Temperatur və atmosfer dünyada həyatın olması üçün ən vacib şərtlərdəndir. Mavi planet canlı aləmin, xüsusilə də, bizim kimi olduqca kompleks canlıların rahatlıqla yaşadığı temperatura və nəfəs ala bildiyi atmosferə malikdir. Ancaq hər iki faktor da bir-birindən tamamilə fərqli amillərin ideal dəyərlərdə təyin olunması ilə mövcuddur.
Bunlardan biri də Yer kürəsinin Günəşə olan uzaqlığıdır. Əlbəttə ki, Yerlə Günəş arasındakı məsafə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsa idi, planetimiz həyat üçün lazım olan istiliyə malik olmazdı. Karbon əsaslı üzvi molekullar 120°C-(-20)°C arasında dəyişən temperatur intervalında meydana gəlir. Günəş sistemində bu istilik dəyərinə malik olan yeganə planet isə Yerdir. Bütün kainatı nəzərə alsaq həyat üçün lazım olan bu temperatur intervalının əldə edilməsinin əslində çox çətin olduğunu görərik. Çünki kainatın daxilindəki temperatur ən isti ulduzların daxilindəki milyardlarla dərəcəlik ağlasığmaz istilikdən “mütləq sıfır” nöqtəsi sayılan mənfi 273,15°C-yə qədər dəyişə bilir. Bu nəhəng istilik aralığında karbon əsaslı həyatın yaranmasına imkan verən temperatur çox məhdud intervaldadır. Lakin Yer tam bu temperatur intervalına malikdir.
Yer bilinən bütün göy cisimlərindən fərqli olaraq yaşamaq üçün əlverişli atmosferə, temperatura və yer səthinə malikdir. Günəş sistemindəki digər 63 göy cisminin heç birində həyatın əsas şərti olan su yoxdur. Planetimizin yer səthinin dörddə üç hissəsi isə su ilə örtülüdür.
Amerikalı geoloqlar Frank Press və Raymond Siver də yer səthinin temperaturuna diqqət çəkirlər. Onlar: “Həyatın olması ancaq çox məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı günəşin temperaturu ilə mütləq sıfır temperatur arasındakı intervalın təxminən 1%-ni təşkil edir. Yerin temperaturu tam bu məhdud intervaldadır.” –deyə bildiriblər. (1)
Bu temperatur intervalının qorunması günəşlə Yer arasındakı məsafə kimi, günəşin yaydığı istilik enerjisindən də asılıdır. Hesablamalara görə, əgər Yerə çatan günəş enerjisi 10% azalsa idi, yer səthi metrlərlə qalınlıqda buz təbəqəsi ilə örtülərdi. Enerjinin bir az artması nəticəsində isə bütün canlılar qovrularaq ölərdilər.
Həyat üçün ideal olan temperaturunun planetdə bərabər paylaması da olduqca əhəmiyyətlidir. Bunun təmin edilməsi üçün bəzi xüsusi tədbirlər alınmışdır.
Məsələn, Yer kürəsinin xəyali oxunun 23°27'-lik meyilli olması qütblərlə ekvator arasındakı atmosferin yaranmasına mane olan yüksək temperaturun qarşısını alır. Əgər bu meyillilik olmasa idi, qütb bölgələri ilə ekvator arasındakı istilik fərqi daha çox artacaq və həyat üçün lazım olan atmosferin mövcud olması qeyri-mümkün olacaqdı.
Yerin öz ətrafındakı yüksək fırlanma sürəti də temperaturun bərabər paylanmasına kömək edir. Yer kürəsi öz oxu ətrafında sadəcə 24 saata fırlandığından gecə və gündüz qısa olur. Qısa olduğu üçün də gecə və gündüz arasındakı temperatur fərqi çox olur. Bu tarazlığın əhəmiyyəti bir günü bir ildən daha uzun olan və buna görə də gecə ilə gündüz arasındakı temperatur fərqi 1000°C-yə çatan Merkuri ilə müqayisə edildikdə görülür.
Yerlə günəş arasındakı məsafə, Yerin öz oxu ətrafında fırlanma sürəti, xəyali oxunun meyilliliyi kimi bir çox faktorlar həyat üçün lazım olan temperturun yaranmasını və onun planetdə bərabər paylanmasını təmin edir.
Yer səthinin relyefi də temperaturun bərabər paylanmasına kömək edir. Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100°C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi kələ-kötürlülüyü çox olmayan səthdə baş versə idi, sürəti saatda 1000 km-ə çatan fırtınalar Yeri alt-üst edərdi. Lakin yer səthi temperatur fərqindən dolayı baş verəcək güclü hava axınlarının qarşısının alınması üçün kələ-kötür formadadır. Bu kələ-kötür relyef formaları, yəni sıra dağlar Çində Himalaydan başlayıb Anadoluda Tavr dağları, Avropada Alp dağlarına qədər uzanaraq qərbdə Atlantik okeanı, şərqdə isə Sakit okeanla birləşirlər. Ekvatorda yaranan yüksək istilik mayenin temperaturu tarazlı şəkildə yayması xüsusiyyəti ilə okeanlarda şimala və cənuba ötürür.
Eyni zamanda, Yerin atmosferində temperaturu daima tənzimləyən bəzi sistemlər də var. Məsələn, bir bölgə çox isindiyi zaman buxarlanma artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri əks etdirərək aşağıdakı havanın və yer səthinin daha çox qızmasının qarşısını alır.
Mənbə:
1 F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4