvirinə uyğun gəlmir. Bu səbəbdən qərb cəmiyyətlərində qadınlar özlərini qorumaq üçün çarşab geyinməyə ehtiyac duymurlar. Lakin bəzi qadınlar üçün bu cəmiyyətlərdə də təhlükə yaradacaq şəxslər ola bilər. Bu səbəbdən müsəlman qadın əgər özünü güvəndə hiss etmirsə, azad qərb cəmiyyətində belə çarşab geyinə bilər. Ayədəki şərt müsəlman qadının geyiminə görə yanlış dəyərləndirilib əziyyət görməsinin qarşısının alınmasına yönəlmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo