Adnan Oktarın 1 may 2011 A9 tv, Kanal Avropa və Çay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: "Onlara Rəhman (olan Allah) dan yeni bir xəbərdarlıq gəlsə, heç müzakirəsiz ondan üz çevirərlər." Hər nə zaman xəbərdarlıq gəlirsə, üz çevirirlər, qəbul etmirlər. "Həqiqətən, yalanladılar; lakin lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir." Deyirlər; "Hz. İsa Məsih (ə.s) gəlməyəcək, hz. Mehdi (ə.s) gəlməyəcək," deyilmi? Baxın, Allah nə deyir; "lağ mövzusu etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir." İnşaAllah.
"Hanı sənin Rəbbin, Musaya səslənmişdi: "Zülm etməkdə olan qövmə get." O dövrün Mehdisi hz. Musa (ə.s)-dır. "Zülm etməkdə olan qövmə get;" yəni dəccaliyyətin hakim olduğu qövmə get. "Fironun qövmünə." Yəni o dövrün dəccalının qövmünə. "Hələ çəkinmirlərmi?" deyir Allah. "Dedi ki: "Rəbbim, həqiqətən mən, onların məni yalanlamalarından qorxuram. Sinəm sıxılır, dilim dönmür."" Sinəsi sıxılır, yəni taxikardiyadır ehtimal ki. Ürək döyüntüsü çox yüksəlir, ehtimalla təzyiqi də yüksəlir hz. Musa (ə.s)-ın; onun üçün "sinəm sıxılır" deyir. "Dilim dönmür" deyir; həddindən artıq həyəcanlananda danışıq bəzən tutular insanda, şiddətli həyəcanlananda danışıq gücünü insan itirə bilər. Bu xüsusiyyət hz. Mehdi (ə.s)-da da var.
"Bundan ötrü Haruna da (elçilik vəzifəsini bildirməsi üçün Cəbrayılı) göndər." "Onu da yanımda göndər" deyir Allaha. Çünki dili tutulduğunda, həyəcandan danışa bilmədiyində onu dövrəyə salacaq, yəni onun danışmasını istəyəcək. Çünki dili tutulub danışa bilmədikdə danışacaq kimsə qalmır. Amma yanında biri olsa, dili tutulduğunda, o adam danışığa davam edər, inşaAllah. "Üstəlik, onların mənə qarşı (iddiasını müdafiə edəcəkləri bir cinayət) günahı(m) var; buna görə məni öldürmələrindən qorxuram." Qorxusunun səbəblərindən birini söyləyir.
"(Allah:) "Xeyr," dedi. "İkiniz də ayələrimlə gedin, şübhəsiz, sizinlə birlikdəyik (və) eşidirik."" "Mən daima yanınızda oluram onsuz da" deyir Allah, "Mən yaradıram və bütün danışıqları onsuz da eşidirəm" deyir Allah. "Gecikmədən Firona gedərək deyin ki," Nə deyir Allah; "gecikmədən," dərhal, bu saatlarda, dərhal bu dəqiqələrdə, sürətlə. "Firona gedin." "Dəccala gedin." "Deyin ki: Həqiqətən biz, aləmlərin Rəbbinin elçisiyik, İsrailoğullarını bizimlə birlikdə göndərməyin üçün (sənin yanına gəldik)." Yəni "biz müsəlmanları qurtarmaq istəyirik, müsəlmanları burax" deyirlər və Fironun yanına gedirlər. "(Getdilər və Firon:) Dedi ki: "Biz səni içimizdə daha uşaqkən yetişdirib böyütmədikmi?"" Hz. Mehdi (ə.s) də elə cahil cəmiyyətin içində böyüyəcək, üləma və alimlərin içində keçmir hz. Mehdi (ə.s)-ın uşaqlığı. Cahil insanların, dindən uzaq insanların içərisində keçir. Hədislərdən bu çox açıq aydın olur. "Allah onu bir gecədə islah edər, bir gecədə ona elm verər" deyir.
"Sən ömrünün nə qədər illərini aramızda keçirmədinmi?" "Cahillərin içərisində yaşadın sən" deyir, hz. Mehdi (ə.s) kimi. "Və sən, edəcəyin işi (cinayəti) də işlədin; sən nankorlardansan." Nankorluqla ittiham edir hz. Musa (ə.s)-ı. "(Musa) Dedi ki: "Mən onu etdiyim zaman donuq insanlardan idim."" "Bilmirdim, cahilliklə etdim." deyir."Sizdən qorxunca da dərhal aranızdan qaçdım." "Məni öldürməyinizdən çəkindiyim üçün aranızdan qaçdım" deyir.
"Sonra Rəbbim mənə hökm (və hikmət) verdi və məni göndərilən (elçilərdən) etdi." "Məni Peyğəmbər etdi Allah" deyir. "Mənə qarşı lütf-dediyin nemət də, İsrailoğullarını kölə etməyinə görədir." "Lütf deyil" deyir, "qövmümüzü bəsləyirsən, yoldaşlarımıza baxırsan mövqeyi var amma, sən bizi kölə olaraq istifadə edirsən" deyir. "Bu səbəbdən elə sənin bizə yaxşılıq etdiyin bir şey yoxdur" deyir. Daş daşıdır, o piramidaları tikdirir, ən ağır işlərdə onlardan istifadə edir, bu səbəbdən "sənin bizə etdiyin bir ehtiram yoxdur, lütf də deyildir bu" deyir.
"Firon dedi ki: "Aləmlərin Rəbbi nədir?" O zaman, onu söylə bizə deyir, Allah nədir? "Dedi ki: "Göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbidir. Əgər “qəti olaraq inanırsınızsa” (belədir)."" "Darvinist, materialist məlumatla inanırsınızsa, ayrıdır. Amma qəti vəhyə əsaslanan bir məlumatla inanırsınızsa, bu şəkildə. Allah var, hər şeyi Allah yaratdı; göylərdəki, yerdəki, ikisi arasında olan hər şeyi" deyir. "Firon, ətrafındakılara dedi ki: "Eşidirsinizmi?"" Bu cahil cəmiyyətdə istifadə edilən klassik modabaz üslubdur, kar deyil adamlar. Təbii ki, eşidirlər, sırf çaqqallıq olsun deyə edir. "(Musa:) Dedi ki: "O sizin də Rəbbiniz, keçmişdəki atalarınızın da Rəbbidir."" "Keçmişdəki atalarınız da səhv etdilər" deyir, səhv olanlar varsa. "Amma hər zaman, kainatın ilk quruluş illərindən bəri, sonsuzdan bəri Rəbdir Allah" deyir.
"(Firon) Dedi ki: "Şübhəsiz, sizə göndərilmiş olan elçiniz, həqiqətən, bir dəlidir."" Oradakı qövmə, hz. Musa (ə.s)-ın qövmünə, yoldaşlarına, hz. Musa (ə.s)-dan ayırmaq üçün, hz. Musa (ə.s)-ın birliyini, camaatını parçalamaq üçün o dövrün dərin dövləti, o dövrün küfr dövləti, o dövrün Mehdisini dəli elan edir ki, uzaqlaşsınlar. Dəliyə inanmaq olmaz axı, haşa, hz. Musa (ə.s)-ı da dəliliklə ittiham edərək ondan uzaqlaşacaqlarını, danışıqlarının məntiqsiz olduğunu vurğulamağa çalışır, Firon; "elçiniz, həqiqətən, bir dəlidir. " Deyir. "Əgər ağlınızı istifadə edə bilirsinizsə" deyir hz. Musa (ə.s) da. O da bağlı olaraq, onların ağlını istifadə edə bilməyən adamlar olduğunu söyləyir. "O, şərqin də, qərbin də və bunlar arasında olan hər şeyin də Rəbbidir" dedi (Musa)." Ağlını istifadə edən üçün belədir, yoxsa "ağlını istifadə edə bilməyən ağılsızsınız" deyir, "əks təqdirdə ağılsızsınız."
"(Firon) dedi ki: "And olsun, məndən başqa bir ilaha inanacaq olsan, səni mütləq həbs edəcəyəm."" Dəccaliyyət, o dövrün Mehdisini susdurmaq üçün mütləq bir maneə meydana gətirməyə çalışır, bir üsuldur. Dəlilik böhtanı atır, olmur; onunla baş edə bilmir. "O zaman nə edək?" deyir, "həbs edək" deyir. Mehdiləri həmişə susdurmaq və dayandırmaq üçün, həbs üsul olaraq göstərilmişdir. Çünki camaatından ayrılsa, Mehdi camaatının dağılacağına inanarlar. Hz. Musa (ə.s) da əgər həbs edilərsə, camaatının dağılacağına inanırlar, yəni müsəlmanların dağılacağına inanırlar, gücsüzləşdirmək üçün belə bir fikir inkişaf etdirirlər.
"Səni mütləq həbs edəcəyəm . (Musa) Dedi ki: "Sənə açıq-aşkar bir şey gətirmiş olsam da mı?"" "Dəqiq dəlillər gətirəcəyəm" deyir. Açıq-aşkar dəlil, yəni hüccət, əl hüccət. O dövrün Mehdisi, hz. Musa (ə.s) dəlillə danışır. "(Firon) Dedi ki:" o dövrün dəccalı dedi ki; "Əgər doğru sözlüsənsə, onu gətir." "Görək dəlilini" deyir. "Bunun üzərinə əsasını buraxdı, bir də (nə görsünlər) o, açıq şəkildə bir əjdaha oldu." Taxtadan, quru taxtadan nə olur? İlan meydana gəlir, bir anda. İlk nəyi isbat edir hz. Musa (ə.s)? Yaradılışı isbat edir. Çünki onlar o zaman təkamül nəzəriyyəsini müdafiə edirlər, materialist və darvinist düşüncəni müdafiə edirlər, "Nilin palçıqlarından meydana gəldi" deyir. Hz. Musa (ə.s) da deyir ki; "hər şeyi Allah yaratmışdır, Nilin palçıqlarından deyil" deyir. "O zaman bizə bir isbat göstər" deyirlər. O da yaradılışı isbat etmək üçün əlindəki taxtanı atır, əsanı; quru taxta dərhal ilana çevrilir. Dərhal yaradılışı isbat etmiş olur bunu etməklə, yəni təkamülün olmadığını, Allahın ani yaratdığını göstərmiş olur. İlan nə qədər qısa müddətdə yaradılır? Bir saniyədə yaradılır. Hanı təkamül vardı? Yox, görürsən. Sehrbazlar da görür, hamısı görürlər; bir anda meydana gəlir.
"Açıq şəkildə bir əjdaha oldu. Əlini də çəkib çıxardı, bir də (nə görsün) o, baxanlar üçün “parlayıb aydınlanmışdır”." Ağ əlləri, dümağdır; əlini sinəsinin içinə salır, çıxardıqda dümağ olur əlləri. Masonlar da bu Quran ayəsinə və Tövrata istinad edərək, sağ əllərini sinələrinin içinə salarlar bu şəkildə və ağ əlcək geyərlər, o ayənin mənasını vurğulayacaq şəkildə, Tövratda da vardır eyni hökm. Oradan qalma bir ənənə və inanc olaraq ağ əlcək geyinərlər və mason işarəsidir bilirsiniz, sağ əlin ürək tərəfinə bu şəkildə salınması. Bir-birlərini tanımaqda da istifadə edərlər masonlar, əllərini ürəklərinin üzərinə qoyaraq. "(Firon,) Ətrafındakı qabaqcıllara: "Bu" dedi, "Doğrusu bilikli bir cadugərdir."" Bu dəfə də, baş edə bilməyincə cadugərə çevirir, daima şəkil dəyişdirir. Əvvəl "dəli" deyir, sonra həbsdən bəhs edir, sonra "cadugər" deyir. "Amma çox bilən bir cadugər" deyir, "cadu etdi" deyir. "Cadusuyla sizi yurdunuzdan sürüb çıxarmaq istəyir; nə buyurarsınız?" Baxın, bu dəfə də milliyyətçi duyğularından istifadə edərək, vətən xainliyi ilə ittiham edərək günahın əhatəsini cəza maddələrinin ən ağırına çevirməyə çalışır. Çünki əvvəl bir dəlilik deyir, dəliliyin hökmü yüngül olur təbii onlar üçün. Cadugərlik deyir, onun da hökmü yüngüldür. Nə etsin həbs edilmək üçün, yaxud öldürə bilmək üçün, vətən xainliyi lazımdır. Ağır, dövlətə qarşı işlənmiş bir cinayətə çevirməyə çalışır, siyasi cinayətə çevirməyə çalışır. O dövrün qanun maddəsinin siyasi cinayətlərə işarə edərək oradan bir nəticə almağa çalışır.
"Sizi yurdunuzdan sürüb çıxarmaq istəyir." "Güc tətbiq edəcək sizə" deyir, qruplaşmaya salmağa çalışır. Böyük əhatəli bir şəbəkə qurduğunu hz. Musa (ə.s)-ın və qeyri-qanuni yolla onlara qarşı şiddət istifadə edərək sürüb çıxaracağını iddia edir. "Nə buyurursunuz?" deyir. İddianamə, "nə buyurursunuz" dediyi bu, iddianaməni tənzimləyir və söyləyir; oradakı kəslər də hakim hökmündədirlər, prokuror olaraq açıqlayır. "Dedilər ki: "Bunu və qardaşının başını qat, şəhərlərə də yığıcılar göndər."" "İkisini nəzarətə al, onu və qardaşını nəzarətə al, şəhərə də yığıcılar göndər" deyir. "İnsanları bir yerə toplayacaq böyük bir yığıncaq günü hazırlayaq" deyir. "Bütün mütəxəssis cadugərləri sənə gətirsinlər." O dövrün darvinist, materialist nə qədər alimi varsa; insanlara cadu edən, insanları davamlı təlqinlə təsir altına alan nə qədər dəstə varsa, hamısını gətirirlər.
"Beləliklə cadugərlər, bilinən bir günün müəyyən vaxtında bir araya gətirildi." Bir bayram günü bir araya gətirilirlər, səhər erkən. Baxın, "Bilinən bir günün müəyyən vaxtında bir araya gətirildi." Hamısı, topluca. "Və insanlara da: "Siz də toplanırsınızmı?" deyildi." Oradakı insanları da yığırlar, xalqı. Oradakı saxtakar elm adamlarını yığmışlar, xalqı da bir yerə toplayırlar. İctimaiyyəti istifadə edərək, mətbuat və nəşr yoluyla bu dəfə o dövrün Mehdisini çökdürməyə çalışırlar. İctimaiyyət təzyiqi meydana gətirərək, bir də ictimaiyyəti şüurlandırmağa çalışırlar mənfi istiqamətdə, öz ağıllarına görə. "Ümid edirik ki, əgər qalib gəlsə, biz də cadugərlərə uyarıq." Baxın, "İnsanlara da: "Siz də toplanırsınızmı?" deyildi" deyir ayədə. "Ümid edirik ki, əgər qalib gəlsə, biz də cadugərlərə uyarıq." Amma yenə bir tərəddüdə düşmüşdür xalq, "qalib gəlsələr, cadugərlərə uyacağıq" deyirlər. "Sənin dediyini qəbul edəcəyik" deyirlər firona, "səndən yana olacağıq" deyirlər.
"Cadugərlər gəldiklərində, Firona: "Əgər biz qalib gəlsək, bizə bir ödəniş var həqiqətən, deyilmi?" dedilər." Çünki materialist olduqları üçün puldan başqa bir şey düşünmürlər. Allah rizası yoxdur adamlarda. Adam mənfəət arxasında, tək anladığı şey puldur; kapitalist zehniyyət olduğu üçün, o dövrdə də var. Baxın, deyirlər ki; "Əgər biz qalib gəlirsək, bizə bir ödəniş var həqiqətən, deyilmi?" dedilər." "Biz bu işi edərik, xalqı da aldadarıq. Mənfi, darvinist-materialist məlumat yayarıq, amma bizim də pulumuzu verərsən, deyilmi? Pul verərsən" deyirlər. Mənfəətpərəstlər yəni. ""Bəli" dedi. "Üstəlik şübhəsiz, siz ən yaxın(larım)dan olacaqsınız."" "Sizə ictimai dəstək də verəcəyəm" deyir. Pul da verəcəyəm, ictimai dəstək də verəcəyəm" deyir. "Musa onlara dedi ki: "Atacağınızı atın."" "Uyduracağınız şeyləri, uydurduqlarınızı atın baxım, nə deyirsiniz görək" deyir. "Onlar da, iplərini və əsalarını atdılar və: "Fironun üstünlüyü adına, heç müzakirəsiz, üstün olanlar həqiqətən bizlərik" dedilər." O dövrdə and dəccalın üzərinə olur, dəccaliyyətin üstünə olur. Allah adına and yoxdur; Allahın, Kitabın üzərinə and yoxdur. Allahın kitabından qaynaqlanan bir məlumat üzərinə and yoxdur. Halbuki, and Allah adına olar, deyilmi? Dəccal adına edilir and o dövrdə, o dövrün dəccalı adına. "Fironun üstünlüyü adına," bir də üstünlük, gözlərdə böyüdülmüşdür o dövrün dəccalı; uca görülür, haşa Allah kimi görürlər.
"Fironun üstünlüyü adına, heç müzakirəsiz, üstün olanlar həqiqətən, bizlərik" dedilər." Xalqa təbliğ edirlər; üstünük, güclüyük, bu, bu filan kimisindən. "Beləliklə, Musa da əsasını atdı." Yəni o uydurduqlarının üzərinə. "Bir də (nə görsünlər) o, uydurmaqda olduqlarını udur." O dövrün darvinist-materialist sistemi yerlə bir olur, o ilk atışla. "Anında cadugərlər səcdəyə qapandılar." Dərhal iman edirlər. İlk fəaliyyətdə, deməli darvinizmin, materializmin yıxılması çox əhəmiyyətlidir. Quran buna işarə edir. Əvvəlcə yaradılışın isbat edilməsi, yaradılışın izah edilməsi lazımdır. Hz. Musa (ə.s) də elə edir." (Və:) "Aləmlərin Rəbbinə iman etdik" dedilər." Deməli, dəccaliyyət qalxanda İslamiyyət dövrəyə girir; boşluq qəbul etmir sistem, Allah elə yaratmışdır. Əvvəl büt sistemi qalxacaq, büt sisteminin yerini dərhal haqq olan sistem doldurur.
Baxın, nə deyirlər; "(Və:) "Aləmlərin Rəbbinə iman etdik" dedilər. "Musanın, Harunun Rəbbinə." Çünki peyğəmbərlərin təsvir etdiyi Allah əhəmiyyətlidir. Küfrün təsvir etdiyi deyil. Məsələn, masonik Allah inancı vardır, onlar bir total güc olaraq görərlər Allahı, “kainatın ulu memarı” deyərlər. Nə olduğu müəyyən olmayan bir varlıq olaraq ifadə edərlər, haşa. Bir total güc. Kainatın cəmi gücü. Elektrik gücünün, ümumi gücün, hamısının Allah olduğuna inanarlar. Halbuki, Allah sonsuz qüdrət sahibidir, sonsuzluğu yaratmışdır, sonsuz məkanı yaratmışdır; Özü sonsuz əvvəldir, sonsuz sonradır və doğulmamışdır, doğurulmamışdır, qədəri yaratmışdır, mələklərə malikdir, Peyğəmbərləri yaratmışdır. Amentü duasında ifadə edilən bütün xüsusları yaratmışdır Allah, "Musanın və Harunun Rəbbi" deyilən Odur; Allahdır, inşaAllah. Peyğəmbərimiz (s.ə.v)-in Quranda təsvir etdiyi Allah, hz. İbrahim (ə.s)-ın təsvir etdiyi Allah; həqiqi olan Allah Odur, inşaAllah.
"(Firon) Dedi ki: "Ona, mən sizə icazə vermədən əvvəlmi inandınız?"" Dəccaliyyət rəsmi ideologiyanı qurmuş, mənim dediyimə inanacaqsınız" deyir. Başqa inanc ola bilərmi? Yox. Rəsmi ideologiyanın xaricində bir şey qəbul etmir dəccaliyyət. "Şübhəsiz, o, sizə cadunu öyrədən böyüyünüzdür." Baxın, xalqı daha hələ onun əleyhində vəsvəsə verməyə çalışırlar ki, cəmiyyəti əldə etməyə çalışırlar. O dövrün Mehdisini xalqın gözündə hörmətdən salmağa çalışırlar. Xurafatçı dəstəsi var, it dəstəsi var, hər kəs var o dövrdə. "Elə isə yaxında biləcəksiniz. Şübhəsiz, əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm." O dövrün iddia edilən Ergenekon terror təşkilatı kimi bir quruluşdur, qeyri-qanuni bir dövlət quruluşu var. Baxın, deyir ki; "Elə isə, yaxında biləcəksiniz. Şübhəsiz, əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizin hamınızı həqiqətən asdıracağam."" Həmişə asmaqla qorxudar xurafatçı dəstəsi, iddia edilən Ergenekon terror təşkilatı da asmaqla qorxudur xalqı. O dövrə aid köhnə yazışmalara baxın, bunları görərsiniz, yəni təhdid ünsürü həmişə asmaqdır. Türkiyə tarixinə baxsanız, iddia edilən Ergenekon terror təşkilatının etdiyi fəaliyyətlərdə asma mövzusu, edam mövzusu həmişə hakimdir üslublarında, söhbətlərində.
""Heç zərəri yoxdur" dedilər. "Çünki, biz həqiqətən, Rəbbimizə dönəcəyik."" Həqiqətən, iman etdiyi üçün, imanı möhkəmdir; "nə edirsən, et" deyirlər dəccala. "Biz həqiqətən, Rəbbimizə dönəcəyik." Yəni "ölsək də, şəhid olarıq onsuz da" deyirlər. "Doğrusu biz, iman edənlərin ilki olduğumuza görə Rəbbimizin bizim səhvlərimizi bağışlayacağını ümid edirik." "Günahlarımızı da Allah inşaAllah bağışlayar" deyir. "Çünki ilk iman edənlərik" deyir, inşaAllah. "Musaya: "Qullarımı gecə apar, çünki izləniləcəksiniz" deyə vəhy etdik." Müsəlman izlənilər, müsəlman izlənilər; hər zaman küfr tərəfindən, dəccaliyyət tərəfindən izlənilər. Müşahidə edir insanlar; cinayət axtararlar, tutmaq istəyərlər, oyun oynamaq istəyərlər, həbs etmək istəyərlər, bu səbəbdən izləyərlər. Onun üçün müsəlmanlar diqqət çəkməmək üçün çox vaxt həmişə gecəni istifadə etmişlər. Allah onun üçün gecəni əmr edir.
"Bunun üzərinə Firon şəhərlərə (əsgər) yığıcılar göndərdi." O dövrün polisinə, əsgərinə qiyam qaldırdır. Dəccal rejimi o dövrdəki qollu qüvvələrini istifadə etdirib; xalqı həbs etmələri, geniş miqyaslı əməliyyat etmələri və qırğın etmələri üçün vəzifələndirir. Nə deyir iddia edilən Ergenekon terror təşkilatı; "bir gecədə 3 milyon adamı qətl edəcəyik" deyirlər. O dövrün fironları ilə bu dövrün fironları eynidir, üslub olaraq. İddia edilən Ergenekon terror təşkilatının zalımlığının eynisini orada da görürük. "Həqiqət budur ki, bunlar az olan bir birlikdir." "Kiçikdirlər bunlar" deyir, müsəlmanların birliyi üçün. "Biz bunları rahatca əzərik, sayları azdır" deyir, Mehdi birliyi üçün. Axırzamanda da Mehdi birliyi kiçikdir, azdırlar.
"Və əlbəttə, bizə qarşı da böyük bir qəzəb bəsləyirlər." "Dəccaliyyət qarşı böyük bir qəzəb bəsləyir bunlar" deyir. O dövrün qollu qüvvələrini təhrik etmək; dövlətin əzici, təcavüzkar gücünü təhrik etmək üçün dövlətin alnını qaşıyır firon. Nə deyir? "Və əlbəttə, bizə qarşı da böyük bir qəzəb bəsləyirlər." Baxın, neçə cür; həm vətən xaini kimi göstərir, həm "dövləti ortadan qaldıracaq" deyir, həm "sistemimizi ortadan qaldıracaq" deyir, "ayrıca bizə də qəzəb bəsləyir" deyir. "Biz isə ayıq bir qrupuq" (dedi)." "Xeyli ağıllıyıq, çox ağıllıyıq, çox mədəniyik" deyir. Halbuki, öküz kimi adamdırlar, mal kimi adamdırlar, təbii. "Beləliklə, Biz onları (Firon və qövmünü) bulaqlardan və bağçalardan çıxardıq." Hücuma keçmək üçün bulaqlardan, bağçalardan ayrılırlar. Normalda əvvəl kef, zövq alırlar, amma hərbi bir əməliyyat edəcəkləri üçün hərbi əməliyyat sisteminə keçirlər. Yəni həyəcan halındadırlar, döyüş mövqeyinə keçmişlər.
"Xəzinələrdən və soylu məqamlardan da." Xəzinələrini də buraxırlar o anda, mövqeyini də buraxır, çünki hücum edəcəkləri üçün müsəlmanlara. "Məhz belə; bunlara İsrailoğullarını varis etdik." Bilirsiniz, dənizdə Allah hamısını həlak etdi. Hz. Musa (ə.s) orada qan axıtmadı; Allah qan axıtdı, Allah qanlarını tökdü. O dövrün Mehdisi adına Allah orada qanlarını tökdü, mələkləri ilə qan tökdü Allah. Minlərlə mələk orada onların qanını tökdü. Allah hz. Musa (ə.s)-ı qurtardı və bütün malına, mülkünə müsəlmanlar sahib oldu dəccaliyyətin, hadisə budur, inşaAllah