1.İNCİLDƏ HZ. ZƏKƏRİYYA (Ə.S), HZ. DAVUD (Ə.S)-IN SOYUNDAN GƏLƏN GÜCLÜ BİR QURTARICINI, YƏNİ HZ. MEHDİ (Ə.S)-I XƏBƏR VERİR
Zəkəriyya peyğəmbərin gələcəklə əlaqədar məlumatı keçmiş dövrlərdən bəri mübarək peyğəmbərlərinin dilindən bildirdiyi kimi, QULU DAVUDUN SOYUNDAN BİZİM ÜÇÜN GÜCLÜ BİR QURTARICI ÇIXARDI. Düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtuluşumuzu təmin etdi. (Luka, Bap 1, 69-70)
2. İNCİLDƏKİ "DOLÇA DAŞIYAN ADAM" MEHDİYƏ İŞARƏ EDİR
(Həvvarilər) Ona, "Harada hazırlıq etməyimizi istəyirsən?" deyə soruşdular. İsa onlara, "Baxın" dedi, "Şəhərə girdiyinizdə qarşınıza dolça daşıyan bir adam çıxacaqdır. O adamı, gedəcəyi evə qədər izləyin". (Luka 9-11)
...Şagirdlərindən ikisini bu sözlərlə öndən göndərdi: "Şəhərə gedin, orada dolça daşıyan bir adam qarşınıza çıxacaq. Onu izləyin..." (Markos 14:13)
3.FARAKLİT
Əgər məni sevirsinizsə, əmrlərimə diqqət edərsiniz. Mən də Allaha yalvaracağam və O sizə başqa bir "Faraklit" göndərəcək. (Yuhanna, 14:15-16)
Faraklit, elə bir həqiqət ruhudur ki, RƏBB ONU MƏNİM ADIMLA (MƏSİH) göndərəcəkdir. O, sizə hər şeyi öyrədəcək və mənim sizə dediklərimi də təkrar xatırladacaqdır. (Yuhanna, 14:26)
Faraklit gəldiyində mənim üçün şahidlik edəcək və siz də mənə şahidlik edərsiniz. (Yuhanna, 15:26-27)
Mən sizə haqqı deyirəm. Mənim getməyim sizin üçün xeyirlidir. Çünki, mən getməsəm Faraklit sizə gəlməz. Amma mən getsəm, Allah onu sizə göndərər. (Yuhanna, 16:7)
Faraklit gəldiyi zaman bütün aləmi səhvlərinə görə qınayar və onları tərbiyə edər. (Yuhanna, 16:8)
Günah üçün, çünki mənə iman etməzlər. Qurtuluş üçün, çünki Allaha gedirəm və artıq məni görə bilməzsiniz və hökm üçün, çünki bu dünyanın rəisində hökm edilmişdir. Sizə deyəcək daha çox sözlərim var, lakin indi dözə bilməzsiniz. Lakin, o həqiqət ruhu gəldiyi zaman sizə hər həqiqətə yol göstərəcəkdir. Çünki, özbaşına deməyəcək. Lakin hər nə eşitsə deyəcək və gələcək şeyləri sizə bildirəcəkdir. (Yuhanna, 16:9-13)
Məsih belə dedi: Artıq mən sizinlə çox danışmıram. Çünki BU ALƏMİN RƏİSİ GƏLİR. Məndə əsla onun bir əlaməti yoxdur. (Yuhanna, 14:30)