Dünyanı idarə edən alternativ güc mərkəzləri
ucgen

Dünyanı idarə edən alternativ güc mərkəzləri

1620

Tarixin hər dövründə hökumətlərin yanında ikinci iqtidar olaraq hərəkət edən qüvvələr olub. Dövrümüzdə «dərin dövlət» olaraq da adlandırılan bu alternativ güc mərkəzləri bəzən iqtidarların yanındadır, birlikdə hərəkət edirlər. Bəzən isə önünə keçir və mane olmağa çalışırlar. Qədim Romada zadəganlardan ibarət senat imperatorların hakimiyyətini balansda saxlayıb. İngiltərə kral ailəsindən üstün olan Privy Council 12-ci əsrdən bugünə kimi idarəçiliyin ən yuxarı mərtəbəsindədir. Bu quruluşun müqəddəs kitablarda da nümunələri mövcuddur. Qurani-kərimdə fironun məsləhət aldığı yaxın ətrafı, yaxud da Səba Məlikəsinin hərbi məsələlərdə məsləhət aldığı idarəçiləri bu mövzuya oxşar nümunələrdəndir.
Tarixdə bir çox təşkilat açıq və ya gizli şəkildə bu xüsusiyyətlərə malik olub. Bu vaxtlar kralların Vatikanın üzərində sanksiya tətbiq etmə gücü olan Tampliyerlər, ya da Gül Xaç təşkilatları təsirli idi. 18-ci əsrdən etibarən paralel iqtidarlar konstitusion səlahiyyətlərə də malik olmağa başladı.
20-ci əsrin ikinci yarısından etibarən ölkələrdən də yuxarı birliklər ortaya çıxdı. Məsələn, ölkələr idarəçilik səlahiyyətlərini BMT, NATO, Varşava Paktı, ya da bir müddət sonra Avropa İttifaqı kimi çox millətli təşkilatlarla bölüşdürdülər. Moskvada, Brüsseldə, Nyu Yorkda qəbul edilən qərarlar dünyanın böyük əksəriyyəti tərəfindən tətbiq edilməli oldu.  
Soyuq müharibədən sonra isə düşüncə quruluşlarının ön plana çıxdığı yeni model yarandı. Görünən odur ki, 21-ci əsr iqtidarların, düşüncə quruluşlarının və bunların bir qolu olan qeyri-hökumət təşkilatları üzərindən idarə edilən bir dövr olacaq.
Belə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) demək olar ki, Stratfor və Rand Corperationlar tərəfindən idarə edildiyi məlumdur. İngilis Chatham House, ya da onun amerikalı kiçik qardaşı olan Council on Foreign Relations ölkələrin xarici siyasətinin müəyyən edildiyi yerlər halına gəldi. İqtisadi siyasətlər isə artıq Moody’s, ya da Standart and Poors kimi reytinq təşkilatları vasitəsilə formalaşır.
Guya müstəqil olan və mənfəət güdməyən bu təşkilatlar özləri özlərinə səlahiyyət verdilər. Hesabat vermək məcburiyyətində olmadan söz sahibi oldular. Məsələn, dünyanın ən təsirli 10 düşüncə quruluşu arasında göstərilən Heritage Foundation ABŞ-ın respublikaç rəhbərliyinin  siyasətini müəyyən edir. Carnegie Endowment isə Vaşinqton, Brüssel, Moskva, Beyrut, Pekin və Yeni Dehli ofisləri ilə dünya səviyyəsində təsir mərkəzindədir.
Düşüncə quruluşları təkcə fikir formalaşdırmadılar. Başda Sorosun Açıq Cəmiyyəti olmaqla bir çox düşüncə quruluşu qeyri-hökumət təşkilatları ilə birlikdə fəaliyyət göstərdi. Hakimiyyətlərə təzyiq etməyə başladılar. Açıq Cəmiyyətin sahə gücü olan OTPOR-un ilk gördüyü iş Serbiyada Miloseviçin hakimiyyətdən devrilməsi oldu. Sonradan Gürcüstan, Ukrayna, Qırğızıstan, Belarusiya, Moldova kimi ölkələrdə “rəngli inqilab” adlandırılan xalq hərəkatı baş verdi. Misir və Tunisdə başlayan ərəb baharı da oxşar hadisələrdən idi. Bu qarşıdurmalar vasitəsilə müxtəlif düşüncə quruluşları tərəfindən meydana atılan fikirlər tətbiq edilməyə başlandı.
Düşüncə quruluşları hərbi sahədə də ölkələrdən daha böyük gücə çevrildilər. Məsələn, Atlantic Council (Atlantika Şurası) 28 ölkənin üzv olduğu NATO-nun hərbi strategiyalarını müəyyən edən mərkəzə çevrildi. Başda müdafiə paktı olaraq qurulan NATO Atlantika Şurasının istiqamətləndirməsi nəticəsində hücum gücü olmağa başladı. Son dövrdə isə NATO Rusiyaya qarşı müdafiə adı altında Qara dəniz və Ukrayna bölgələrinə hərbi gücünü yerləşdirməyə başladı. Bu yeni hərbi konsept çərçivəsində NATO Şərqi Avropada yeni hərbi bazalar qurdu və on minlərlə əsgəri yenidən yerləşdirdi.
Bu yeni strategiyanın memarı olan Atlantik Şurasından Ariel Cohen NATO-nun gecikmədən Qara dənizdə ipləri əlinə almasının vacib olduğunu bu sözlərlə dilə gətirir:
«NATO Rusiyanın getdikcə artan hücumlarına qarşı üzvlərini qoruyacaq tədbirlər almalıdır. Qara dəniz bölgəsində hava, quru və dəniz qüvvələrini artırmalı, kosmosdan nəzarət sistemlərini gücləndirməli, kəşfiyyat sistemləri yerləşdirməlidir».(http://www.huffingtonpost.com/dr-ariel-cohen/nato-should-stand-up-blac_b_10831440.html)
Bu aqressiv münasibət Qara dəniz bölgəsini yeni münaqişə zonası halına gətirmək məqsədi güddüyünü göstərir. Bu cür bir səfərbərlik siyasəti Rusiyanı da təcili tədbir almağa istiqamətləndirəcək və Qara dənizi yeni gərginlik, bəlkə də yeni isti münaqişə zonasına çevirəcək.
ABŞ-ın və NATO-nun hərbi siyasəti üzərindəki Atlantik Şurasının təsirini izah etmək üçün Obamanın 2009-cu ildə hakimiyyətə gəldikdən sonra vəzifə təyinatlarına nəzər yetirmək kifayətdir. Şuranın sədri James Jones Obamanın milli təhlükəsizlik müşaviri oldu. Həmçinin Şuradan Susan Rice BMT səfiri, Richard Hallbrooke da Əfqanıstan və Pakistan üzrə xüsusi səfir təyin edildi. Şura üzvü Anne Marie Slaughter isə ABŞ Xarici İşlər Nazirliyində strateji planlamanın rəhbəri vəzifəsinə gətirildi. James Jonesin yerinə şura rəhbəri olan senator Hagel isə 4 il sonra Müdafiə naziri oldu.
Şuranın siyasətinin ABŞ dövlət qurumlarının siyasətinə çevrilməsindən sonra isə Suriya, Yəmən və Ukraynada vətəndaş müharibələri başladı. İraq, Liviya və Əfqanıstandakı müharibə şəraiti ən yüksək həddə çatdı. İŞİD ortaya çıxdı. Türkiyədə çevriliş oldu...
Bu siyahını daha da uzatmaq mümkündür. 
Bu gün Vaşinqtonda "Massaçusets Avenue"nun bir hissəsi "Think Tank Raw" adlanır. Kimin səlahiyyət verdiyi bəlli olmayan, yoxlanılmayan və heç kəsə qarşı məsul olmayan bir qrup insan dünya siyasətinin mərkəzinə çevrildi. Bu insanlar adətən mədəniyyətlər toqquşması zehniyyəti üzərindən hərəkət edir və həll yollarını daim qarşıdurma, parçalamaq və narahatlıq çıxarmaqla həll oluna biləcəyi fikrinə düşürlər. Problemin böyük hissəsini də bu yanlış düşüncə formalaşdırır. Belə bir qlobal qurum dünya sülhü, sevgi və dostluğun möhkəmlənməsi naminə mükəmməl şəkildə qurula bilər. Lakin sözügedən qurumların müharibə və münaqişə yönümlü düşüncələri bunu hələ mümkün görmədiklərini göstərir.
Ancaq dərin qüvvələrin müstəqil gücü olduğunu zənn etmək çox vaxt yanıldıcı ola bilər. Bu qurumlar "məğlubedilməz" göründükləri üçün ümumi mənada təsirli olmuş, bir çox ölkənin nəzarətini ələ keçirmişlər. Halbuki hədəflərini sevgi və sülhün təsis edilməsi üçün formalaşdıranlar həmişə daha güclü mövqedədirlər. Onların idealları böyükdür, hədəfləri düzgündür. Doğru hədəf isə əvvəl-axır qalib gələcək. Əhəmiyyətli olan sülh insanlarının bir araya gəlmələri və ittifaq halında hərəkət etmələridir. O vaxt həll yolunun yalnız qarşıdurma ilə gerçəkləşəcəyini zənn edənlər də sülhün mütləq gücünə şahid olacaq, fikirlərini dəyişdirəcək və dünyanı daha yaxşı bir yer halına gətirmək üçün səy göstərəcəklər.


Adnan Oktarın «Katehon & Global Research & Nokte Online»da dərc edilən məqaləsi:

http://katehon.com/article/alternative-power-centers-running-world

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr