Hörmətli Adnan Oktarın 05 fevral 2012-ci ildəki söhbətindən
Adnan Oktar: Dünyanı idarə edən güclər hz. Xızır (ə.s)-ın nəzarəti altındadır, hz. İsa Məsih (ə.s)-ın nəzarəti altındadır. Bir şey bilirəm ki, söyləyirəm. Çünki hz. Xızır (ə.s) vəhylə hərəkət edir. Bunu söyləyim ki, "dağıdın" desə dağıdarlar. Kəhf surəsində, 59-cu ayə, burada hadisə izah edilir, çox açıq, aydın. Şeytandan Allaha sığınıram. "Budur ölkələr", İran, İraq, Suriya, Livan, hamısını sayırıq. Allah: "Budur ölkələr" deyir, göstərir. Bir kərə ölkələr var. "(Və onların xalqları), zülm etdikləri zaman onları dağıtdıq". Zülm nədir? Allahın sisteminə müqavimət göstərdikləri zaman. Hz. Mehdi (ə.s)-ın çıxışına müqavimət göstərdikləri zaman. Hz. İsa Məsih (ə.s)-a müqavimət göstərdikləri zaman. Quran əxlaqına, İslam Birliyinə müqavimət göstərdikləri zaman. Bu zülmdür. İslam Birliyinə müqavimət göstərirsə, mehdiyyətə, hz. İsa Məsih (ə.s)-a müqavimət göstərirsə bu zülmdür. "Zülm etdikləri zaman onları dağıtdıq". Parçaladıq. Bax, bu Kəhf surəsinin başlanğıcıdır. 60-da hz. Xızır (ə.s) hekayəsinə keçilir. 59-da hz. Xızır (ə.s)-ın sistemi izah edilir, üsulu izah edilir; 60-da birbaşa mövzuya keçilir. "Və dağılmaları üçün", yəni o ölkələrin dağılması üçün "görüş vaxtı müəyyənləşdirdik". Hz. Xızır (ə.s)-ın, hz. İsa Məsih (ə.s)-ın və ya o dövrün vəzifəli şəxslərinin, qırxların, kimdirsə vəzifəli şəxslər. Hz. Xızır (ə.s)-ın tələbələrinin. "Görüş vaxtı müəyyənləşdirdik". İndi Allah ayədə nə edir? 60-cı ayəyə keçir. "Bir zaman Musa gənc yardımçısına demişdi: "İki dənizin birləşdiyi yerə çatana qədər gedəcəyəm". İki dənizin birləşdiyi yer haradır? İstanbuldur. "Və ya uzun zamanlar keçirəcəyəm". Müxtəlif zaman ölçülərində gəzəcəyəm. "Uzun zamanlar", müxtəlif zaman ölçüləri. "Beləliklə, ikisi, iki (dəniz)in birləşdiyi yerə çatdıqda", iki, iki. "Balıqlarını unutdular". Balıq dövrü bitir. “(Balıq) dənizdə axıntıya tərəf öz yolu ilə getdi”, bunu daha çox irəlidə söyləyəcəyik, bu ayənin nə mənanı verdiyini inşaAllah. Bir istiqamətini, təfsirini açıqlayacağıq inşaAllah. Lakin baxın, ölkələrin dağılması üçün əvvəlcə görüş və yığıncaq keçirilir. Yığıncaqda qərar alınır, dağılma qərarı alınır, ondan sonra dağılır. Lakin nə etdikləri zaman? Zülm etdikləri zaman. İslam Birliyinə müqavimət göstərmək, Quran əxlaqına müqavimət göstərmək, mehdiyyətə müqavimət göstərmək, hz. İsa Məsih (ə.s)-a müqavimət göstərmək, müxalif çıxmaq. Allah: "Dağıdacağam" deyir. Təbii ki, əbcədləri də mənalıdır. Sonra baxacağıq inşaAllah.